"Hökumətin elan etdiyi orta əmək haqqı məbləği əsassızdır"
İqtisadçı Rövşən Ağayev hökumətin elan etdiyi orta aylıq əmək haqqı məbləğinin əsassız olması ilə bağlı fikirlərini fb səhifəsində paylaşıb. Rövşən Ağayevin statusunu təqdim edirik:
“Rəsmi rəqəmlərdən aydın olur ki, 2016-cı ildə (noyabr ayı üzrə müayinələrin nəticəsinə əsasən) iqtisadiyyat üzrə əmək haqqı alanların 57.1%-nin maaşı 300 manatdan aşağı olub.
Rəsmi elan olunan maaşlara əsasən “median əmək haqqı” göstəricisini müəyən etsək, bu səviyyə 250 manatdan çox deyil. “Median əmək haqqı” göstəricisi bütün maaş alanların 1-ci 50%-lik hissəsi ilə 2-ci 50%-lik hissəsinin aldığı əmək haqqı məbləğinin kəsişdiyi nöqtəyə ən yaxın olan məbləğdir.
Halbuki rəsmi statistikaya görə, orta aylıq əmək haqqı 500 manat ətrafındadır – yəni 2 göstərici arasında fərq 2 dəfəyə yaxındır. İnkişaf etmiş ölkələrdə “median əmək haqqı” ilə “orta əmək haqqı” göstəricisi arasında fərq 25-30%-dən çox deyil. Bu fərq o ölkələrdə çox olur ki, yüksək və aşağı əmək haqqılar arasında kəskin fərq olur. Rəsmi statistikaya görə, 2016-cı ildə əmək haqqı cədvəlinə qol çəkərək maaş alan muzdlu işçilərin sayı 1.514 mln. nəfər olub ki, onlardan cəmi 15%-nin (227 min nəfər) aylıq məvacibi 500 manatdan yüksək olub”.

Hurriyyet.org
09:52
Digər xəbərlər