“Nəzir qutuları yığışdırılmamalıdır” – Qafqaz Müsəlmanları Dini Şurası sədrinin deputat qardaşı etiraz etdi
Bu fikirləri açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, Qafqaz Müsəlmanları Dini Şurasının sədri Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə deyib. Onun sözlərinə görə, nəzir qutuları dövlət təşkilatına verilə bilər: “Nəzir qutularının yığışdırılması barədə heç vaxt fikirləşməmişəm. Amma deyə bilərəm ki, ikinci yer olmalıdır ki, insanlar inanclarını yerinə yetirsinlər. Əgər kimlərsə nəzir qutularının yığışdırılmasını məsləhət görürsə, o zaman həmin nəzir qutularını dövlət təşkilatlarına versinlər. Bunu dövlət strukturları xalqla öz aralarında necə həll edəcəksə, elə də etsin. Bu zaman dövlət özü gələn gəlirləri hesablasın, hesabat versin.
Cavanşir Paşazadə qeyd edib ki, nəzir qutularından danışarkən digər vacib məsələlər də gündəmə gətirilməlidir: “Yol kənarlarında quraşdırılan nəzir qutularından danışırıq. Bəs o zaman küçədəki dilənçilərdən niyə danışmırıq? İşıqforun yanmasını görən kimi insanlardan pul dilənirlər. Təbii ki, bu dilənçilər özbaşına deyil. Bunlara şərait yaradanlar var. Bəs bunları niyə dilə gətirmirik?! Ancaq pirlərdəki nəzir qutularından danışırıq. Pirlərin sayı yüzdürsə, dilənçilərin sayı mindir. Düşüncəmə görə, pirlərdə quraşdırılan nəzir qutuları ilə bağlı fikirlər radikal fikirlərdir. Pirlərin ərazisi hansısa icra hakimiyyətinin nəzarətindədir. Bunun üçün həmin nəzir qutularından yığılan vəsaitlərin hara xərcləndiyini öyrənsinlər. Ümumiyyətlə, nəzir qutuları ilə bağlı narazılıqlar Sovet dövründə də olub, indi də var”.
Deputat yalançı mollardan da söz açıb: “Bəzi pirlərdə acınacaqlı durum hökm sürür. Bir də görürsünüz ki, bir saqqallı peyda oldu. Başına da atasının papağını qoyur və deyirlər ki, “filankəs molladır”. Axı bu haradan molla oldu?! Ona görə də söhbət təkcə nəzir qutularının yığışdırılmasından getməməlidir. Ən əsası pirlərdən dilənçiləri yığışdırmaq lazımdır. Dünyanın hansı bucağına gedirsən get, qarşına kassalar çıxır. Yahudi də, xristian da ürəyindən keçən məbləği qutuya atır. Bu zaman bizdə də dövlət bu işə nəzarət etsin. Bütün satış yerlərində kassalar quraşdırılsın və nizamlasın. Ona görə də bunları dinin üzərinə atmaq lazım deyil”.
Qeyd edək ki, dünyanın heç bir ölkəsində küçənin ortasında “nəzir qutu”ları qoyulmur. Hər hansı bir dini ibadət məkanına ianə şəklində yardımlar olunanda isə, bu barədə cəmiyyətə hesabatlar verilir. Azərbaycanda isə, onminlərlə nəzir qutuları var. Həmin qutulara ianə yardımı kimi pul atan vətəndaşların sonradan həmin pulların taleyindən heç xəbərləri belə olmur. Əhalinin də bildiyi kimi həmin nəzir qutularına nəzarət Qafqaz Müsəlmanları Dini Şurası nəzarət edir. Bu qurum heç zaman ianə yardımları ilə bağlı açıqlamalar verməyib. Görəsən ildə nəzir qutularına atılan milyonlarla manat vəsait kimlərin ciblərinə gedir?
“Nəzir qutusu” mafiyasından ilginc təpki

Xudaferin.eu
“Bakı Bürosu”
13:48
Digər xəbərlər