Bir qrup gənc Avropada Rusiya səfirliyi qarşısında dinc etiraz aksiyası keçirib

Avropada yaşayan bir qrup gənc (Əsədov Mikayıl, Əzizli Əziz və Məmmədov Əliəşrəf) soyadşımız Rusiya səfirliyi önündə dinc etiraz aksiyası keçirmişdir.
Onların tələbləri arasında Azərbaycan-Dağıstan sərhəddində yığılan Azərbaycan Respublikası vətəndaşlarının dərhal Azərbaycan Respublikasına buraxılması, Rusiyanın Azərbaycan sərhəddində Dağıstan polisləri tərəfindən döyülən və ağır xəsarət alan bütün Azərbaycan Respublikası vətəndaşlarının haqqının ödənilməsi, tutulan Azərbaycan vətəndaşlarının dərhal və qeyd-şərtsiz azadlığa buraxılması və günahkarların məsuliyyətə cəlb edilməsi əksini tapmışdır.
Gənclərin Rusiya Federasiyası önündə etiraz aksiyasını əks etdirən fotoları oxuculara təqdim edirik:

Azərbaycanın bəzi rəsmi qurumlarının Dağlstanda baş verən və Azərbaycanın milli qürurunun alçaldılması və heysiyyətinin aşağılanması ilə nəticələnən insidentə susmasını və hərəkətsiz qalmasını "Xudafərin" jurnalı olaraq dərin təəssüf hissi ilə qarşılayırıq.

xudaferin.eu

14:01