"İşğalçı ölkə gəlmə ermənilərdən canlı sipər yaratmaq istəyir ki..."

“İşğalçı ölkə gəlmə ermənilərdən canlı sipər yaratmaq istəyir ki, Azərbaycan hərbi yolla torpaqları azad edəcəyi halda onlardan istifadə edib dünyanı bizə qarşı qaldırsın”

Bu fikirləri Moderator.az-a açıqlamasında AMİP-in Beynəlxalq Məsələlər üzrə katibi Elşən Mustafayev Livan ermənilərinin işğal olunmuş torpaqlarımıza yerləşdirilməsi ilə bağlı təklifləri şərh edərkən deyib. O bildirib: 

“İllərdir müxtəlif mənbələrdən eşidirik ki, Dağlıq Qarbağ ərazisinə dünyanın müxtəlif bölgələrindən erməni ailələləri köçürülür. Son illər belə ailəllərin işğal olunmuş Dağlıq Qarabağ ətrafı rayonlara, xüsusilə Kəlbəcərə, Zəngilana Laçına köçürülməsi ilə bağlı məlumatlar əldə edirik. Bu cür köc siyasətinin xaricdəki erməni lobbisi, erməni kilsəsi tərəfindən stimullaşdırılıb maliyyələşdirilməsi də məlumdur.

Təhlükəli tərəfi odur ki, son illər bu istiqamətdə fəaliyyət daha da gücləndirilib. Suriya müharibəsi başlayandan sonra oradan bir çox erməni ailənin artıq ərazilərimizə yerləşdirilməsi təsdiqni tapıb. Livandakı partlayışdan sonra oradakı emənilərə də ərazilərimizə köçmək təklif olunub. Normal maddi şirnikləndirmə və digər vədlər olacağı təqdirdə əminəm ki, köcmək istəyən Livan ermənilərinin sayı az olmayacaq. Ermənistan bu siyasəti ilə gəlmə ermənilərdən bu ərazilərdə canlı sipər yaratmaq istəyir ki, Azərbaycan hərbi yolla torpaqları azad edəcəyi halda onlardan istifadə edib dünyanı bizə qarşı qaldırsın.

Azərbaycan tətəfi təcili şəkildə dövlətin rəsmi qərarı olaraq bəyanatlar verməlidir. Bu bəyanatlarda dünyanın müxtəlif ölkələrindən, hətta Ermənistanın özündən Dağlıq Qarabağ və ətraf rayonlara köc etmiş və ya köç etmək istəyən ermənilərə bildirilməlidir ki, həmin torpaqlar Azərbaycaının tərkib hissəsidir və bütün dünya bunu qəbul edir. Azərbaycan tezliklə ərazi bütövlüyünü qorumaq məqsədilə hərbi əməliyyatlara başlayacağı halda onların və ailələrinin həyatları təhlükə altında qalacaq, buna görə də məsuliyyət özlərinin və onları qanunsuz orada yerləşdirənlərin üzərində qalacaq.

Eyni zamanda həmin insanlar qanunsuz olaraq Azərbaycan torpaqlarında məskunlaşdıqları üçün həm də ağır cəza ilə müşayət olunacaq cinayət məsuliyyəti daşıyırlar və daşıyacaqlar. Belə bəyanatlar XİN xətti ilə dünya dövlətlərinə göndərilməli, səfirliklər vasitəsi ilə bir sıra ölkələrdə bu barədə tədbirlər vasitəsilə ciddi xəbərdarlıqlar olunmalı, müxtıif beynəlxalq tədbirlərdə bu xəbərdarlıq mütamadi olaraq elan edilməlidi. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti təcili şəkildə bu addımları atmalıdır və fəaliyyətlərində elə olmalıdırlar ki, bu bəyanatın ciddi bir qərar olduğunu hamı anlasın”

Xudaferin.eu

12:54