Jurnalistikamız öz qatilini sevən məşuqəyə oxşayır

Azərbaycanda KİV-lər və jurnalistlər haqqında qəbul edilmiş və təklif edilən bütün müddəalar məmurları qorumaq xarakteri daşıyır. Azərbaycanda monopoliyaya alınmış reklam bazarı və jurnalistikanın inkişaf perespektivlərinə xidmət edəcək bir təkliflə çıxış edən kimsə yoxdur. Məsələn, Azərbaycanda inzibati tənbeh almış mətbu nəşr bir il ərzində jurnalist adından sui-istifadəyə təkrar yol verərsə, fəaliyyəti dayandırılacaq". Tənbehin hansı kriteriyalara görə verilməsi müəyyən olunmalıdır. İzah üçün bircə misal çəkirəm. Mətbu orqanların bütün dünyada işlətdiyi bir üslub var. Dezinformativ xalq arasında geniş yayılan istənilən xəbəri yaymaq olar. Məsələn, deyək ki, "İsgəndərin buynuzu var". Bunu hamı deyirsə, informasiyanın mənbəyi xalqdır. Tənbeh edə bilirsinizsə, gedin xalqın ağzını yumun. KİV orqanı konkret olduğu üçün ona hücum etmək nə məqsədi daşıdığı tam aydın olmurmu?
Jurnalistikamız öz qatilini sevən məşuqəyə oxşayır

Jurnalistikamız öz qatilini sevən məşuqəyə oxşayır

Jurnalistika ilə bağlı müstəqillik əldə olunan gündən təklif edirəm ki, bu sahə lisenziyalaşdırılsın. Təhsili olmayan və bu sahədə azı 10 il stajı olmayanların bu sahəyə başçılıq etməsinə yol vermək olmaz. Bu "İnformasiya təhlükəsizliyi" baxımından çox vacibdir. Bizdən daha professional olan düşmən Ermənistan bizim naşı "şok, +18" axtaran kəsimi ustalıqla öz toruna sala bilir. Məsələn, "Ermənistan 3-5 rayon qaytarır" tipli xəbərlər ayda bir dəfə yayılır. Bu informasiya mənbəyini bu gün özlərini jurnalistikanın "komandosları" elan etmiş bu "məmur vəkilləri" açıqlaya bilərlərmi? Əsla. Çünki bu işdə gəlir yoxdu. Amma ucuz variantla düşmən xalqın reaksiyasını hər ay yoxlaya bilir. Bizdə professional informasiya ilə işləməyi bacaran 5-3 sayt istisna olmaqla, hətta öz yazdıqlarını belə oxumayan saytlar çoxluğu var. Bu gün müharibə şəraitində yaşayan və hiyləgər bir düşmənlə mübarizə aparan bir ölkədə təklif olunan müddəalara baxın: "Gununsesi.info-nun məlumatına görə, bununla bağlı “Kütləvi informasiya vasitələri haqqında” qanunun 19-cu (Kütləvi informasiya vasitəsinin istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi) maddəsinə əlavələr təklif edilir.

Təklif olunan layihəyə əsasən, kütləvi informasiya azadlığından və ya jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdikdə mətbu nəşrin fəaliyyətinin iki ay müddətində dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılır.
Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq".

Azərbaycanda KİV-lərə ciddi diqqət ayrılmalıdır. Aprel döyüşlərinin gedişində aparılan informasiya savaşında bizim mediya nümayəndələri reketdən çox fərariyə bənzəyirdilər. Öz ölkələrində gedən döyüşlər haqqında informasiyanı isə Rusiyanın informasiya məkanından alırdılar. Rusiya informasiya məkanını isə ermənilər 10 ildi ələ keçriblər. Konkret olaraq bu təkliflərinizə bircə əlavəm var: "YAZMAQ QADAĞAN EDİLSİN!"-sözlərini də o təkliflərinizə artırın. Çünki bu ölkədə fəaliyyətdə olan jurnalistika daha çox öz qatilini sevən məşuqələrə bənzəyir...

X. Ədəboğlu
Fedai.az

16:28