...Siz yaradıcılığını Vətənimizin azadlığı, müstəqilliyi və bütövlüyü uğrunda mübarizəyə həsr etmiş, milli şüurun yetişməsində mühüm rol oynamış və gənc nəslin milli-mənəvi dəyərlər sistemində tərbiyə olunması işinə böyük xidmətlər göstərmiş söz ustadlarımızdansınız. Poeziya sənətimizin ənənələrini zamanın sınaqlarından çıxaran və yaşadan bir şair kimi adınız ölkəmizdə daim ehtiramla çəkilir.
İlham Əliyev,
Azərbaycan Respublikası Prezidenti
Vahabzadə Bəxtiyar Mahmud oğlu (16 avqust 1925, Nuxa – 13 fevral 2009, Bakı, Azərbaycan) — Azərbaycan şairi, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000), "İstiqlal" ordeni ilə təltif olunmuşdur (1995).
Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur. Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilmişdir. (Zəruri qeyd: Professor Şirməmməd Hüseynov Bəxtiyar Vahabzadənin işdən çıxarılmadığını bildirir: "Bəxtiyarı işdən çıxara bilməzdilər, çünki bu, ciddi ajiotaja səbəb ola bilərdi. Məcburən onu doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərdilər). Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir. B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir. Xalqı oyandırmaq məqsədiylə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində; vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah etmişdir. Vahabzadənin şeirlərinə baxdığımızda gözə dəyən ilk mövzu vətən sevgisi olmaqdadır.
Hara gedir sabahimiz
Uzun illər düşünmüşəm:
Millətlərin cərgəsində biz də varıq.
Yurdumuza qəsd edənin
Gözlərini oyanlarıq.
Biz o qədər nəcibik ki,
Bir balaca işarədən söz anlarıq.
Haqla zoru ayırd edib
öz yerinə qoyanlarıq...
***
Millətimin taleyini
Mən düşündüm zaman-zaman.
Keçdi zaman, keçəmmədik
Gördüm, əsrin sınağından
zaman yaman harın imiş.
Demə, əsrin şadarası
narından da narın imiş.
Keçəmmədik o taya biz.
Şadarada qaldı bütün kəsirimiz.
***
Əsrin böyük sınağına
Demə, hazır deyilmişik.
Yoxuşu düz yol bilmişik.
Indi ulu Yaradandan soruşuram:
- De, kimik biz?
Məzlumuq, ya zalımıq biz?
Vaxtla tələb arasında
Bəlkə bir gün dolaşmışıq,
Vaxtın hansı döngəsində biz
qalmışıq?
Daş üstündə göyərməyən bir tumuq biz.
Özümüzə zalım ikən,
Başqasına məzlumuq biz.
Əldən gedən torpaq üçün
ürəyimiz çilik-çilik.
Zalım bizdən torpaq alıb,
Biz zalımdan sülh istərik.
Özümüzə dal çevirib
Özgəsinə qardaş dedik.
Biz yalanı körükləyib
Həqiqətə çıxdaş dedik.
***
Özgəsini yamsılayıb elə bildik:
Biz də dönüb ərən olduq.
Sərdiyimiz toxumların meyvəsini
Qarabağda dərən olduq.
***
Biz köhnənin xəstəsiydik,
Mərəzimiz bəlli idi
Sabirlərə, Cəlillərə.
Yaramızdan qan açıldı
Qarabağda birdən-birə.
***
Mədəmizi ağlımıza
Dəyişməyi şərə sandıq.
Özgəsinin qabağında toyuq olub
Evimizdə xoruzlandıq.
Qonşumuzun aclığını
Bilib rahat yatırıqsa,
Ləyaqəti, dəyanəti
Vəzifəyə satırıqsa,
Dostumuzdan donos yazıb
Arzumuza çatırıqsa,
Demək, bizdən üz döndərib
Allahımız,
Hara gedir sabahımız?
***
Dəryamızı bəyənməyib
Özgəsinin hovuzunda üzürüksə,
Yad dilində dil-dil ötüb
Doğma ana dilimizə
Əgər dodaq büzürüksə,
Inamımız, imanımız
Ya heç yoxsa, ya çürüksə
Demək, bizdən üz döndərib
Allahımız,
Hara gedir sabahımız?
***
Vicdan adlı bir mələkdən üz
döndərib
Iblisliklə barışdıqsa,
Ləyaqəti tapdalayıb
Özümüzdən yuxarıya yarındıqsa,
Dinimizi pula satıb
Özgə dinə sığındıqsa,
Ruhanimiz dəllal isə, tacir isə,
Anasının əmcəyini
Kəsən ilə əlbir isə
Rüşvət "Hacı" rütbəsini
Qazanmağa tədbir isə
Demək, yoxmuş Allahımız,
Hara gedir sabahımız?
***
Bir ölkədə satan varsa
Öz halalca torpağını,
Biz özümüz söndürdüksə
Dədəmizin yandırdığı siqarını,
Ayır görüm əməllərin
Qarasından sən ağını.
***
Bu nəsildən o nəsilə tel qırıqsa,
Tayfamızı millətimiz,
Evimizi Vətənimiz sanırıqsa,
Vətən, millət namusunu danırıqsa,
Demək, bizdən üz döndərib
Allahımız,
Hara gedir sabahımız?
***
Ömür boyu haram yeyib,
Başqasının halalına cumuruqsa,
Bir tikəyə möhtac olan əlacsızdan
Əgər rüşvət umuruqsa,
Gözümüzlə gördüyümüz dəhşətlərə
Gözümüzü yumuruqsa,
Özümüzdən ağır gələr günahımız,
Özümüzü yandıracaq öz ahımız.
Demək, bizdən üz döndərib
Allahımız.
"Ana Dili"
Dil açanda ilk dəfə «ana» söyləyirik biz,
«Ana dili» adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.
Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir…onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.
Bizim uca dağların sonsuz əzəmətindən,
Yatağına sığmayan çayların hiddətindən,
Bu torpaqdan, bu yerdən,
Elin bağrından qopan yanıqlı nəğmələrdən
Güllərin rənglərindən, çiçəklərin iyindən,
Mil düzünün, Muğanın sonsuz genişliyindən,
Ağsaçlı babaların əqlindən, kamalından,
Düşmən üstünə cuman o Qıratın nalından
Qopan səsdən yarandın.
Sən xalqımın aldığı ilk nəfəsdən yarandın.
Ana dilim, səndədir xalqın əqli, hikməti,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə yol açan Füzulinin sənəti,
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu Tarixi varaqlanır,
Səndə neçə min illik mənim mədəniyyətim,
Şan- şöhrətim saxlanır.
Mənim adım-sanımsan,
Namusum, vicdanımsan!
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!
Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi,
Sizlərə qənim olsun!
Qorxu
Mən qorxuram, sən qorxursan,
O da qorxur, bu da qorxur,
Biz qorxuruq.
Təzə fikir beynimizə gələn kimi
tez qorxuruq.
Başqasından qorxduğumuz bəs deyilmiş
Özümüzdən biz qorxuruq!
Qorxu, qorxu!
Bir qurd olub yeyir bizi içimizdən,
Nə gözləyir Vətən bizdən?
İradə yox,
kişilik yox.
Biz qorxuruq,
biz susuruq.
Fikir ölür,
can sustalır,
ürək donub,
ruh boğulur.
Qorxu bizim dilimizdə kilid olur,
Beynimizdə qıfıl olur.
Dərd budur ki, bu dərdi də,
Biz qanırıq, biz bilirik.
Qorxa-qorxa
Özümüz də özümüzçün
Biz qorxuya çevrilirik.
Şəhidlər
Qatil gullesine qurban gederken,
Gozunu sabaha dikdi sehidler.
Ucrengli bayraqi oz qanlariyla
Veten torpaqina cekdi sehidl?r.
Zalim oyunmesin zulmleriyle,
Min bir bohtaniyla, min bir seriyle.
Heqiqet uqrunda olumleriyle
Olumu kamina cekdi sehidler.
O senbe gecesi, o qetl gunu,-
Mumkune donderdik cox namumkunu.
Xalqin qelbindeki qorxu mulkunu,
O gece daqidib sokdu sehidler.
Tarixi yasai?b dil?yimizde,
Bir yumruqa donduk o gece biz de.
Yixib koleliyi ureyimizde
Cesaret mulkunu tikdi sehidler.
Onlar susdurulan haqqi dindirer,
Qaraca torpaqi qiymetlendirer.
Donan vicdanlari qeyretlendirer,
Axi, el qeyreti cekdi sehidler.
Bilirik, bu bela ne ilkdi, ne son,
Olurken uqrunda bu ana yurdun.
Quzu cildindeki o qoca qurdun,
Doqru, duz cildini cekdi sehidler.
Dozdu her zillete, dozdu her seye,
“Dunyada menim de haqqim var”,- deye
Kutleni xalq eden muqavileye
Qaniyla qolunu cekdi sehidler.
?nsan insan olur oz huneriyle,
Millet, millet olur xeyri, seriyle.
Torpaqin baqrani cesedleriyle,
Azadliq tumunu ekdi sehidler.
Allah butun şehidlerimize rehmet elesin.
MƏNDƏN XƏBƏRSİZ
Ömrün fəsilləri tez başa gəldi
Yayı bəhərlidir, qışı bəhərsiz.
Bir vaxt ayıldım ki, heydən düşmüşəm
İllər öz atını çapdı yəhərsiz.
Amal olan yerə baş qoyan illər
Toran gözlərimə yaş qoyan illər
Ey yaşım üstünə yaş qoyan illər,
Hara qaçırsınız məndən xəbərsiz?
Ey ömür! Görünür artıq sahilin
Əlin qısaldıqca uzanar dilin.
Ömurdən verdiyim yetmiş üç ilin
Zəhəri yetərli, balı yetərsiz.
Öz çiyin yüküdür hər kəsin yaşı
Dərdi-sirdasıdır, fıkri-yoldaşı
Dönüb xislətimə qəhər, göz yaşı.
Sevinc də, kədər də ötmür qəhərsiz.
Fikirlər selində axandan bəri
Ayıra bildimmi xeyirdən şəri?
Tökülmüş ömrümün yarpaq illəri
Bağçası viranə, bağı çəpərsiz.
Könül o könüldür qoca yaşımda
Fikirlər qaynaşır yenə başımda
Yenə hücumdayam söz savaşmda
Sözüm təpərlidir, özüm təpərsiz.
MƏNİM ANAM
Menim anam-
Savadsizdir,
Adini da yaza bilmir
Menim anam...
Ancaq mene,
Say öyredib,
Ay öyredib,
İl öyredib,
En vacibi
... Dil öyredib
Menim anam...
Bu dil ile tanimisam
Hem sevinci,
Hem de qemi...
Bu dil ile yaratmisam
Her seirimi,
Her neğmemi
Yox men heçem,
Men yalanam,
Kitab-kitab sozlerimin
Muellifi- Menim anam!...
ANA HƏDİYYSƏSİ
Anam namaz üste el açıb göye
Allaha yalvarır "Ya Rebbim" diye:
Sensen xelq eyleyen bu göyü,yeri,
Candan şirin olur bala, ay Allah
Sen menim ömrümden kesib illeri,
Balamın ömrüne cala, ay Allah!
Bu nedir? Arzuya, dileye bir bax,
Goِr bir neler keçirir ana
qelbinden?!
Çoxdur bu dünyada hediye,ancaq¦
Ömürden hediyye goِrmemişem men.
İsterem bir ana, bir bala
Lügetde sözlerin önünde gede
Uca olduğundan ananın özü,
Ucadır, büyüktür hediyyesi de.
Çoxdur hediyyeler insan adına:
Qiymetli ziynetler, qiymetli daşlar,
Ana hayat verer öz ovladına,
Hem de öz ömründen ömür bağışlar.
Bəxtiyar Vahabzadə: "Hara gedir sabahimiz"

14:34
Digər xəbərlər