SƏN ULUSAN ANA KİMİ

Azərbaycanın görkəmli və vətənpərvər ziyalısı, tədqiqatçı alimi, tanınmış yazıçı - publisisti Mehriban xanım Vəzirə həsr edirəm.
Mehriban Əli qızı Vəzir 18 dekabr 1957-ci dekabrın 18-də Tərtər rayonunda anadan olub. 1976-1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinində təhsil alıb.
1978-1999-cu illərdə Azərbaycan Radio və Televiziya Verilişləri şirkətində çalışıb.
2000-2005-ci illərdə təhsil sahəsində çalışıb. Xəzər Universitetində telessenari kurslarında tələbələrə mühazirələr söyləyib.
2008-2010-ci illərdə "GünAz" adlanan özəl efir kanalında çalışıb,
1998-ci ildən Bütöv Azərbaycan Birliyi İdarə Heyəti üzvüdür.
Qarabağ İçtimai Şurasının, Avrointeqrasiyası üzrə Azərbaycan Milli İctimai Komitəsinin üzvüdür.
Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi (2004) İctimai Birliyinin rəhbəridir.
Media və Demokratiya İnstitutu İctimai Birliyinin (2010) direktorudur.
Vətənə oğul deməyə,
Sən ulusan Ana kimi!
Millətə - doğul, - deməyə,
Sən ulusan Ana kimi!
Torpağını qorumağa,
Yarasını sarımağa,
Dərdlərınə yarımağa,
Sən ulusan Ana kimi!
Arana, düzə gəldin,
Qınağa, sözə gəldin,
Kor olmuş gözə gəldin,
Sən ulusan mələk kimi!
Torpağında taxtsız oldun,
Baxtlı gəldin, baxtsız oldun,
Saclarını vaxtsız yoldun,
Sən ulusan Ana kimi!
Ədalətin əsiri - sən,
Azadlığın Vəziri - sən,
Yazılmayan əsəri - sən,
Sən ulusan Ana kimi!
Ədavəti qan aparar,
Fürsəti şeytan aparar,
Ruh bədənnən can aparar,
Sən ulusan Ana kimi!
Ayrılıq, həsrət yağırdı,
Adının daşı ağırdı,
Səni mələklər çağırdı,
Sən ulusan Ana kimi!
Göylərə nur saçar adın,
Ulduzuna uçar adın,
Arzusuna çatar adın,
Sən ulusan Ana kimi!
Əmir Pəhləvan

14:21