QARABULAĞA AZADLIQ

Qarabağın vicdanlı aydınları (söhbət vicdansız aydınlardan getmir...) yazrılar, deyirlər, yazıqlar olsun bəzi vicdansız millət vəkillərinin qulağına çatmır...

Vicdanlı yazar Zamin Hacı məqaləlrinin birində çox vacib bir məsələyə toxunub.

Zamin bəy bu dəfə yumorsuz zadsiz qeyd etdiyi təklif işğaldan azad edilən Füzuli rayonuyla, daha doğrusu, onun adıyla bağlıdır.

Ramin Haci yazır:

"Füzuli şəhərinin qədim adı Qarabulaq olub. Şair Məhəmməd Füzulinin bu rayonda yaşayıb-yaratması hər hansı mənbələrdə təsdiqlənmir. O zaman niyə biz ərazinin toponimini dəyişmişik? Bunu sovetlər zamanı ediblər. Gəlin tarixi ədaləti bərpa edək, ən azı Füzuli şəhəri öz Qarabulaq adına qayıtsın. Üstəlik “füzuli” söz olaraq yaxşı mənalı söz deyil, ərəbcə “boşboğazlıq, lüzumsuzluq” anlamı verir. Şamaxının Saqiyan kəndini Günəşli-yə döndərən deputatxana buna da baxsın.

Bəlkə şəhəri dəyişib, rayonu Füzuli adıyla saxlamaq olar, hərçənd, onu da tarixi adına – Cavanşir adına çevirmək yaxşı olardı, çünki bu bölgənin türk elləri Cavanşir adıyla tanınıblar, Qarabağ xanı Pənahəli xan Cavanşir də o tayfaya mənsub imiş. Həmçinin, tarixi Arasbar adını rayona qoymaq olar. Şair Füzulinin adını yaşatmaq çox vacibdirsə, bunu başqa üsullarla edə bilərik. Məsələn, kitablarını oxumaqla. Kitab oxumaqla isə bizim o qədər də aramız yoxdur. Elə az oxuduğumuz üçün bu saat hər cür ara həkimləri, aptek dəllalları başımıza corab hörür, mənası olmayan dərmanları, plaseboları xalqa “koronadan mühafizə sistemi” adıyla sırıyır."

Əgər bu xəbər millətdən uzaq " milli məclis"ə yetişsə mənədə xəbər edin, axı məndə illərdi bu arzunun daşıyıcısıyam...

Elman Mustafazadə

Xudaferin.eu

18:45