Mixail Qorbaçov məhkəməyə çağırıldı

Litvanın başkəndi Vilnüsün dairə məhkəməsi keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçova 1991-ci il yanvarın 13-də törədilən hadisə ilə bağlı çağırış təqdim edib. Bu barədə hakim Aynora Korneliya Matsyaviçene açıqlama verib. Onun sözlərinə görə, məhkəməyə çağırış poçt vasitəsilə “Qorbaçov Fondu”nun ünvanına göndərilib.

Qeyd edək ki, 1991-ci il yanvarın 13-də gecə saatlarında sovet ordusunun hərbi texnikası Vilnüsün mərkəzinə yeridilmişdi. Nəticədə 14 nəfər ölmüş, 600-dən çox insan yaralanmışdı.
Bütün bunlar Litva xalqı tərəfindən qətiyyətlə qarşılanmış və illərdir problemin çözümü üçün xüsusi istintaq komissiyası fəaliyyət göstərməkdədir. Bununla yanaşı, onu da qeyd etmək gərəkdir ki, son illər Rusiyanın hakim dairələri, özəlliklə də prezient Vladimir Putin və onun yaxın çevrəsinin Baltikyanı ölkələrin işğal olunması yönündə üstüörtülü şəkildə olsa, imperiya siyasətinin davamı kimi bu yöndə bir sıra açıqlamalarda bulunublar. Litva bu addımı atmaqlqa üzvü olduğu Avropa Biliyini və NATO-nu ölkənin yenidən işğalına qarşı həm də səfərbər etməyi hədəf seçmişdir. 

Xudaferin.eu
Litva, “Vilnüs Bürosu”

 

16:06