Azərbaycanlılar məğrur və döyüşkən xalqdır-VİDEO

1858-ci ilin ortalarından 1859-cu ilin əvvəllərinə kimi Rusiya və Qafqazda səyahətdə olan fransalı yazıçı, tarixçi, səyyah Aleksandr Düma "Qafqaz səfəri" əsərində yazırdı: "Ermənilər bütün dünyaya deyil, yalnız Asiyaya yayılmışlar. Öz fikir, niyyət və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər. Dünən onlara həyan olan, kömək edən bir adam bu gün gözdən, etibardan düşəndə ona kömək etmirlər, boyunlarının vurulacağından qorxub nankora çevriliblər.

O ki qaldı azərbaycanlılara, biz onlar haqqında yuxarıda danışmışdıq. Qafqaz qəbilələri ilə qaynayıb-qarışması azərbaycanlıların təbiiliyini daha da artırmışdır. Bu xalq vaxtilə müzəffər olmuş, ürəyində indinin özündə də döyüşkən olaraq qalır. Onların çoxu məmnuniyyətlə atçılıqla, maldarlıqla, qoyunçuluqla məşğuldur. Yaz gələn kimi dağlara köçür, payıza qədər orada qalırlar. Qadınlar yun əyirir və xalça toxuyurlar. Onların toxuduqları Quba, Şamaxı və Nuxa xalıları rəng çalarlarına, naxışlarına və keyfiyyətlərinə görə İran xalılarından heç də geri qalmır. Əksinə, İran xalılarından bir üstünlüyü var: bu xalılar yarı qiymətinə satılır. Eləcə azərbaycanlılar ağzı ülgüc kimi iti xəncər düzəldirlər. Qını zinətli, dəstəyi fil sümüyündən və gümüşlə işlənmiş belə bir silaha dağlıların başçısı dörd at və iki arvad verirmiş. Azərbaycanlı ilə bir şey barədə sövdələşəndə ondan imzalanmış sənəd tələb etməyə ehtiyac yoxdur. Söz verdi, qurtardı".

00:07