Kəsilməliykən başı, kəsilibdir sünnəti

Meydan TV-də Surət Hüseynovla bağlı müsahibəyə baxdım. İnanın, ilk dəfə nə qədər cahil, burnunun ucundan uzağı görməyən, yaxşı ilə pisi bir-birindən 
ayırmağı bacarmayan millət olduğumuzu anladım. Görün Vətənin və Millətin taleyini kimlərin ümidinə buraxmışıq.
Gorunuz çatlamasın qurucu babalarım...
Bəzi obyektiv və subyektiv səbəblərdən heç vaxt Meydan TV-yə baxmazdım, ancaq Natiq Cavadlı kimi peşəkar, obyektiv jurnalisti olan TV-yə bundan sonra baxmağa dəyər.
Bu müsahibədən sonra ilk dəfə millətimdən qorxmağa başladım. Sən demə millətimizin düşmənləri öz içimizindəymişlər.
Ruhun şad olsun, böyük şairim Mirzə Ələkbər Sabir, hələ də səni anlaya bilməmişik.

Ey xain, bədxah müsəlman milləti,
Kəsilməliykən başı, kəsilibdir sünnəti.

misrası necə də yerinə düşür..

Elman Mustafazadə

14:18