Haqqın yanında olmaq çətindir, ancaq şərəflidir.

Bu gün bütün Avropa ölkələrinin kütləvi informasiya vasitələri yalan, böhtan və şər-şəbədə ilə üstümüzə gəlirlər.

Sankı 30 il torpaqları rus-erməni silahlı qüvvələri tərəfindən işğala məruz qalan Azərbaycan deyil...

1 milyon məcburi köçkünü, 4 mindən artıq girov götürülmüş və bu günə kimi heç birindən xəbər-ətər olmayan azərbaycanlılar deyil?

İkili standartlarla siyasət yürüdən Avropa, illərdi Azərbaycanı və Türkiyəni hədəf alaraq, bütün gücü ilə hər iki ölkəni qaralamaqla məşğuldur.

Çox təssüflər olsun ki, hər iki ölkənin içində adını "milli mücahidlər" qoyub terroru və terrorçuları, eləcə də separatçıları dəstəkləyən və hər cür maddi yardım edən ölkələr də az deyil...

Avropanın adını insan haqları qoyub, dini və irqi ayrı-seçkilik edən başda Fransa olmaq şərtı ilə bəzi ölkələri, bizə qarşı sankı səlib yürüşünə çıxıblar...

30 ildən sonra torpaqlarımızı işğaldan azad etməyimizi başda Rusiya olmaqla yanaşı bir çox ölkələr həzm edə bilmirlər…

Türkiyə və Azərbaycanın dövlət başçılarının şəxsi dostluğu, qardaşlığı və həmrəyliyi bir çox ölkələrin qarnına sancı olub. Səhərdən axşama qədər Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev "diktatorlardı", - deyib bağırırlar...

Cünki Avropanın istəyi odur ki, istər Türkiyədə, istərsə də Azərbaycanda üzüyola, necə deyərlər, əlquzusu kimi dövlət rəhbərlər olsun.

Rusiya, bəzi Avropa ölkələri Ərdoğan-Əliyev qardaşlığından və birgə fəaliyyətindən olduqca narahatdırlar...

Bunların istəyi odur ki, necə deyərlər, Türkiyənin 1944-cü ildə, 1-i uşaq, 1-i qadın olmaq şərti ilə Stalin zülmündən Türkiyəyə pənah gətirmiş 146 azərbaycanlı aydını gözü bağlı rusların gülləsinin önunə verən qorxaq İsmət İnönü kimi rəhbər olsun. Onlara Ərdoğan kimi güclü lider, Əliyev kimi qətiyyətli rəhbər sərf eləmir...

İstəkləri budur ki, 1990-cı ildə Rus ordusu Bakıda faciəli hadisələr törədəndə Turgut Özal kimi onlar "şiyədirlər",- deyib kənardan seyr edən Türkiyə rəhbəri görsünlər.

Və ya Süleyman Dəmirəl kimi mühasirəyə düşmüs azərbaycanlı uşaq və qadınlarını çıxartmaq üçün Allahın bir helikopterini verməyə qeyrəti olmayan Türkiyənin bir prezidenti olsun. Çünki Ərdoğan-Əliyev cütlüyü bunların işinə yaramır...

Lütfən, burnunuzu Azərbaycanın və Türkiyənin daxili işinə soxmayın. Bizim vətənimizdə terrora son verən, torpaqlarımızı işğaldan azad edən "diktator" rəhbərlərimiz bizə xoşdur, siz öz işinizə baxın...

33 ilidir içinizdə yaşayıram və sizin nə qədər ədalətsiz, bəzən ikiüzlü olmağınızdan xəbərim var. Çalışın heç bir milli və dini ayrı-seçkilik etmədən haqqın yanında olmağı öyrənin...

Haqqın yanında olmaq çətindir, ancaq şərəflidir- Evropa Union...

Elman Mustafazadə

Xudaferin.eu

11:15