VƏTƏN Dəyərlər Platformasının BƏYANATI

24 iyul 2020-ci il tarixindən VƏTƏN Dəyərlər Platforması fəaliyyətə başlayır!
Qərar bu gün VDP-nin Təşəbbüs Qrupu və təsisçilərinin keçirdiyi geniş tərkibli iclasda verilib.
Yığıncağın yekdil qərarı ilə yazıçı, kinodramaturq Eldəniz Quliyev təşkilatın rəhbəri seçilib.
VƏTƏN Dəyərlər Platformasının məramı və fəaliyyət istiqamətlərini əks etdirən BƏYANATI ölkə ictimaiyyətinə təqdim olunur.

VƏTƏN Dəyərlər Platformasının
BƏYANATI

Bakı şəhəri, 24 iyul 2020-ci il

Bu gün Azərbaycan öz tarixinin ən məsuliyyətli dövrlərindən birini yaşayır. Bu ziddiyyətli və mürəkkəb mərhələdə MƏNƏVİ-ƏXLAQİ dəyərlərin, eləcə də MİLLİ DÖVLƏTÇİLİK maraqlarının qorunub yaşadılması taleyüklü məsələyə çevrilir. Dövlətinə, Xalqına, Vətəninə, nəhayət öz Milli qüruruna hörmətlə yanaşan hər bir vətəndaş bu məsələyə ciddi önəm verməlidir. Hər kəs (siyasi mənsubiyyətindən, milli kimliyindən, dinindən, dilindən və dünyaduyumundan asılı olmayaraq), təkamül, həmrəylik və demokratiya yolunu dövlətçiliyimizin mənəvi dayaqları qismində qəbul etməlidir.
Sirr deyil ki, xalqın mənəvi təkamülü Dövlət və Dövlətçiliyin inkişafı üçün vacib amillərdən sayılır; belə ki, əxlaqi və mental dəyərləri aşınmaya məruz qalan cəmiyyətdə xalqın proqressiv inkişafı təmin edilməz. Milli dəyərlər sistemi dağınıq olan ölkənin Dövlətçilik sistemi çökər. Bu, qaçılmaz və İlahi bir qanunauyğunluqdur.
Məhz həmin səbəbdən bu gün biz, mütərəqqi düşüncəli insanlarımızı, aydınlarımızı, o cümlədən Azərbaycan cəmiyyətinin bütün spektrini milli-mənəvi və əxlaqi dəyərlərin xilası yolunda iradə və qətiyyət nümayiş etdirməyə çağırırıq. Hesab edirik ki, bu gün - mənəvi deqradasiyanın kritik həddə yaxınlaşdığı, siyasi münasibətlərin (obyektiv və subyektiv səbəblərdən) gərginləşdiyi həssas zaman kəsiyində ictimai-siyasi elitanın konsensusa gəlməsi və səylərini vahid bir Güc Mərkəzi yaradılmasına yönəltməsi tarixi zərurətə çevrilib.
Biz, VƏTƏN Dəyərlər Platformasının məhz belə bir MƏRKƏZ - Azərbaycanın siyasi-ictimai həyatında birləşdirici, barışdırıcı funksiyanı yerinə yetirəcək nüfuzlu bir təşkilat kimi fəaliyyət göstərəcəyinə inanırıq. Bunun üçün (qanun çərçivəsində), bütün vasitə və imkanlardan istifadə edərək VDP-in qısa zaman ərzində sevilən, inanılan, ən başlıcası xalq tərəfindən dəstəklənən demokratik ictimai-siyasi güc mərkəzinə çevrilməsinə nail olacağıq.
Bu gün biz bir-birimiz haqqında danışmaqdansa, bir-birimizlə danışmalıyıq. Bizləri ayırıb incik salan məsələlərdən daha artıq, bizləri birləşdirən mətləblər ətrafında müzakirələr açmalı, debatlar aparmalıyıq.
Zaman “tərəzisi»nə xalqımızın müqəddəratı və Dövlətimizin gələcək perspektivləri qoyulub. Artıq psevdo-millətçiliklə, yersiz ambisiyalarla, qarşılıqlı ittihamlar, populist – konyuktur və qeyri-etik çıxışlar və s. ilə ciddi nəticələr əldə etmək mümkün deyil. Cəmiyyətimiz haqlı olaraq bütün bu neqativlərdən cana doyub. Unutmayaq ki, tarix öz taleyinə, gələcəyinə və milli müstəqilliyinə biganə qalmayan millətləri dəyərləndirir, mükafatlandırır. Başqa cür mümkün də deyil.
Və bu gün bizlər öz taleyimizin laqeyd tamaşaçısından, fəal iştirakçısına çevrilməsək, heç şübhəsiz ki, qarşımıza çıxan bir sıra problemlərin faciəyə çevriləməsinin şahidi olacağıq.
Bu gün ölkə əhalisi irreal siyasi oyunlardan, eləcə də online sosial-iqtisadi kataklizmlərdən yorulub, təngə gəlib. ONU daha çox məişət qayğıları, COVİD-19 qorxusu, adi dolanışıq və özünün milli-əxlaqi dəyərlər sisteminin taleyi narahat edir. Bu da təbiidir; çünkü xalqın birliyinin atributu, ilk növbədə onun real vətəndaş hüquqlarının vahidliyi və bu hüquqların qorunmasına əminlikdən qaynaqlanır.
Azərbaycan burada yaşayan və bu ölkəni özünün doğma EVİ hesab edən hər bir vətəndaşın VƏTƏNİ olmalıdır və bizlər də hamılıqla bu vətənin sayılan, seçilən məmləkətlər sırasında olması, firavan yaşaması naminə səylərimizi birləşdirməyə borcluyuq. Təzadlı görünsə də, bütün bunlar üçün bu gün dünənimizi qorumalıyıq. Əks-təqdirdə, sabahımızın mövcudluğu sual altına düşə bilər. Bu baxımdan, ölkəmizin sivil dünya birliyi sıralarına öz mental keyfiyyət və dəyərləri ilə qoşulması haqda ciddi düşünməliyik. Liberal dəyərlərin təntənəsi milli dəyərlərimizin inkarı hesabına (eləcə də əksinə) olmamalıdır və bu, birmənalı şəkildə yolverilməzdir.
VƏTƏN Dəyərlər Platforması əsasən cəmiyyətin intellektual əxlaq daşıyıcılarının köməyi ilə formalaşıb təşəkkül tapacaq və təbii ki, vətənini, dövlətini göz bəbəyi kimi qorumağa hazır vətəndaşlarımızın iştirakı ilə mövcud olacaqdır.
VƏTƏN Dəyərlər Platforması kimlərin təşkilatıdır?
VƏTƏN Dəyərlər Platforması ilk növbədə ümummilli mənafeləri şəxsi maraqlardan uca tutanların;
- millətini, torpağını bütöv və azad görmək istəyənlərin;
- Qarabağın azadlığı üçün canından keçməyi özünün Alın Yazısı
sayanların;
- talançılığı, korrupsiyanı, rüşvətxorluğu və riyakarlığı insan
mənəviyyatına vurulan ağır zərbə hesab edib, ona qarşı barışmaz
mövqe nümayiş etdirənlərin;
- Azərbaycanın dövlətçilik maraqlarını uca tutaraq, ölkədə hökm sürən kövrək ictimai-siyasi sabitliyin həqiqi əmin-amanlığa çevrilməsinə səy göstərənlərin;
- ölkə ictimaiyyətini fəallaşdıraraq, onları demokratik mübarizəyə səfərbər edənlərin;
- ədalətsiz olaraq tənə, təhqir və təqiblərə məruz qalmış, hüquqları pozulmuş vətəndaşlara mənəvi, maddi və hüquqi yardım etmək istəyənlərin;
- mənəvi və əxlaqi keyfiyyətləri, humanizm prinsiplərini insan ömrünün qiymət meyarı sayanların;
- azad sözə , azad fikir və azad seçimə qarşı çıxanlarla mübarizə aparanların;
- indiyə qədər siyasi oyunlarda iştirak etməyən, vətəndaşlıq ləyaqətinə xələl gətirməyən, hakimiyyətə, yaxud hər hansı bir vəzifə kürsüsünə iddiası olmayanların;
- qanunun aliliyi və bərabərhüquqlu vətəndaş cəmiyyəti quruculuğu, vətəndaşların hüquq və azdlıqlarının toxunulmazlığına təminat verilməsi uğrunda, Konstitusiyanın verdiyi bütün imkanlardan istifadə edərək, sivil üsullarla mücadilə aparanların;
- siyasi məkana səmimi şəkildə əxlaq, mənəviyyat və ziya gətirməyə cəhd edənlərin... DEMOKRATİK - İCTİMAİ TƏŞKİLATIDIR.

Vətənin mənafeyini, müstəqilliyimizin və mənəvi-əxlaqi dəyərlərimizin mahiyyətini qiymətləndirən hər bir vətəndaş, hər bir fərd dərk etməlidir ki, bu gün xalqının müxalifəti, yaxud iqtidarı olmazdan əvvəl ONUN LAYİQLİ ÖVLADI olmalıdır. Və bu LAYİQLİ ÖVLAD bu gün Tanrının buyurduqları və İNSANLIQ EKOLOGİYASININ real təhlükə qarşısında olduğunu heç bir halda iqnor etməməlidir. Azərbaycan adlı məmləkəti sevən hər kəs, nəyin bahasına olursa-olsun cəmiyyəti bu təhlükədən qorumağa çalışmalıdır.
Biz bütün ölkə ictimaiyyətinə, demokratik düşərgənin birliyini istəyən ziyalı sözünü və mütərəqqi fikirləri qəbul eləyən, vətənin sevinci ilə sevinən, ağrısı ilə ağrıyan hər bir soydaşımıza, hər bir Azərbaycan vətəndaşına müraciət edirik!
İstəyirik ki, cəmiyyətimiz təlaşdan, qeyri-müəyyənlikdən azad olsun, insanlarımız öz mental şüuruna istinadən, ətalətdən, ümidsizlikdən, yaltaqlıq və xofdan qurtulsun.
Biz vətəndaş sülhünün bərqərar olmasını, ölkədə əsil demokratik mühitin və azadlıq substansiyasının yaranmasını arzulayırıq.
İstəyirik ki, Azərbaycanda insan haqları, toplumun hüquqları tapdanmasın, millət süstlükdən qurtulub öz milli mənliyini, öz ləyaqətli və hormonik yaşam tərzini dərk etsin.
Nəhayət biz istəyirik ki, insanlarımız demokratik, hüquqi, dünyəvi və unitar bir dövlətdə azad, firavan, qayğısız yaşamağın nə olduğunu anlasın.
İnanırıq ki, bütün bu deyilənlər əqidəmizi bölüşən, amalımız və məsləyimizlə yaşayan, təkcə sözdə deyil, işdə, əməldə də öz ləyaqətini, qürurunu və şəxsiyyətini qoruyan minlərlə, yüz minlərlə həmvətənimizin iradəsini əks etdirir. Bu cür düşünən insanların yolu HAQQ yoludur və bu, bəlkə də yeganə İŞIQLI YOLdur.
Xalqın iradəsi müqəddəsdir. Təməli xalqın iradəsi ilə qoyulan MƏRAM insanlara MƏBƏDİN yolunu göstərər, HAQQI tanıdar.
Əziz və hörmətli vətəndaşlarımız!
VƏTƏN Dəyərlər Platforması bütün potensialını səfərbər edərək, məhz bu MƏRAMIN yolçusu olmağı düşünür və bunu özünə şərəf sanır.
Biz sizi - ruhunda, damarlarında Xalq, Dövlət və Vətən məhəbbəti daşıyan hər bir alicənab insanı, hər bir zəka sahibini bu YOLa, bu MƏRAMa dəvət edirik.
Bu çətin, ancaq şərəfli YOLda Tanrı bizə yar olsun !

VƏTƏN Dəyərlər Platformasının Təşəbbüs qrupu

İmzalar:
1. Eldəniz Quliyev – Azərbaycan Ziyalılar Birliyinin sədri, yazıçı, kinodramaturq
2. Musa Yaqub – Xalq şairi.
3. Məmməd İsmayıl – şair, Türk Dünyası yazarlar və sənətkarlar Vəkfinin “HİZMƏT” mükafatı laureatı.
4. Cavanşır Quliyev – bəstəkar. Əməkdar İncəsənət xadimi.
5. Rüstəm Behrudi – şair.
6. Seyran Səxavət – yazıçı.
7. Saday Şəkərli – şair.
8. Ziyadxan Nəbibəyli – professor. Tarix elmləri doktoru
9. Əsədulla Qurbanov – professor. Fəlsəfə elmləri doktoru
10. Qurban Bayramov – professor. Ədəbi tənqidçi
11. Ədalət Əliyev – professor. İqtisadiyyat və texnika elimləri doktoru
12. Aydın Qarabağlı – toponimşünas alim, jurnalist.
13. Əkrəm Bağırov – filologiya üzrə doktor, dosent.
14. Flora Kərimova – Respublikanın Xalq artisti.
15. Xalidə Quliyeva – Respublikanın Xalq artisti.
16. Həmidə Ömərova – Respublikanın Xalq artisti.
17. Kazım Abdullayev – Respublikanın Xalq artisti
18. Mehman Əliyev – “Turan” informasiya agentliyinin baş direktoru.
19. Mətləb Mütəllimli – İstiqlalçı millət vəkili.
20. Zemfira Sadıqova – Əməkdar artist, Prezident təqaüdçüsü.
21. Gülzar Qurbanova – Əməkdar artist.
22. Salamulla İsmayılov – Əməkdar artist.
23. Akif Yusifov – Əməkdar artist
24. Cavanşir Hadıyev – Əməkdar artist
25. İlqar Cahangir – Əməkdar artist.
26. Xanlar Ələkbərov – Ədliyyə generalı.
27. Tacəddin Mehdiyev – General-mayor. Sabiq Müdafiə Naziri.
28. Ələkbər Ağakişiyev – ehtiyatda olan polkovnik.
29. Fəhmin Hacıyev – ehtiyatda olan polkovnik. Daxili Qoşunların sabiq komandanı.
30. Eldar Sabiroğlu – ehtiyatda olan polkovnik.
31. Tofiq Məmmədov – ehtiyatda olan polkovnik (Əfqanıstan müharibəsi iştirakçısı)
32. Ataxan Əbilov – hüquqşünas alim. ATİŞ-in həmsədri (Niderland)
33. Namizəd Səfərov – vəkil, hüquqşünas
34. Bəhruz Bayramov – vəkil, hüquqşünas
35. Alayıf Həsənov – vəkil, hüquqşünas.
36. Jalə Cəfərova – ədəbiyyatşünas , ictimai xadim
37. Elman Mustafazadə – “Xudafərin” jurnalının baş redaktoru, ictimai xadim (Niderland)
38. Xəqani İsmayıl – yazıçı, tarixçi-araşdırmaçı
39. Yeganə Kərimzadə – yazıçı, ssenarist.
40. Tofiq Həsənli – şair
41. Mirvari Qəhrəmanlı – hüquq müdafiəçisi
42. Əlövsət Sadıqlı – hüquq müdafiəçisi
43. D-r Hilal Məmmədov – hüquq müdafiəçisi, ictimai-siyasi xadim, (ATİŞ-in həmsədri)
44. Elşən Həsənov – hüquq müdafiəçisi, “Siyasi Məhbusların Monitorinq Mərkəzi”-nin rəhbəri.
45. Zəfər Əhmədov – hüquq müdafiəçisi
46. Əlövsət Əliyev – hüquq müdafiəçisi
47. Mehdibəy Səfərov – ictimai xadim (ATİŞ-in həmsədri)
48. Yusif Cəfərov – istefada olan hərbi zabit (Qarabağ müharibəsi veteranı)
49. Rahim Telman Sadiqbəyli – kinorejissor, SAMM TV-nin rəhbəri, (İsveç, Stokholm)
50. Elşən Məmmədov – kinorejissor
51. Mahir Dərviş – kinorejissor.
52. Rafiq Cəlilov – Talış Mədəniyyət Mərkəzinin sədri.
53. Rahib Ümman – yazıçı-publisist, AYB və AJB-nin üzvü
54. Firuz Haşımov – qocaman jurnalist
55. Əli Əlibəyli – şair, müəllim.
56. Yaşar Nazarov – müəllim, iqtisadçı
57. Nəsrulla Nurəliyev – Ahıl Ziyalılar Birliyinin sədri
58. Qurban Cəbrayıl – jurnalist, “Qələm” yazarlar birliyinin sədri
59. Cahid İmanlı – bloger
60. Sevinc Məmmədova – şairə
61. İlham Qəhrəman – şair
62. Seyid Mirfeyzulla – siyasi-ictimai xadim, şair
63. Ulduz Həşimov – müəllim, ictimai fəal
64. Afaq Quliyeva – müəllimə
65. Fikrət Cəfərli – siyasi- ictimai xadim
66. Səadət Maarif – İncəsənət gimnaziyasının müəllimi, aktrisa
67. Tahir Ağarəhimov – ictimai fəal
68. Elnarə Eldar – ictimai fəal
69. Şəmsəddin Allahverdiyev – alim, kənd təsərrüfatı mütəxəssisi
70. Əyyub Kərimov – inşaatçı – mühəndis
71. Akif Heydərli – Azərbaycan İslam Partiyasının sədr müavini
72. Növrəstə İbrahimova - AİP Qadınlar Şurasının sədri
73. Elmar Səmədov – AİP üzvü
74. Rəşad Dadaşov – M Milli Mənəvi İnkişaf və Həmrəylik İctimai Birliyinin sədri, AİP üzvü
75. Kərbəlayi Natiq Kərimov – AİP üzvü, (Nardaran Ağsaqqallar Şurasının sədri)
76. Fəyaz Nəbizadə – Nardaran ağsaqqalı
77. Vüqar Abdullayev – AİP üzvü
78. Məmmədağa Əliyev – AİP üzvü
79. Elyar Nəzərov – AİP üzvü
80. Əlizaman Baxış – yazıçı – publisist.
81. Elşad Abbasov – iqtisadçı, ictimai fəal (Peterburq).
82. Cavanşir Əhməd – həkim, ictimai-siyasi xadim
83. İlqar İsmayıloğlu – həkim
84. Aqil Qazi – müəllim
85. İltifat Rəhimzadə – siyasi - ictimai xadim
86. Yeganə Əmiraslanova – ictimai fəal (Almaniya).
87. Tahir Dövlətoğlu – mühəndis, ictimai fəal (Rusiya)
88. Aydın İsayev – Qarabağ müharibəsi veteranı
89. Natiq Babayev – Qarabağ qazisi
90. Xoşqədəm Cəbrayıloğlu - ictimai fəal
91. Nazilə Ağayeva – şairə
92. Arzu İsmayılov – ictimai fəal
93. Əvəz Temirxan – vəkil, hüquqşünas
94. Fəxrəddin Abdullayev – hüquqşünas (Moskva)
95. Asəf Xan Qubalı – siyasi – ictimai xadim
96. Sakit Sabiroğlu – şair
97. Fəxri Cəfərli – bəstəkar (Rusiya).
98. Yaqub Babalar – jurnalist, ictimai xadim (Almaniya, Nuremberq)
99. Əmirağa İsmiyev – ictimai fəal
100. Nazim Qasımov – ictimai fəal
101. Əmirxan Muradov – ictimai fəal
102. Oqtay Əsgərov – ictimai fəal.
103. Vaqif Azəriyar – kinorejissor.
104. Anar Orucov – Kanal -13 Tv-nin rəhbəri, jurnalist.
105. Vüqar Qasımov – telerejissor, jurnalist
106. Tariyel İbrahimov– Polkovnik-leytenant (Qarabağ müharibəsi veteranı).
107. Elçin Rəfiyev – Qarabağ müharibəsi veteranı (baş leytenant).
108. Zakir Əbilov – Qarabağ müharibəsi veteranı (çavuş).
109. Taleh Əhmədov – Qarabağ müharibəsi veteranı (gizir).
110. Novruzov Məhəmməd – Qarabağ müharibəsi veteranı (kapitan).
111. Ramin İmanov – professor, tibb elmləri doktoru (İsveç)
112. Əli Ağayev – ATİŞ idarə heyətinin üzvü ( İsveç, Stokholm)
113. İbrahim Baba Nur -ictimai xadim
114. Baycan Akçay - sahibkar (Türkiyə, İstanbul)
114. Ərtoğrul Parçay - içtimai-siyasi xadim (Türkiyə,İstanbul)
115. Elnur Ağayev - ictimai fəal (Fransa)
116. Tapdıq Süleyman - şair (Rusiya)
117. Sevinc Axundzadə - maliyyəçi
118. Seydi Səfəroğlu - inşaatçı mühəndis
119. Arif Pənahoğlu - şair (Almaniya)
120. D-r. Məlahət Mürşüdlü - (ADR Hərəkatı sədrinin demokratik təsisatlar üzrə müavini)
121. Əlisa Zamanov - şair (Rusiya)
122. İlqar Hüseynli - yazar, şair
123. Nəriman Zeynalzadə - şair

Qeyd:
Bəyanata qoşulmaq istəyənlər üçün siyahı açıqdır.

23:50