Nur Üzlü Şəhidlərimiz...

Şəhidlərimizin şəkillərinə baxıram, aman Allah hamısı  biri-birindən  yaraşıqlı, Vətən qeyrətli, nur simalı Azərbaycanın kasıb balaları...

Nə etmək olar ey Nur içində yatan müqəddəs Şəhidlərimiz?! Vətən  harın məmurların deyil axı... Düzü heç Qarabağda heydərovların, mehdiyevlərin,
nəcməddinlərin de deyil... 

QARABAĞ KASIBLARINDIR!!! 

Elşad Barat

Elə baxma şəkildən, 
Bu saat ağlayacam
--------------------------------
Elə baxma şəkildən, 
Dayanır zaman, şəhid. 
Təbəssümü yandıran, 
Baxışı donan şəhid.

Deyim sənə, biləsən, 
Laçında dayanmışıq, 
Müharibə bitibdi, 
Qələbə qazanmışıq. 

Qazanmışıq sən şəhid,
Olduğun o torpağı, 
Dalğalanır Şuşada,
Azərbaycan bayrağı.

Elə baxma şəkildən, 
Gülüşü itən şəhid, 
Atası qazi şəhid, 
Anası vətən şəhid. 

Sən qələbə sevinci,
Həm də göz yaşı oldun, 
Zəfər şəhidlərinin,
Kiçik qardaşı oldun. 

Sənə söz verirəm mən:

Bu şəklini böyüdüb,
Həmişə saxlayacam,
Elə baxma şəkildən, 
Bu saat ağlayacam...

Elşad Barat

 

P.S.Vətən müharibəsində Şəhid olan Agakişiyev Nurlan Etibar oğlu...Şəhidimizin atası birinci Qarabağ müharibəsində bir ayağını itirərək qazi olub.Şəhidimizin atası Etibar bəy deyir: Mən qazi olmuşdum,amma indi şəhid atası oldum .Oğlum mənim üzümü ağartdı

P.S. Bütün şəhid və qazilərimizin valideyinləri qarşısında baş əyərək, əllərindən öpürəm.

Elman Mustafazadə

 

Xudaferin.eu

01:41