Azərbaycanda bəzi deputatları «xuliqanlıq» etdiklərinə görə tanıyırıq

Xaqani Ədəboğlu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri
Biz xalq olaraq deputatın vəzifəsinin nədən ibarət olduğunu artıq unutmuşuq. Birisini gözünü yumub ağzına gələni danışdığına görə, digərini qanunu pozduğuna, qeyrisini obyektlərinin sayına görə, bir başqasını aldığı borcu qaytarmadığına, daha birini özgənin arvad-uşağını qaçırdığına görə, bir özgəsini avtomobillə piyadanı vurduğuna görə, bir əsilsizini Böyük Məmməd Əminə dil uzatdığına görə, indi də polisə əl qaldırdığına görə Milli Məclisin deputatı Eldəniz Səlimovu tanıdıq.
Yoxsa 100 il yatsaydım, belə bir adam heç yuxuma da girməzdi. Çünki bu adda və bu əməldə bir deputatı tanımaq «xoşbəxtliyindən» mərhum olacaqdım. Şükür kərəminə, Allah! Qabaqlar deyirdilər ki, polis adam döyür, indi də «deputat polisi döyür» yazırıq.
Əlqərəz, bizim medianın yazdığına görə babat dava imiş. Dava zamanı deputatla birgə, Xaçmaz rayon İcra Hakimiyyətinin keçmiş başçısı, YAP rayon təşkilatının sədri Şəmsəddin Xanbabayevin sürücüsü Mənsur və Xaçmazda “Zapçast Ənvər” də orada olub. Arada yazıq Şəmsəddin müəllimin sürücüsü «itib». Barı bilmirəm ki, Şəmsəəddin müəllim, heç olmasa maşınını tapıb, ya yox. Düzü nigaran qalmışam. O, “qaynarinfo”-ya açıqlamasında sürücüsünün hadisə vaxtı deputatla birlikdə həmin restoranda olduğunu təsdiqləyib: “Deputatın maşını olmayıb, mənim maşınımda gedib. Amma bu maşın xidməti avtomobil deyil. Şəxsi maşındır. Amma sürücümün hadisədə iştirak edib-etmədiyini bilmirəm. O restoran da burada, yaxınlıqdadır. İcra başçısı olanda samovar tikmişəm ha, bax onun yanında. Bəli, olub orada hadisə. Amma sürücünü tapa bilmirəm ki, həqiqəti öyrənib sizə deyim”.
Yazıq Şəmsəddin müəllim bu basabasda orada tikdirdiyi «Samovar»dan danışıb. Müxbir soruşmayıb ki, ay Şəmsəddin müəllim, day samovarın varsa, niyə bir manqal da qoyub, elə o seçdiyin «bədbəxt deputatla» kefinizi sabaha qədər sürmürsünüz?
Polisimiz də ağ eləyib. Salavat çevirmədən adam cənabi deputata saat göstərib. Ağsaqqal Şəmsəddin müəllim öz sürücüsü haqqında deyir ki: “O, 30 ildir mənim yanımda işləyir. İnandırıram sizi ki, elə adam deyil. İndi saxlayıblarsa, yəqin araşdırıb həqiqəti üzə çıxararlar. Amma yenə də deyirəm ki, o, davakar adam deyil. Sadəcə deputat restorana mənim maşınımda gedib”.
Belə yerdə deyərlər ki, Allah canını sağ eləsin, elə sürücünü deputat edəydin, gedib sağ-salim düyməsini basardı. Yoxsa 100 vurub dava salmaq nəyə gərəkdi?
Cəfakeş MM-in növbədənkənar sessiyanın ilk iclasının avqustun 3-də keçirilməsi planlaşdırıldığı deyilir. İclasın gündəliyi hələlik məlum deyil, lakin növbədənkənar sessiyada deputat Eldəniz Səlimovla bağlı məsələyə baxılması nəzərdə tutulur. Məndən olsa, Eldəniz Səlimova bu yay günlərindən səmərəli istifadə etdiyinə görə, heç olmasa, «Əməkdar deputat» adı verərdilər. Ən azı Məclisin yox vaxtında məclis qurub bunca reklama xərc «çəkib».
Zarafatsız, bəs vurulan polis, vuran deputat, bəs Şəmsəddin müəllimin 30 illik sürücüsü hara getdi? Özü də sürücü davakar adam deyilmiş. Deyimdən belə çıxır ki, elə Milli Məclisin deputatı Eldəniz Səlimov davakar adammış. Sonda yadıma bir lətifə düşdü. Bu olaya çox bənzəyir.
Bir ağsaqqal restorana gəlir. Ofisiantı çağırır və sifariş verir:
— İki şiş kabab, bir araq…
Ofisiant sifarişi gətirir. Ağsaqqal baxır ki, qonşu masada oturan biri çox iştahsız yemək yeyir. O masaya da bir araq göndərir. Ofsiant kişiyə yaxınlaşıb, özgə istəyinin olub olmadığını soruşur. Ağsaqqal deyir ki, 100 də özünə süz, sən yaxşı oğlansan. Hesab vermək vaxtı gələndə məlum olur ki, ağsaqqalın pulu yoxdu. Ofsiant müştəriyə bir-iki qapaz vurub qapıdan qovur.
Ertəsi gün həmin ağsaqqal gəlib dünənki yerində oturur. Ofisiant soruşur: «2 şiş kabab, 1 araq, eləmi?»
Ağsaqqal təsdiqləyir. Ofisiant soruşur ki, bax o masaya da 1 araq eləmi?
Ağsaqqal yenə təsdiqləyir. Ofisiant bir də soruşur:
— 100 qram da özümə araq süzümmü?
Ağsaqqal deyir:
— Yox, yox! Sən içəndə dava salırsan!..
Mən bilən, davanı elə Şəmsəddin müəllimin sürücüsüylə “Zapçast Ənvər” salıb. “Zapçast Ənvər” davakar olmayan Şəmsəddin müəllimin sürücüsünə yumruq atıb və yaxşı tuşlamadığına görə gedib polisə dəyib.
Allah Şeytana lənət eləsin demişdim ki, Şeytan dedi ki, mən orada olmamışam. Mənə şər atmayın! Zibili özünüz qaynadıb, mənə niyə lənət oxuyursunuz?

Xudaferin.eu
15:32