Səlim Müslümov və idarəsi şikayətçinin ölümünü gözləyir
7 aydır diazlizdən əziyyət çəkən, yeriyə bilməyən, şəkər xəstəliyi yüksək həddə olan, ürəyinin klapanları işləməyən Mobil Məsmalıyevin əlillik təqaüdü niyə verilmir?!
Ağstafa rayonunda qeydiyyatda olan Mobil Məsmalıyev dializ xəstəsidir. Ailəsi imkansızlıq səbəbindən, eyni zamanda xəstəxanada müalicə alması üçün Gəncə şəhərində, kirayə mənzilə yerləşib. Onlar 7 aydır ki, müvafiq qurumlara müraciət etmələrinə baxmayaraq, Mobil Məsmalıyevin təqaüdünü ala bilmirlər. Mobil Məsmalıyevin həyat yoldaşı Nigar xanımın sözlərinə görə, 7 ayda onun getmədiyi və döymədiyi qapı qalmayıb. Bütün sənədlərin düz vəziyyətdə olmasına baxmayaraq, Bakıdan təqdim olunan epiqrizə əhəmiyyət verməyərək, uzun müddətdir ki, Mobil Məsmalıyevə düşən halal təqaüd haqqını ala bilmirlər. Yerli orqanlar Bakıdan cavab gözlədikləri bildirir. Lakin bu günədək lazımi cavab yoxdur. Mobil Məsmalıyev yataq xəstəsi olmasına baxmayaraq, müvafiq qurumlar ona I qrup əlillik dərəcəsi verməkdən imtina edirlər. Bu isə onsuz da ağır olan ailənin vəziyyətini daha da ağırlaşdırır. Müalicə, dərmanlar kifayət qədər vəsait tələb edir. Ailənin xanımı ağır xəstəyə qulluq etdiyindən işləyə bilmir. Evin kirayə haqqı imkansızlıq səbəbindən ödənilmədiyi üçün ailənin evdən atılma təhlüksi var. Nigar xanım, belə bir ağır xəstə ilə günün birində küçədə qalacaqları təlaşını yaşayır. Sosial Müdafiə naziri Səlim Müslümova müraciət edən əlacsız qadın, ondan səlahiyyətləri daxilində kömək əlini uzatmasını xahiş edir. İdarədən isə cavab yox. Belə çıxır ki, vətəndaşın ölümünü gözləyirlər…

Xural.com
10:23
Digər xəbərlər