İraq Türkmən Cəbhəsinin (ITC) sədri Salehi: "İraqın orta və cənub şəhərlərindəki valilər ərəb, şimaldakı üç şəhərin meri kürd, Kərkükdə də valinin Türkmən olmasını istəyirik. Kərkük Türkmən şəhəridir və bunu heç kim mübahisə etməz".
İraq Türkmən Cəbhəsi (ITC) Bağdad rəhbərliyinin Kərkükə hərbi qubernator təyin istəməsinə baxmayaraq, şəhər valisinin Türkmən olmasını istəyir. Türkmən siyasi partiya və liderləri Kərkükdə qubernatorun Türkmən olması üzərində dayanır və məsələ ilə bağlı tələblərini rəsmi orqanlara çatdırdıqlarını bildirirlər. İraq Türkmən Cəbhəsinin (ITC) sədri və Kərkük deputatı Ərşad Salehi mövzuyla əlaqədar etdiyi açıqlamada, Kərkükdə təhlükəsizliyin mərkəzi hakimiyyət tərəfindən ancaq bərpa olunmağa başladığını söyləyərək, daxili işlər naziri Kasım Aracinin dünən şəhərə səfəri zamanı buradakı təhlükəsizlik məsələsində Türkmən, Ərəb və Kürdlərin bərabər vəzifə bölgüsünün aparılacağı qərarının aldığını bildirib.
Kürd partiyalarının şəhərdəki pozğunçu fəaliyyətlərinin aradan qaldırılması vaxtının gəldiyinə işarə edən Salehi bunları söyləyib: "Kərkük Valisi nədən Türkmən olmasın? İraqın orta və cənub şəhərlərindəki valilər Ərəb, şimaldakı üç şəhərin meri Kürd, Kərkükdə də valinin Türkmən olmasını istəyirik. Vali Türkmən olanda şəhərin Türkmənləşdiriləcəyi xofu içində olanlar var. Ancaq Kərkükün bir Türkmən şəhəri olduğu həqiqəti ortaya çıxdı".
“İbadi hərbi qubernator təyin etmək istəyir"
“Baş nazir Heydər əl-İbadi Kərkükə hərbi qubernator təyin etmək, yanında da Türkmən, Ərəb və Kürd müavinlərin olmasını istəyir", deyən Salehi, "Bütün variantları qiymətləndirəcəyik. Kərkükdə komponentlər arasında bərabərlik və ədaləti təmin edəcək rəhbərlik modelinin olmasını istəyirik. Bunu da bir Türkmən vali təmin edə bilər. Bağdad hərbi gücü Kərkükə gətiribsə, hər kəsi dinləmək məcburiyyətindədir. Kərkükdə məzhəbçi siyasətlər nəticə verməz. Kərkük bir Türkmən şəhəridir və bunu heç kim mübahisə etməz", deyə fikir bildirib.
Keçmiş qubernator həbs olunsun
Qondarma “Kürd Regional Rəhbərliyi”nin (IKBY) daxili müharibə çıxaracaq addımlardan uzaq durması üçün xəbərdarlıq edən Türkmən lider, Kərkükdə Türkmənlərə qarşı sui-qəsd və insan qaçırma cəhdlərindən narahatlıq duyduqlarını söyləyib. Salehi Kərkükdə PKK terror təşkilatının qərargahlarından partlayıcı maddələr və mühüm sənədlərin ortaya çıxdığını və onların Bağdad hökumətinin əlində olduğunu söyləyib. Bu qanunsuzluğa keçmiş Kərkük valisi Nəcməddin Kərimin yardımçı olduğunu deyən Salehi, Kərimin həbs olunaraq, mühakimə olunmasını istədiklərini qeyd edib.
Ərşad Salehi: “Kərkükə Türkmən vali istəyirik"

Xudaferin.eu
“Orta Doğu Bürosu”
09:37
Digər xəbərlər