…QAM DUASI: Mən ulu bir Qamam. Tanrının və Ana Təbiətin sirlərinə vaqif olmuş, Uca Göylərin havasını udmuş, Suyunu içmiş, Atəşini atəşləmiş və Torpağını becərmişəm. Dörd sirrə dörd qədəm basmışam. O deyilən Ulu Yaradana tapınmışam. Onun yaratdıqları heyvanların dilini bilmişəm. Bitkilərinin dadını bilmişəm. İnsanlarının zehnini oxumuşam. Mən bir Tanrı Elçisiyəm. İsmim tarix deyilən daşlarda yazılı. MƏNİ, MƏNİ MÜTLƏQ TAPIN…
Türklərdə qurdla bağlı izlərə geniş yer ayırmaqda məqsəd bu tayfanın bütün türklüyə aid olmasını üzdə saxlamaqdır. Qurdun türk dastanlarındakı yeri Bahaeddin Ögelin əsərlərində geniş şəkildə işıqlandırılıb: Boz Qurd, Göyquyruqlu Qurd, Göy Qurd, Göy Yal Qurd (Uyğur Oğuz, boz yallı qorxunc qurd), Böri-Tigin/Börü Çığın (Çingiz xanın oğlu), Qurd/Börü.
Qədim zamanlarda Hunlar dövründə, daha çox Göktürklər dövründə Qurd bir simvol idi. Başqırd/Baskirt (Oğuz xana düşmən olan xalqlar arasında adı çəkilirdi), Al börü/Al pörü isə, Altay mifologiyasında, fövqəlbəşəri cəsarətə malik olan müqəddəs qəhrəmanlara, insanlara yamanlıq edən şər ruhlar sayılırdı.
Al-pörü «Qorxunc Qurd», tilsimli «Dəhşətli və sehrli meşə» kimiydi. Kitanlardan Çinə gələn tavus, tısbağa kimi onun da ağ rəngdə olduğu deyilir. Qurd Ata, Qurd Anadan daha yeni bir əfsanə sayılır. (Qurd Ataya sahib şamanlar çox da məqbul sayılmırdılar), Qurddan Hamilə (Alan Kava (Alankva) onun içində yatırdı. Evə gecə vaxtı parlaq bir işıq girəndə o bu işıqdan hamilə qaldı. Ay çadıra girən kimi şir və ya canavar kimi bir şey görünür).
Qurd kəniz, qulluqçuya Göktürk xanlarının qoruyan ərlərə börü, qurd deyirdilər. Yakut türkləri bəzən qurd və ya tülküdən kömək istəyər, bu iki heyvanın çoxlu şəkillərini çəkərdilər. Altay və Sibir türk dastanlarında da bu izlər qalmaqdadır. Bir eposda 13 qız 13 qurda çevrilir. Qurd Totem kimi “Sibirdə onqon sayılan heyvanların dəriləri soyulur və içi doldurulurdu, amma hun dövrünə aid qurdların dərisi soyulsa da içi doldurulmurdu. Qurd dili, Manasın oxları qurd dilli boz oxlar idi. Qurd gözləri, Qurd tüklü üzük Atillanın arvadının üzüyü qurd tükləri ilə örtülmüşdü, bundan başqa Qurd Mağarası, Qurd Yiğit, Qurd Alpın aşkarlanması bizim üçün yeni bir tapıntı oldu.
Ona görə də bir çox soylu türk ailələri, hökmdar və sərkərdələr öz adlarında Qurd, Kurd, Kurt, Börü və s. adını öz soyadlarında əks etdirirdilər. Məsələn, bu ad bütün qədim mənbələrdə Sekman El Qutbi kimi qeyd olunur. Xanədananın adı Sökmenoğulları deyil, Şah-i Ərmən Sakman əl-Kurdi əl-Qutbî (Şah-ı Arman, həm də düşünürəm ki, bu ad əslində elə SAKMANDIR) və ya Ərmənşahî (Armenşahlar) kimi xatırlanır. Əhlətşahlar adı sonradan uydurulmuş bir addır.
İbn Əsir isə bir-iki yerdə bu bəylik haqqında qeydlər edib, ona əhəmiyyət vermir və onları Sekman adlandırır. İbn Xəlikan bu sülalənin şəxsiyyətlərindən bəhs etmir. Süryani tarixçi Ebü’l Farac, ümumiyyətlə Sökmənin və ya Sekmanın adını çəkmir, çox güman ki, İbn Əsirdən ətraflı məlumat verərkən onları həmişə «Ermənşah» adlandırır. Urfalı erməni salnaməçisi Mateus Sekmanın adını bəzi yerlərdə az qala həmişə səhv verməklə, hətta bəzi yerlərdə “sultan” deyə adını çəkir.
XIV əsrin ikinci yarısında yaşamış tunisli tarixçi İbn Həldun onu yad edərkən açıq mətnlə türk olmasını verir.
Avrosentrizm isə imkan düşdükcə bu yöndə də boş durmayaraq, Türk xanədanlarını heç bir mənbəyə əsaslanmadan kürd, erməni adlandırmağa çalışırlar. Çünki onların özləri və nökərləri türklərin bu ərazilərə gəlmə olduqlarını qəbul etdirməyə çalışmaqdadırlar.
Eyni oyunlar Sökmən sülaləsiylə də oynanılmış və onları da yanlış olaraq Səlahəddin, Şəddadi və Rəvvadilər kimi yanlış oaraq kürd (kurmanşi) tayfası kimi təqdim etməyə çalışmışlar.
Bu barədə daha sonrakı bölümlərdə bəhs edəcəyik. Əslində isə Şimali Azərbaycanda yaşamaqda olan «Qurdlar-Qurd tayfasına mənsub olan Sökmənlərin, yəni Şah-i Ərmən Sakman əl-Kurdi əl-Qutbî adındakı Kurd sözü, elə indiki Qurd sözüdür və Qurd tayfasıyla bağlılığını ortaya qoyur. Yəni bu hökmdarların da Qurd tayfasından olmasını bildirir. Amma nədənsə kürdlər bu ada heç zaman iddia etməzlər. Çünki tarixi mənbələr onların bir mənalı olaraq türk olduğunu yazarlar. İndi həmin tarixə diqqət yetirək:
Mosul Atabəyi İmadəddin Zenginin ölümündən sonra Əhlətşah Sökmən Hizan, Mədən və bəzi digər bölgələri öz hakimiyyəti altına aldı. Daha sonra Artuklulardan olan Qara Arslan Sökmənə aid olan Malazgirdi işğal edərək talan etdi. Nəcməddin Alpi işə qarışaraq iki tərəf arasında sülh bağladı (549/1154).
Digər mənbələrdə və gürcü tarixində də əks olunan sonrakı hadisələrdə də teürk kimliyinin dönə-dönə əks olunması — Şah-i Ərmən Sakman əl-Kurdi əl-Qutbî adındakı «KURDİ» sözünün Türk tayfası Qurd olması tam sübuta yetir.
Diqqət yetirin: Türk hökmdarlarına qarşı öz aralarında və xaçlılarla döyüşmək imkanı əldə edən gürcülər Azərbaycanda və Şərqi Anadoluda bəzi yerləri işğal etdilər. Ərzurum məlik İzzəddin Saltuk da gürcülərə əsir düşdü. Lakin sonradan fidyə ödəyərək xilas edilib. Gürcülər Ani işğal etdikdə II. Sökmen, Bitlis əmiri Toğan Arslanın oğlu İzzəddin Saltuk və Artuqilərdən Nəcməddin Alpi 1161-ci ildə Gürcüstan səfərinə qatılmağa qərar verdilər. Lakin Alpı hələ qoşula bilmədiyi və Saltuk xəbərsiz getdiyi üçün II Sökmən ağır məğlubiyyətə uğradı. Onun əsgərlərinin çoxu öldürüldü.
İbnul-Asir qeyd edir ki, bu hadisədə dörd yüz süvaridən başqa heç kim sağ-salamat geri qayıtmadı. Türk qüvvələri böyük itkilərlə geri döndü və II Sökmən əsirləri azad etmək üçün külli miqdarda pul ödəməli oldu. Bu qələbədən güc və cəsarət alan gürcülər 1162-ci ildə Dvini işğal edib qarət etdilər. Dvin və kəndlərində on min adamı qılıncdan keçirdilər. Çoxlu kişi və qadınları əsir götürdülər. Onlar qadınları soyundurub ayaqyalın apardılar. Məscidləri, məbədləri yandırıb dağıtdılar. Hətta müsəlman qadınların təqib və işgəncəyə məruz qaldığını görən gürcü qadınları belə bu vəziyyəti etiraz edərək onları geyindirərək deyirdilər: “Müsəlmanlara, onların qadınlarına etdikləriniz onların da eyni şeyi bizə qarşı etməyə məcbur etdiniz”.
Hətta gürcü qadınlarının da üsyana qalxmasına səbəb olan bu zülm və işgəncələr müsəlmanları hərəkətə gətirdi. II Sökmən, Dövlət xadimi, Azərbaycan patriarxı İldəniz və İraq Səlcuq sultanı Arslanşah 1163-cü ildə əlli mindən artıq böyük bir ordu ilə Gürcüstan ərazisinə daxil olaraq şəhərlərini qarət edərək, qadın və uşaqlarını əsir götürdülər. Bir aya yaxın davam edən müharibələr nəticəsində gürcülər böyük itkilər verdilər. Türk qüvvələri islamı qəbul edən, lakin bunu gizlədən gürcü əsgərinin köməyi ilə böyük qələbə qazanaraq zəngin qənimətlərlə qayıtdılar.
Sökmən Əhlətdə möhtəşəm bir mərasimlə qarşılandı. Tarixçilər bu hadisəni “görməyə dəyər bir gün” kimi qələmə verirdilər. Bu qələbə münasibəti ilə Türk şəhərlərində ziyafətlər verilirdi…
Gürcülər növbəti il (1164) yenidən Aniyə hücum etdilər. Lakin Atabəy İldəniz gəlib şəhəri xilas etdi. İldəniz şəhərin təmiri ilə məşğul olarkən, Gəncənin işğal olunduğunu eşidib tez hərəkətə keçdi, lakin Əhlatsahlara tabe olan Sürməri əmiri İbrahim daha əvvəl şəhəri xilas etmişdi. Türklər və gürcülər arasında müharibələr fasilələrlə davam edirdi. 1175-ci ildə Aras düzündə gürcülərlə müharibə edən İldəniz II Sökmendən kömək istədi. İraq Səlcuqlu Sultanı Arslanşah da bu qüvvələrə qoşuldu. Müttəfiq qüvvələr Axalkələk və Trialiti qurban verdikdən sonra Dvinə qədər gəldilər. II Sökmən 1175-ci ildə Əhlətə qayıtdı. Bu olayları diqqətlə izləsəniz hadisələrdə heç bir hay-boş adının keçdiyini görə bilməzsiniz. Amma Sultan Səlim zamanında bölgəyə ayaq açmış haylar və kürdlər özlərini bu ərazilərdə №»aborigen» xalq adlandırmaqdan belə utanmırlar. Dvin, Ani kimi şəhərlər isə türk şəhərləri idilər. Xristianlığa gəldikdə isə Xristian Atabəylər, Xristian Qıpçaqlar, Qaramanlar (bu gün rumlu-qrek adlandırdığımız xalq), Axıska bölgəsində səhnəyə çıxan Xristian Türk Çıldır Atabəyləri, Albaniyadakı konfedrialda birləşən Oğuz-Qıpçak türkləri XVII-XIX və bəzi yerlərdə bu günədək yaşamaqda idilər.
Sonra bu ərazilərdə meydana çıxan Zəngi (Sang) türk tayfaları yeni düzən yaratdılar. Araşdırmaçı Namiq Atabəyli «Atabəylərin xristian tarixi: türk-qıpçaqların slavyan və erməni-qriqorian özünütanımı…» məqalədə yazır: «Məsələn, Səlib müharibələri dövründə Urfa Səlib kontluğu (1118-1146) Zəngilər dövlətini ikiyə ayıran bir vəziyyətdə və ticarət yolu üzərində çox mühüm mövqedə yerləşirdi. İncə bir siyasətlə Xristianları bir-birindən ayırıb, Səlibçilər arasındakı təfriqədən istifadə edən Zəngilər «katoliklərdən məmnun olmayan ermənilərin” dəstəyi ilə 1144-cü ildə Urfanı ələ keçirmişdilər. Onların bu zəfəri bütün İslam dünyasını sevincə qərq etmişdi». Hayların, indiki anlamda erməni katolikosunun adı çəkilən bu fakt da bu toplumun Anadolunun cənubunda da heç bir aparıcı mövqeyə sahib olmadığı ortadadır və proseslərdə bir toplum kimi kurmanşi, zaza, yezidi və s. adı da çəkilmir. Sadəcə erməni yalanlarına mənbə deyən Azərbaycan tarixçiləri hər yeri «Ermənistan» kimi göstərə bilirlər.
Zəngilər dövlətinin tarix səhnəsinə çıxışı barədə o dövrün məlumatlarını nəzərdən keçirək. Alim və fəzilət nəslindən olan İbn Hallikan atasını erkən yaşlarında itirmışdi.
Qohumları ona qayğı göstərirdilər. Ərbil Atabəyi Müzəffərüddin Kökbörü (1233) yaxşı təhsil almışdı. Əyyubi dövlət xadimi, fəqih və tarixçi və mühəddis İzzəddin İbnül-Əsirdən, xüsusilə tarixçi İbn Şəddaddan hədis və tarix dərsləri öyrənmişdi.
İbn Hallikanın həyatının dönüş nöqtələrindən biri Əyyubi hökmdarı Məlik Saleh Nəcməddindir. Əyyubun ən yaxın şairlərindən olan Bahaəddin Züheyrlə tanış oldu. İbn Hallikan ondan divanını nəql etmək üçün icazə aldı. İbn Hallikanın yaxınlaşdığı başqa bir şəxs isə Bəhaəddindir.
Züheyrin ən yaxın dostlarından biri İbn Mətruhdur. İbn Mətruh, əl-Məlikü-Saleh Nəcməddin Əyyubun zabitlərindən idi və onun xidmətində işləyirdi. Maraqlı budur ki, adı çəkilənlər türklərdir.
Dəməşq və Hələb Türk valisi İmadəddin Zenginin ordusu 1131-ci ildə Karaca Əl-Saki tərəfindən məğlub edilir və Zəngi Tikritə sığınır. Səlahəddinin atası Necməddin Əyyub və əmisi Əsədüddin Şirkuh Zengiyə kömək etmiş və bundan sonra yaxın dostluqlar yaranmışdır. Səlahəddin Tikrit Səlcuqlu valisi olmuş Nəcməddin Əyyubun oğlu olaraq (H. 532 / M.1138) Tikritdə dünyaya gəlib. Mosul Atabəyi İmaduddin Zəngi ilə atası yaxın dostluq əlaqələri qurduğu üçün həmin il Mosula gedərək Zəngiyə xidmət edir.
Zəngi də 1139-cu ildə Baləbəki tutdu və Nəcmeddini buraya vali təyin etdi. O, qardaşı Əsədüddin Şirkuhun komandirləri sırasına götürür. İmadəddin Zengi vəfat etdikdən sonra oğlu Nurəddin Mahmud Hələb və ətrafının hakimi oldu və o, Şirkuhun yerinə keçdi. Nəcməddin Eyyub Şam Atabəyinə, yəni Tuğtəkin xalqına bağlıdır.
Həm Nəcməddin, həm də Şirkuh iki qardaşdır, Nurəddinin Xaçlılara qarşı Dəməşqdə döyüşməkdə və onu tutmaqda ona kömək edir. Səlahəddinin əcdadı ilə bağlı mübahisə onun kürd, ərəb və ya türk olması ilə bağlıdır. Konkret olaraq onun etnik kimliyini təsdiq edəcək heç bir mənbə yoxdur və onun kürd adlandırılmasının isə bircə əsası belə olması mümkün deyil. Çünki 9-cu əsrdən başlayaraq Türk hakimiyyəti özünün hakim rolunu qaytarmaqdaydı və Qaraman — Ağman (Sakman-Sökmən) tayfalrına mənsub ərazilərdə nökər olan bir qeyri etnik kökə malik birisinin hökmranlıq etməsi mümkün deyildi.
İbn Xallikan yazır: “Şirkuh demişdir ki, bizim nəsəbimiz (soykökümüz) Göy Börüdür!”. Yəni Göy Qurddur.
SƏLAHƏDDİNİNİN ADINA BASILMIŞ 1 DİRHƏM MONET-DURUŞ TÜRK DURUŞU
QIPÇAQ BALBALI-TÜRK DURUŞU
Deməli, Səlahəddinin atası Eyyub Azərbaycanda Urmiya, Xoy, Zəngəzur və İrəvan boylarında, Kərkük boylarında, Naxçıvanda, Göyçədə geniş bir şəkildə yayılmış Göy börü, Qara börü, Boz börü tayfalarından, bir sözlə, Qurdlar tayfasından çıxmışdır. Hazırda da bu adları daşıyan yer, məhəllə, kənd, oba, dağ, tayfa və nəsillərə bu bölgələrdə tez-tez rast gəlindiyini qeyd etmişəm. Salahaddin-i Eyyubinin qardaşları Məhəmməd Əbu Bəkir, Şemsüddövlə Turan Şah, Seyfilislâm Tuğtekin, Şehinşah (Şahinşah) və Tacilmülük Buri (Böri, Börü) bu siyahıdadır. Turan, Tuğtekin, Şehinşah, Buri kimi gedən şəxs adlarının türkə aid olduğu görünür. Salahəddin Eyyubinin həyat yoldaşı Aminə Xatun, Oğuz (Türkmən) nəslindən olan Üner bəyin qızıdır. Künyəsi «Əmin Xatun bin Üner» olaraq qeyd edilib. Sehahaddinin böyük qardaşı Şehinşah da Oğuz Türkmən zadəganlarından Kutuzız Xatunla evli idi. Səlahəddin-i Əyyubinin anası Səlcuq Harim əmiri (valisi) Şihabeddin Mahmud ibn Tokuş əl-Hariminin bacısıdır. Buna görə ananın tərəfinin Oğuz (Türkmən) üzərində qurulduğu dəqiq bilinir. Tokuş və ya oğlu Mahmut kimi bir Türk ailəsinin, sultanların arasından çıxan bir qızın aşağı təbəqəyə aid birinə öz qızlarını ərə verməsi heç cür ehtimal oluna bilməz. Həm də hökmdarlıq Türk soyunda bəzi qaydaları daim gözləməklə seçilirdi.
Araşdırmaçı gənclərimizdən olan Əziz Dolu Atabəy «Səlahəddin Eyyubi türkdür» adlı araşdırmasında yazır: «Eyyubî xanədanlığı da yerini Ərəb qaynaqlarında «Ed-Devlet-it Turkiyya» olaraq keçməsinə baxmayaraq, Türkiyədə də tarixçilər təəssüf ki, Məmlükleri (Köləmənlər) olaraq adlandırdığı bir başqa Türk xanədanlığına buraxmışdır. Üstəlik, 1250-ci ildə Aybek tərəfindən qurulan Məmlüklər, 1260-cı ildə hökmran olan Kutuzla birlikdə moğolları məğlub edirlər, özündən sonra gələn Krım türkü Sultan Baybars ilə son xaçlı qalıqlarını da təmizlədilər. Məmlüklər xanədan deyildi Hökmdarlar ordu komandanları arasından seçilirdi. Oğuzun Avşar boyundan Səlcuqlu Atabəy Nurəddin Zənginin meydana gəlməsindən 1517-ci ilə qədər davam edən və qıpçaqlar, çərkəzlər tərəfindən idarə olunan Orta Şərq Türk Dövləti (Ed-Devlet-it Turkiyə) Yavuz Sultan Səlim tərəfindən ləğv edildi».
Eyniylə Şah-i Ərmən Sakman əl-Kurdi əl-Qutbî kimi, Səlahəddîn Eyyubi Əl Kurdî yazılışı və Qurd tayfasından olması ortadadır. Birinciyə ehtiyatla iddia edənlər, nədənsə Əyyubini «kürd elan edirlər». Əmisinin sözlərini, onların sayəsində böyümüş İbn Xallikan belə yazır: “Şirkuh demişdir ki, bizim nəsəbimiz (soykökümüz) Göy Börüdür!”. Yəni Göy Qurddur. Bəzi mənbələrdə isə mənşə ilə bağlı sorğuya Səlahəddinin «siz kürdsünüz?» (kurmanşi) sualına belə dediyi məlumdur: «Xeyr! Biz Azərbaycandanıq. Əmim Şirkuh deyirdi ki, biz Ez-zib tayfasındanıq». Şirkruh Səlahəddinin əmisi olmaqla yanaşı dövlətin ideolji yönətimində böyük rola malikdi. Uzun müddət Səlahəddinin inşa katibliyini yerinə yetirmiş digər bir tarixçi İbn-i Şəddad (1145-1235) “Siretu Səlahəddin” adlı kitabında Səlahəddinin etnik mənşəcə ərəb olduğu iddialarını qətiyyətlə rədd etmişdir. O dövrdə baş verən hadisələrdə tək gücün türklər olmasını diqqətinizə çatdırmaq üçün bəzi tarixi olayların xülasəsini diqqətinizə çatdırıram.
Öncə bildirim ki, Səlahəddin Əyyubini kürdləşdirmək üçün bir avrosentrist üslubuyla Rəvvadiləri kürd əşirəti elan etmişlər. Bu gün də Azərbaycanın Akademiyada oturmaqda olan qocalmış tarixçiləri bu yalanı tarix kitablarına doldurmaqdadırlar. Buna nail olan beyinsizlərə Əyyubinin Rəvvadilər sülaləsindən olmasını dedirdirlər. Rəvvadilər yəmənli ərəb tayfasıdır. Mənşəcə Rəvvadilər adlanan ərəblər Xəlifə əl-Mənsurun rəhbərliyi altında İranın şimal-qərbinə Bəsrədən köçürülmüş yəmənlilər idi. Müxtəlif ərəb qəbilələri Ərdəbil, Təbriz, Marağa, Qaradağ və Əhər bölgələrində məskunlaşdılar ki, onların yaradıcılarından biri də ər-Rəvvad əl-Əzdi idi. Rəvvadilər Azərbaycanın İran ərazisində (Araz çayının cənubundakı tarixi bölgə) məskunlaşan digər tayfalar kimi yerli əhali ilə tamamilə qarışmış və bəzi mənbələrə görə qarışıq nikahlar səbəbindən onların nəslinin bir qismi kürdlərə (ərazidə o dövrlər kürdlər yox idi), digər qismi isə türklərə qarışmışdır. Türkiyə tarixçiləri lap gül vurublar: «Rəvvadilər 10-cu əsrin əvvəllərindən Azərbaycanda hakim mövqeyə gələn kürd varlığına, xüsusən də Hizbani tayfasına qarışaraq kürdləşmiş və bu tarixdən etibarən kürdlər kimi tanınırlar». Amma bunlar unudurlar ki, Anadoluya kürdü Sultan Səlim, Qafqaza isə ruslar gətirdilər.
Qafqaza gəlmələri barədə Averyanov yazırdı: “1826-27-ci illər müharibəsində İranlıların rus qoşunları tərəfindən tam məğlubiyyəti bütün İran və Türk Kürdüstanında daha güclü təəssürat yaratdı. Bir çox İran kürdləri türklərə qarşı birgə fəaliyyət üçün Qraf Paskeviçə öz xidmətlərini təklif etməyə başladılar. Məsələn, 1828-ci ildə Salmas kürdlərinin başçısı İbrahim ağa çox israrla bütün kürdləri ilə birlikdə (köçürülən ermənilərlə birlikdə) bizim mülkümüzə köçməyə icazə istədi, onlara erməni köçkünləri kimi veriləcək yardımdan imtina etdi. Elə həmin İbrahim ağa Türkiyə ilə qarşıdan gələn müharibədə öz xidmətlərini təklif etdi. Hələ əvvəllər, 1827-ci ildə bir çox İran kürdləri Abbas-Mirzənin Çorski düşərgəsində olarkən Qriboyedova oxşar xahiş və təkliflər etmişdilər” (Курды в войнах России с Персией и Турцией (Аверьянов)/1900 (ДО)/Глава III)-red.). Bu faktı digər bir Osmanlı mənbəsi də təsdiqləyir. 1725-1727- ci illərdə türk-osmanlı hökuməti tərəfindən tərtib edilmiş “müfəssəl dəftər”də kürd nüfus göstərilməyib (“Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” Bakı. 2000- ci il. səh. 485-488).
Şəddadilər də ərəb mənşəli bir tayfadır. Rəvvadilərdə olduğu kimi bu tayfa da heç bir əsası olmadan avrosentristlər və saxtakar rus araşdırmaçıları tərəfindən «kürd» elan edilmişlər. Əslində Salar dövlətinə qarşı üsyan etmiş bu ərəb sərkərdəsi, salarilərlə qohum olmasından, ordudakı nüfuzundan və saraydaxili çəkişmələrdən yararlanmış bir üsyançıdır. Salarilər dövlətində orduda xidmət etmiş Məhəmməd ibn Şəddad bu sülaləyə qarşı çıxdı və 951-ci ildə Dəbili ələ keçirib müstəqil əmirlik yaratdı. O, 971-ci ildə varisi Əli Ləşkəri Arazdan şimaldakı feodal mülklərini də özünə tabe etdi. Paytaxtı Gəncə olan müstəqil Şəddadilər dövlətinin əsasını qoydu. Az sonra Bərdə, Şəmkir torpaqlarını da ələ keçirdi. Tariximizin bu dövrünü rus tarixçilər hay saxtakarlıqları ilə doldurmağa çalışmaları göz önündədir. Öncə hay yalanlarına don geydirən Minorski, Ani əmirliyini kürd-erməni çarlığı adlandırır (V. Minorsky. Studies in Caucasian History. — Cambridge University Press, 1953. — P. 79). Burada Sacilər dövlətinin, Salarilər, Atabəyliklər üzərindən «hoppanaraq» keçən üzdəniraq erməni-rus tarixçiləri «erməni çarlığını» soxuşdurmağa yer axtardıqları aydın görünməkdədir.
Araşdırmaçı Araz Şəhrili «GEOSİYASƏT: ZİDDİYYƏTLƏR VƏ XƏYANƏTLƏR» adlı məqaləsində maraqlı bir məqama toxunub: «X əsrdə salarlar Deyləmə yaxın ərazilərdə yaşamışlar. Salar tayfasının iki ən böyük qolunun biri ağman, digəri isə qaraman adlanırdı»…
ARDI VAR
XAQANİ Ədəboğlu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri
Qurd (Qurdlar) tayfasını necə kürd ediblər?
ƏSİL TARİXİMİZİ ÖYRƏNƏK!
…QAM DUASI: Mən ulu bir Qamam. Tanrının və Ana Təbiətin sirlərinə vaqif olmuş, Uca Göylərin havasını udmuş, Suyunu içmiş, Atəşini atəşləmiş və Torpağını becərmişəm. Dörd sirrə dörd qədəm basmışam. O deyilən Ulu Yaradana tapınmışam. Onun yaratdıqları heyvanların dilini bilmişəm. Bitkilərinin dadını bilmişəm. İnsanlarının zehnini oxumuşam. Mən bir Tanrı Elçisiyəm. İsmim tarix deyilən daşlarda yazılı. MƏNİ, MƏNİ MÜTLƏQ TAPIN…
(Əvvəli: https://xudaferin.eu/qurd-qurdlar-tayfasini-nec-kurd-ediblr.html-0)

Xudaferin.eu
10:00