Qarabağa rus əsgərlərinin hücumu

İnternetdə «Истории об истории» adından yayınlanan «Живой мост — подвиг русских солдат в Карабахе» adlı bir məqaləni oxudum. Ruslar da «böyük qardaşları» ermənilər kimi saxta tarix uydurmaqdadırlar. Öncə xatırladım ki, rus tarixçilərinin uydurduğu, nə Kulikovo, nə Borodino və s. kimi iri miqyaslı döyüşlər olmayıb. Söylədiyim bu faktları aparılmış arxeoloji qazıntılar təsdiqlədi və bu döyüşlərin bir uydurma olduğunu üzə çıxardı.

İkincisi bu məqalədə guya 40 minlik Qacar ordusuna qarşı 4-cə min rus əsgərinin vuruşduğunu yazmaq ən azı axmaqlıqdır. Ruslar həmişə qat-qat say üstünlüyü olmadan heç bir döyüşə girməmişlər. Ən son Sovet qoşunları 1941-ci ildə 1 milyon 700 min nəfər əsgər düşmənə könüllü əsir düşmüşdü və bu cür gedişdən faşistlər belə çaş-baş qalmışdı. Andrey Vlasov — 1942-ci ildə Volxov cəbhəsində əsir düşərək almanların tərəfinə keçmiş sovet generalını hər kəs tanıyır. Ümumiyyətlə, II Dünya Müharibəsi illərində Rusiya Azadlıq Ordusunun rəhbəri kimi faşistlərə xidmət edib. Müharibədən qalan alman arxiv sənədlərinə görə, hərbi hüquqşünas Zvyaqintsev yazırdı ki, 1 may 1944-cü il tarixində 1 milyon 53 min sovet əsiri Alman konsentrasiya düşərgələrində idi, o vaxta qədər daha 1 milyon 981 min məhbus ölmüşdü, 473 min nəfəri edam edilmişdi, 768 mini tranzit düşərgələrdə ölmüşdü.

Живой мост — забытый подвиг русских солдат - Дзен дневник
                                                                   Abbas Mirzə və Sisianov

 

Araşdırmalarda məlum oldu ki, 1941-ci il iyunun 22-dən 1944-cü il mayın 1-dək 5 milyondan çox sovet hərbi qulluqçusu əsir götürülüb. Deyilənə görə, elə bu səbəbdən Stalin zamanında heç zaman 1945-ci ildən sonra Qələbə paradı keçirilməməsinin kökündə dayanan əsas faktor elə bu məsələ olub.

Yəni rusların qələbə haqqında uydurduqları yalanlar çox iyrəncdir və onların ermənilərlə birgə Qarabağda, xüsusən Xocalıda, Qaradağlıda və s. dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri yəqin ki, unutmamısınız. İbrahim xan və onun baş vəziri Molla Pənah Vaqifin Rusiyaya meylli olması, daha dəqiq desək, satqın olmaları Sisianovun məkrli xarici siyasət planına uyğun gəlirdi.

WWII Pictures on Twitter: "This day in 1941, German Army Group Centre  defeated Soviet forces within the Vyazma pocket in Russia, and captured  some 600,000 men, 1,000 tanks, and 4,000 artillery pieces. #

 

«Sisianova məlum olan bu siyasətlə — öz dövlətinə asi düşmüş separatçı xanlıqlar arasındakı narazılıqlardan istifadə edərək manevr etməyin nəticəsini Şəmşədil hökmdarı və digərlərinin timsalında görmüşdü. İbrahim xanın daha hansı səbəblərdən Sisianovun müraciətinə müsbət cavab verməsini müxtəlif arqumentlərlə izah edilməsini də nəzərə alsaq demək olar ki, Sisianovun hiylələri və həmin dövrdə Azərbaycan torpaqlarında mənəmənəmliyin və daha dəqiq desək vətən, xalq mənafeyindən deyil, şəxsi mənafe və şəxsi münasibətlərə üstünlük verilməsinin nəticəsində Azərbaycan böyük bəlalara düçar oldu. Gəncə xanlığına divan tutuldu, Qarabağ xanlığı itaət etməyə məcbur edildi» (Qasım Hacıyev «Kürəkçay müqaviləsi və Qarabağın sonrakı tarixi taleyi»).

Məqaləni diqqətinizə çatdırıram: «İndi az adam rus-İran müharibələrini xatırlayır, amma bu arada rus ordusunun İrana qarşı yürüşləri sayəsində mühüm ərazilər imperiyaya — Şimali və Cənubi Qafqaza birləşdirildi (işğal edildi-red.).

Rus-iranlı qarşıdurmalarının tarixində çoxlu «şanlı səhifələr» olub. Əvvəllər ən məşhur, lakin indi tamamilə unudulanlardan biri dördüncü Rusiya-İran Müharibəsi zamanı rus əsgərlərinin göstərdiyi şücaət idi.

İmperiyanın cənubunda

1804-cü ildə Rusiya Şərqi Gürcüstan ərazisi üzərində yaranan mübahisə nəticəsində İranla növbəti münaqişəyə girdi.

Müharibə imperiyanın əsas qüvvələrinin Napoleonun kampaniyasını yenicə açdığı Avropaya cəlb edilməsi ilə çətinləşmişdi. Buna baxmayaraq, rus ordusu əvvəldən müəyyən uğurlar qazandı — İrəvan yaxınlığında iranlıları məğlub edərək onları geri çəkilməyə məcbur etdi.

Münaqişənin növbəti mərhələsi Qarabağda baş verdi. Qarabağ xanı Rusiya təbəəliyinə daxil olmaq arzusunu bildirdi, lakin İran bununla razılaşmadı. Bu müharibənin əsas döyüşlərindən biri də məhz orada, Şuşa yaxınlığında oldu.

Şuşa yaxınlığında, Əsgəran dərəsi yaxınlığında qeyri-bərabər qüvvələr qarşılaşdı: sayı beş yüz süngü və iki topdan çox olmayan 17-ci Yeger alayına 40 min nəfərlik nəhəng Qacar ordusu (!!!) qarşı çıxdı (?!)»

Qeyd: Ruslar da digər xristianlar kimi heç zaman az qüvvə ilə kimsə ilə döyüşə girməyib. Tarixdə belə fakt yoxdur və bu cür faktlar bir rus nağılıdır. O dövrün mənbələrində isə fərqli bir rəqəm ortaya çıxır. Bir mənbədə deyilir: «1803-cü ildə o, sonradan Gürcüstan Hərbi yoluna çevrilən Daryal keçidini yenidən qurulmasına başlandı. Qoşunlara bu yol çox vacib idi, rus ordusuna 4500 könüllüdən ibarət gürcü döyüşçüləri qoşulmuşdu. Yazda birləşmiş rus-gürcü ordusu Car-Balakən cəmiyyətləri üzərinə uğurlu yürüş etdi, bundan sonra İlisu sultanlığı Rusiyaya sədaqət andı içdi.»

Aslandüz döyüşü — Vikipediya

 

1805-ci ilin əvvəlində Şuragel sultanlığı Zaqafqaziyadakı rus mülklərinə birləşdirildi. Həmin ildə Sisianov Qarabağ (14 may, Kürəkçay müqaviləsi), Şəki (21 may) və Şirvan xanlıqlarını (27 dekabr) Rusiya təbəliyini qəbul etməyə razı saldı. General V. A. Pottonun yazdığına görə, Qafqaz Kampaniyasında çeçenlərə qarşı yürüyən rus ordusunda Qrebenski kazakları, Saratov, Mozdok kazakları polku və 15 Yeger polku, 5 dragon eskadronu və Kizlyar qarnizonunun bir neçə rotası iştirak edirdi. Polkun 2,4 min nəfər şəxsi heyəti və 400-dən artıq atı var idi. İki ponton şirkətində 2 min döyüşən və ehtiyat əsgəri, 300-dən çox döyüşə qatılan və ehtiyat at olurdu. Hər bir rota hər birində 50 ponton olan 8 depoya xidmət göstərirdi. 5 Draqun eskadrilya poku — 1063 zabit və aşağı rütbəli zabit, 899 döyüş atından ibarət olur.

1802-ci ilin ştat cədvəlinə görə, kirasir alaylarında 787 döyüşçü və 138 ehtiyat döyüşçü var idi. Draqunlar — 827 döyüşçüdən və 142 ehtiyat döyüşçüdən ibarət olurdu. Qusarlar — 1528 döyüşçü və 211 qeyri-döyüşçüdən ibarətdi. Kazak alayları beş yüz nəfərdən ibarət olurdu, yalnız iki alayın hər birində 1000 atlı var idi. 1806-cı ildə alay və səhra artilleriyasının sayı 18 briqadaya endirildi, 1812-ci ildə onların sayı 28-i (piyada və süvari diviziyalarının sayına görə) qalxmışdı. Bundan əlavə, onlar 10 ehtiyat və 4 ehtiyat briqada, 25 rota yaratdılar. Mühafizəçilər briqadasına 2 piyada baterayası, 2 yüngül və 2 süvari rotası, səhra briqadaları — 1 batareya və 2 süvari dəstəsi daxil idi. Ehtiyat briqadalar qeyri-bərabər tərkibə malik idi. Ehtiyat briqadalarda 1 batareya və 1 süvari rotası, üstəgəl 4 ponton rotası var idi. Təxmini hesablamalara görə bu say 48-50 min nəfər şəxsi heyət deməkdir. Car Balakən üzərinə yürüşdə təkcə gürcü könüllülərin sayını özləri 4800 nəfər göstərir. Bu rus yaxşı ki, kəlləsini burada itirən gürcü Sisianovun tək başına hücum etdiyini yazmayıb? «Qarabağnamə»lərdən aydın olur ki, Qacar qoşunlarına ilk hücumu elə bu satqın separatçı xanlar etdilər. Yəni öz başımızı özümüz kəsib düşmənə ərməğan etdik.

Yaxud da tanınmış araşdırmaçımız Araz Şəhrilinin bu fakt qaçmayıb və bu barədə öz məqaləsində yazır: «Gəncə xanlığı ilə Rusiya imperiyası arasında 1803–1804-cü illər müharibəsi Azərbaycan və hətta Rusiya tarixşünaslığında müəyyən dərəcədə araşdırılmış və işıqlandırılmışdır. General Sisianovla Cavad xanın bir-birinə yazdıqları məktublardan, rus hərbçilərinin raportlarından, xatirələrindən sözügedən hadisələr haqqında kifayət qədər dolğun informasiya əldə etmək mümkündür. Lakin onu da vurğulamalıyıq ki, Gəncə savaşından bəhs edən çar generalları, ardınca isə rus tarixçiləri həmişəki kimi öz “prinsiplərinə” sadiq qalaraq çar ordusunun və qarşı tərəfin itkiləri barədə təəccüb doğuran, qəribə rəqəmlər təqdim etmişlər.

Beləliklə, bu araşdırmamızın predmeti imperiya ordusunun Gəncə döyüşlərində verdiyi tələfatın statistikasıdır.

Rus hərbçilərinin məlumatına əsasən, Gəncəyə hücum zamanı qala divarlarında və şəhərin dar küçələrində Cavad xanın döyüşçülərindən ən azı 1.500 nəfər, ən çoxu 3.000 nəfər şəhid edilmişdir. Çar ordusunun isə guya vur-tut 3 zabiti və 35 əsgəri həlak olmuşdur.

Beləliklə, yuxarıdakı məlumata görə, 8 metr hündürlüyündə qalın divarları olan, o dövr üçün Qafqazın ən güclü istehkamı sayılan Gəncə qalasını birbaşa hücumla almış ruslar cəmi 38 nəfər, onlara son dərəcə qətiyyətlə müqavimət göstərmiş gəncəlilər isə 3.000 nəfər itirmişlər. Bu rəqəmləri şişirtmənin son həddi də hesab edə bilərik. Avropalılar güman edirdilər ki, belə mübaliğələrə şərq ölkərində daha çox yol verilir. Qərbli müəlliflərdən biri istehza ilə yazırdı: “Padişahın şəxsən iştirak etdiyi bir döyüşdə 100.000-dən az adamın həlak olması əlahəzrətin şəninə xələl gətirə bilər”.

Araz Şəhrili bu rus yalanı barədə daha sonra yazır: «Rus ordu birləşmələrinin özündən əvvəlki digər komandanları kimi Sisianov da Gəncə və İrəvan uğrunda döyüşlərin nəticələri barəsində məlumat verərkən ənənəyə sadiq qalaraq öz itkilərini dəfələrlə azaltmış, qarşı tərəfin itkilərini isə qat-qat artıq göstərmişdir. Heç şübhəsiz ki, burada Sisianovun özünün də “şəxsi keyfiyyətləri”, o cümlədən, guya tədbirli bir general kimi özünü çarın nəzərində fərqləndirmək istəyi də az rol oynamamışdır».

Məqalədə deyilir: «Qacarlara İran taxtının varisi Abbas-Mirzə, rus qoşunlarına isə polkovnik Pavel Karyagin komandanlıq edirdi.

Qüvvələr həddən artıq qeyri-bərabər idi, lakin rus dəstəsi knyaz Sisianovun komandanlığı altında əlavə qüvvələri gözləyərək düşmənin bütün hücumlarını dəfələrlə dəf etdilər.

Canlı körpü

Ərazilər mürəkkəb relyefə malik idi: Ətraf arxlarla, təpələrlə və alçaq dağlarla əhatələnirdi. Belə bir şəraitdə hərbi əməliyyatlar aparmaq asan deyildi.

Imperial Russia and the Caucasus | Weapons and Warfare

 

Döyüşün qızğın vaxtında rus topçuları düşmənə daha yaxın mövqe tutdular, lakin əsgərlərin yolu üzərində geniş bir dərə var idi. Maneədən keçmək və ya keçid tikmək mümkün deyildi — kifayət qədər material və vaxt yox idi.

Əsgərlərin fərasəti və fədakarlığı kömək etdi. Silahları daşımaq və atları keçirmək üçün artilleriyaçılar xəndəkdə uzandılar. Topları üstlərindən keçirəndə ağrıdan qışqıran canlı insanların hayları gəlirdi. Beşcildlik üçün «Кавказская война» (“Qafqaz müharibəsi”) kitabının müəllifi general Vasili Pottonun dediyinə görə, xəndəyin çox hissəsi silahla dolu idi və hər iki tərəfdən əsgərlər bir növ “körpü”yə çevrilmişdilər.

Bundan sonra, hər şey düzəldi. Topçular maneəni keçərək düşmənə sarsıdıcı zərbələr endirməyə nail oldular və döyüşdə qalib gəldilər.

Müharibə (fasilələrlə) 1813-cü ilə qədər davam etdi və Gülüstan sülhü ilə başa çatdı. Bu müqaviləyə əsasən Rusiya Zaqafqaziyanın əhəmiyyətli bir hissəsinə sahib oldu və Xəzərdə donanma yerləşdirmək hüququ əldə etdi.

Məğlub olmaqdan əl çəkməyən iranlılar bir neçə il sonra, 1826-cı ildə yeni müharibəyə başladılar və bu müharibəni də uduzdular».

Bir faktı da qeyd edim ki, bizim Azərbaycan variantı Vikipediyalar da nədənsə elə bu rus yalanlarını «bəh-bəhlə» təqdim edirlər.

Bakı xanı Hüseynqulu xanın Mahnigar adlı gözəl bir qızı var idi'

 

…Bakıya nəzarət etmək niyyətində olan Sisianov 1806-cı ilin əvvəlində oranı mühasirəyə aldı və qalanın ruslara verilməsi barədə Bakı xanı Hüseynqulu söz verdi. 1806-cı il fevralın 8-də Bakının dinc yolla təslim edilməsi mərasimi keçirilməli idi. Polkovnik-leytenant knyaz Elizbar Eristov və bir kazakın müşayiəti ilə Sisianov şəhərin divarlarına doğru irəlilədi. Xan ona açarları verəndə xanın yaxın adamlarından olan İbrahim bəy tapançadan qəfil atəş açaraq Sisianovu öldürdü. Knyaz Eristov da öldürüldü. Sisianovun başını kəsən xan və nökərləri onun başını özləri ilə götürüb şəhərə sığındılar. Komandirini itirən kiçik rus ordusu geri çəkilməyə məcbur oldu. Hüseynqulu xan Sisianovun kəsilmiş başını Qacar şahına göndərdi…

Amma artıq gec idi. Rus əsgərinin «sapoqları» bu müqəddəs ölkəni murdarlamışdı…

Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Xudaferin.eu

01:29