Mərkəzi Bank kommersiya banklarının kreditlərini necə silir?
Büdcə kəsrinin sensasion səbəblərini müstəqil iqtisadçılar və hüquqşnüaslar yenidən araşdırmağa başlayıblar. Əslində bu yöndə incələnmələrin xeyirli tərəfi odur ki, bir daha ölkədə maliyyə sektorunda xaos yaranmasın. Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı, iqtisadçı-maliyyəçi Qulu İbrahimlinin məsələ ilə bağlı təhlil yazısını təqdim edir.
Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması gözlənilən 2017-ci ilin dövlət büdcəsinə dəyişikliklərə əsasən, dövlət büdcəsinin gəlirlərinin 511 milyon manat, xərclərinin isə 1 milyard manat artırılması, nəticədə büdcə kəsirinin 530 milyon artaraq 1,2 milyard manatadək olması nəzərdə tutulub. Qeyd edilən dəyişikliklər sahibkarlarlar və maliyyə bazarı iştirakçıları tərəfindən hökumətin genişləndirici fiskal siyasətə getməsi və bazara əlavə vəsaitlərin daxil olacağı kimi qəbul edilməməlidir. Bu, əslində, Mərkəzi Bankın analitik balansında pozulmuş tarazlığın qismən aradan qaldırılması və manatın məzənnəsində sabitliyin təmin olunması ilə monetar siyasətə xidmət edən addımlardır.
Belə ki, dövlət büdcəsinin gəlirlərindəki artımın 250 milyon manatı (50%-i) Mərkəzi Bankın manatın devalvasiyaları nəticəsində əldə etdiyi mənfəətindən dövlət büdcəsinə ayırma hesabınadır, xərclərdəki artımın isə üçdə ikisi – 796 milyon manatı (76%-i) Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) nizamnamə kapitalının artırılması (546 milyon) və SOCAR üçün nəzərdə tutulan subsidiyadan (250 milyon) ibarətdir. Bu isə dövlət qurumlarının Mərkəzi Bank qarşısında borclarının azalması ilə nəticələnən Mərkəzi Bankın balansında aktiv və passivdə məbləğlərin müvafiq azalması deməkdir.
SOCAR-a ayrılan subsidiya MB-ın balansının aktivində elə SOCAR-ın ona olan borcunun (ABB vasitəsiylə verilən) və passivində kapital ehtiyatlarının 250 milyon manat azalması deməkdir. ƏSF-nin nizamnamə kapitalına ayırma isə, aktivdə ƏSF-nin MB-a olan borcunun və passivdə Mərkəzi Xəzinədarlığın hesabından 546 milyon azalma deməkdir. Nəzərdə tutulan büdcə kəsirindəki 530 milyon manat artım da ƏSF-nin nizamnaməsinə ayırma ilə bağlıdır ki, bu da 2017-ci ilin 1 yanvar tarixinə dövlər büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdiriləcək.
Əmanətlərin Sığortalanması Fondunun Mərkəzi Banka borcları haqqında
2017-ci ilin əvvəlinə ƏSF-nin balansında 2016-cı ildə Mərkəzi Bankdan cəlb etdiyi kreditlər üzrə 552,3 milyon manat məbləğində kredit borcu olub. Bu kredit borcunun 445 milyon manatı üçün 5 illik güzəşt müddəti və 2026-cı ilə qədər qaytarılması əvvəldən nəzərdə tutulmuşdu. Lakin 2017-ci ilin yanvar ayında Fond Maliyyə Nazirliyi tərəfindən ayrılmış maliyyələşdirmənin hesabına 526,7 milyon manat kredit borcunu Mərkəzi Banka qaytarıb. Nəticədə, Fondun Mərkəzi Banka 26 milyon manat borcunun qaldığını görürük.
Xatırladaq ki, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” AR Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 27.12.2016-cı il tarixli Fərmanının 5.9-cu bəndinə əsasən, Maliyyə Nazirliyinə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əlaqələndirməklə Əmanətlərin Sığortalanması Fondunun nizamnamə kapitalının tələb olunan məbləğdə artırılması tapşırılmışdır. 2017-ci il büdcəsinə təklif olunan dəyişiklikdə Fond tərəfindən cəlb edilmiş kreditlərin bağlanması üçün onun nizamnamə kapitalının artırılmasına 546 milyon manat nəzərdə tutulması cənab Prezidentin bu fərmanının icrasının təmin edilməsidir. Maliyyə Nazirliyinin 2017-ci ilin birinci rübündə dövlət büdcəsinin icrasına dair oprativ məlumatında göstərilən 321,2 milyon manat büdcə kəsiri (defisit) ƏSF-nin Mərkəzi Banka borcunun bu ilin yanvarında dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi ilə bağlı olmuşdur. Deməli, büdcəyə nəzərdə tutulan dəyişiklik artıq icra olunub, indi Milli Məclisdə ilin əsas büdcə sənədində təsdiqi təmin olunmalıdır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, ƏSF-nin Mərkəzi Banka əvvəlcə 2026-cı ilədək ödənilməsi nəzərdə tutulmuş borcunun bu ilin əvvəlində Maliyyə Naziryli tərəfindən ödənilməsi Mərkəzi Bankın analitik balansında tarazlığın yaradılması və manatın məzənnəsində sabitliyin təmin olunması baxımından hökumətin çox təqdirəlayiq qərarı olmuşdur və alqışlanmalıdır. Çünki manatın devalvasiyaları zamanı yazdığımız yazılarda qeyd etdiyimiz kimi, məhz Mərkəzi Bankın verdiyi kreditlər (ABB-yə, SOCAR-a, ƏSF-yə) yerli (milli valyutada) aktivlərin ümumi aktivlərdə xüsusi çəkisini artırması nəticəsində (habelə emissiya) onun analitik balansında tarazlığın pozulmasına səbəb olmuş və manatın kəsin ucuzlaşması davamlı xarakter almışdır.
SOCAR-a subsidiya haqqında
Hələ 2009-cu ildə Mərkəzi Bank Azərbaycan Beynəlxalq Bankı (ABB) vasitəsilə və dövlət zəmanəti altında SOCAR-a layihələrə cəlb edilmiş kreditlər üzrə xarici borcların ödənilməsi və enerji layihələrinin maliyyələşməsi üçün 750 milyon manat məbləğində kredit ayırmışdı. O zaman MB-ın İH-nin sədri cənab Elman Rüstəmov açıqlamasında Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmasını (1 milyard dollar) məhz bununla əlaqələndirmişdi. Mərkəzi Bank bu krediti 7 ilə, illik üç faizlə, iki il güzəştli dövr (yalnız faizlərin ödənişi) olmaqla verib. Sonrakı beş il ərzində isə faizlərlə yanaşı, əsas hissə – illik 150 milyon manat üzrə ödəmələr ediləcəkdi. Deməli, SOCAR 2009-cu ildə Mərkəzi Bankdan götürdüyü kredit üzrə borcununun ödənişini 2016-cı ildə başa çatdırmalı idi.
2015-ci ilin əvvəlində SOCAR prezidenti cənab Rövnəq Abdullayevin mətbuata açıqlamasından məlum oldu ki, SOCAR-a Neft-Qaz Emalı və Neft-Kimya Kompleksləri üçün Mərkəzi Bankdan dövlət zəmanəti ilə, təqribən, 2 milyard dollar ekvivalentində kreditin götürülməsi üçün hökümət razılıq verib. Həm də Milli Məclisin deputatı olan cənab Rövnəq Abdullayev nədənsə bu kredit sazişinin ölkənin maliyyə və iqtisadi mənafelərinə xələl gətirilməməsi prisipinə cavab verib-verməməsi, dövlət zəmanəti ilə alınan kreditə dair sazişdə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydalardan fərqli qaydalar nəzərdə tutularsa, həmin sazişin Milli Məclis tərəfindən mütləq təsdiq olunmalı olduğu barədə heç nə demədi. Mərkəzi Bankın və Azərbaycan Beynəlxalq Bankının 2015-ci il hesabatlarından da görünür ki, bu kredit verilib və ABB-nin balansarxası hesablarında əks olunub. Lakin bu dəfə cənab Elman Rüstəmov, 2009-cu ildəki açıqlamasından fərqli olaraq, Mərkəzi Bankın 2015-ci ildə valyuta ehtiyatlarının azalmasında, habelə 2015-ci ilin dekabrında manatın kəskin devalvasiyasında bu kreditin rolu barədə heç nə demədi (MB-ın analitik balansında həm valyutalı aktivlərin azalması, həm də yerli aktivlərin artması təsiri). Hesab edirik ki, "2016-cı il ərzində ARDNŞ tərəfindən istehsal olunan təbii qazın daxili bazarda maya dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün dövlət büdcəsindən 250 milyon manat subsidiyanın ayrılması məqsədəuyğun hesab edilməsi”, əslində, 2017-ci ilin dövlət büdcəsində indi ona görə aktual olmuşdur ki, SOCAR-ın Mərkəzi Banka olan borcu azaldılsın. Təsadüfi deyildir ki, məhz buna görə də Mərkəzi Bankın manatın devalvasiyaları nəticəsində əldə etdiyi mənfəətindən ayırmalar üzrə dövlət büdcəsinə 250 milyon manat gəlir nəzərdə tutulur.
Mərkəzi Bank devalvasiyalardan nə qədər mənfəət əldə edib?
Devalvasiyalar nəticəsində Mərkəzi Bankın valyuta aktivlərinin yenidən qiymətləndirilməsindən 2015-ci ildə 6 milyard manat, 2016-cı ildə, təqribən, 1 milyard manat gəlir əldə edilib. Bunun 1 milyardı Mərkəzi Bankın Nizamnaməsinin və "Kapital ehtiyatları"nın formalaşmasına (hərəsinə 500 milyon) yönəldilib. Qalan hissəsi xərclərə, o cümlədən 1 milyard manata yaxını dəyərsizləşmə üzrə xərclərə (sonradan bunu kredit borcları aktivinin silinməsinə sərf edir) yönəldilib. Son nəticədə, Mərkəzi Bankın 2017-ci ilin əvvəlinə 4,9 milyard manat "Bölüşdürülməmiş mənfəət" qalığı mövcud olub.
Mərkəzi Bank devalvasiyalar nəticəsində əldə etdiyi gəlirdən 2015-ci ildə 464 milyon və 2016-cı ildə 477 milyon manat "Dəyərsizləşmə üzrə xərclər”ə ayırma edib və verdiyi kreditlərin bir hissəsini keyfiyyətinin pisləşdiyi üçün bu məbləğlər hesabına balansdan silir, balansarxasına salır. Verdiyi kreditlərdən 486,5 milyon manatını "Dəyərsizləşmə üzrə ehtiyat” hesabına (2015-də yaratdığı) əvəzləşdirməklə 2016-cı ildə silmişdir ki, bunun da 438,9 milyon manatı yenidən maliyyələşdirilmiş kreditlər, 47,6 milyon manatı sonuncu instansiya kreditləri olmuşdur. 2016-ci ilin sonuna 499 milyon manat olan "Dəyərsizləşmə üzrə ehtiyat” qalığı hesabına əvəzləşdirilmə ilə banklara verdiyi kreditlərdən bir qismini 2017-ci ildə də siləcəyini düşünürəm.
Mərkəzi Bankın "Bölüşdürülməmiş mənfəət" hesabı üzrə mövcud olan 4,9 milyard ehtiyatından başqa, həm də 2017-ci il ərzində Dövlət Neft Fondundan yuxarı həddi 7,5 milyard manat nəzərdə tutulan transfertlər onun "Kapital ehtiyatlarının” şişməsinə səbəb olacaqdır (həmin transfertlər kapital hesabları ilə müxabirləşdirilir). Bu da öz növbəsində Mərkəzi Banka banklara verdiyi kreditlərin silinməsi üçün əlavə imkan yaradır.
Hesab edirik ki, Azərbaycan Beynəlxalq Bankının problemli kreditləri müqabilində "Aqrarkredit”in buraxdığı və Mərkəzi Bankın aldığı istiqrazlar üzrə "Aqrarkredit”in borclarının silinməsi üçün kapital ehtiyatlarından istifadə oluna bilər. "Aqrarkredit”in Mərkəzi Banka olan borclarının tədricən silinməsi Mərkəzi Bankın balansında manatın məzənnəsinə olan təzyiqi azaldar.

BakuPost
09:43
Digər xəbərlər