Mafioz-oliqraxlara görə yanını qaşıyanlar...

Bu gün dünya siyasətində yeganə Ermənistandır ki, orada demokratiya uğrunda deyil, özlərini ana müxalifət adlandıran mafioz-oliqarx qüvvələr real hakimiyyəti devirərək “demokratiya şüarı” adı altında iqtidara gəlmək istəyir.

Bütün bunlar bəlkə də Ermənistanın daxili işidir. Ancaq, bu problemin görünməyən tərəfi və əsil rəzalət ondan ibarətdir ki, onların səsinə səs verən Azərbaycanın məmur-oliqarx-mafioz zümrəsinin himayəsində olan bəzi sümsük mediamiz da qonşu ölkənin baş naziri Nikol Paşınyanı yıxıb sürüyürlər...

Məsəl var deyər: “İmam üçün ağlayanda, yezid üçün də ağlamaq lazımdır...” Ədalət naminə deyək ki, Nikol Pasinyan əsla korrupsioner deyi! Mafioz da deyil! Hər hansı bir biznesi barədə bir məlumat belə yoxdur.

O, 1990-cı illərin ortalarında İrəvanda fizika-riyaziyyat elmləri doktoru və “Doğru Yol Partiyası”nın lideri Sergey Avenisyanın yanında böyümüşdür. Bu həmin Sergey Avenisyandır ki, 1990-cı illərdə “Qarabağ Müharibəsi” ilə bağlı heç kimdən qorxmadan cəsarətlə hər yerdə eyni fikri təkrar etməkdən çəkinməzdi: “Biz ermənilər nahaq yerə türklərə qarşı Qarabağda müharibə aparırıq. Qarabağ və Azərbaycanın digər ərazilərini işğal etməklə biz ermənilər özümüzə tarixin dəhşət saçan məzarını qazırıq”.

Beləcə Nikol Paşinyan onun yanında həm siyasi mübarizə məktəbini keçdi, həm də jurnalistikada püxtələşdi.

Ancaq bir cox dünya mətbuatı çox ciddi mənbələrə əsaslanaraq məlumat verir ki, Ermənistanın mafioz məmurları ilə Azərbaycanın mafioz məmurlarının arasında İrəvan, Tiflis, Bakı və Moskvada birgə biznes-ticarət səbəkələri mövcuddur...

Azərbaycan mətbuatı bu gün həmin problemləri qabartmaq əvəzinə, Nikol Paşinyana qarşı minbir şər-şəbede dolu iftiralar atmaqla məşğuldur. Halbuki, öncələr Qarabağda Azərbaycan xalqının qanını tökən, daha sonra, İrəvanda dövlət çevrilişi edərək və qan tökərək iqtidara gəlmiş, 20 il Ermənistanı “Hərbi Xunta” rejimi qanunları ilə idarə etmiş Robert Köcəryan – Serj Sərkisyan cütlüyünün Azərbaycanda himayədarları hətta Milli Məclisdə belə az deyil...

Ermənistan prezidenti Armen Sərkisyanın Azərbaycan neftində payçı olduğu deyilir və deyilənlərə inansaq “Baron Armen”lə və “Nefxuda Rövnəq”lə yaxınlığı barədə erməni diaspor mətbuatında kifayət qədər məlumat var...

Bəs bu yetim Nikol Pasinyan neyləsin?...

"Qarabağın xilaskarları" adı altında sadə ermənilərə zülm verən və Qafqazı əbədi müharibə meydanına çevirən bu psevdopatriot ermənilərlə, həqiqi millətini sevən, onun gələcəyini düsünən Paşinyan neyləsin və necə bacarsın?...

Hamı düsüb Paşinyanın üstünə, bir yandan da Razi Nurullayev...

Əgər Qafqazda Sülh istəyiriksə və Avropa Birliyinə bənzər nə vaxtsa yaranacaq "ÜMUMQAFQAZ EVI" adlı bir qurumda dinc və sülh içində yaşamaq istəyiriksə, onda Qafqaza Nikol Paşinyan kimi liderlər lazımdır, yox əgər əbədi müharibə istəyirsə onda söyün, döyün, yıxıb sürüyün Paşinyanı. Axtarın petrosyanları, köçəryanları, sərkisyanları və digər yanları...

Ancaq, sonra YANınızı qaşımayın...

Elman Mustafazadə
Xudaferin.eu

16:32