Əhalinin həyat səviyyəsi 50 faiz pisləşib – İqtisadçı ekspertin hesablaması
Bu bərədə iqtisadçı ekspert Nemət Əliyev öz “Facebook” səhifəsindən paylaşdığı yazıda məlumat verib. Həmin azını təqdim edirik.
Bu dəhşətli mənzərəni açıqlanan rəsmi məlumatlar əsasında aparılmış hesablamalar təsdiq edir. Ötən ilin 1 aprel tarixindən bu ilin 1 aprel tarixinədək olan dövrdə ölkəmizdə həyat səviyyəsi kəskin şəkildə pisləşib. Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə bu ilin yanvar-mart aylarında ölkə üzrə orta aylıq əmək haqqı 5,9%, istehlak mallarının qiymətləri isə 13,2% artıb. Əgər bu məlumatlarla kifayətlənməli olsaq, əhalinin alıcılıq qabiliyyətinin ötən bir ildə 7,3% (13,2-5,9=7,3) pisləşməsi məlum olar. Fəqət dövlət büdcəsinin icrasına dair Malliyyə Nazirliyinə istinadən yayılan məlumatlar ölkə üzrə əməyin ödənişi sahəsində çox ciddi problemlərin yaşanmasını ortaya çıxarıb. Həmin məlumatlardan aydın olub ki, bu ilin ilk üç ayında fiziki şəxslərdən toplanmış gəlir vergisinin məbləği əvvəlki ilin yığım göstəricisindən 36,8% az olub (bu il 204,6 milyon manat, ötən il 323,9 milyon manat gəlir vergisi toplanıb).
Bu yalnız və yalnız o halda mümkündür ki, ölkə üzrə vergiyə cəlb olunmuş əmək haqqı fondu, başqa sözlə, ödənilmiş əmək haqlarının ümumi səviyyəsi 36,8% azalmış olsun, əgər gəlir vergisinin hesablanmasının və vergiyə cəlb olunan əmək haqqı məbləğinin müəyyən olunmasının ötən il tətbiq olunmuş qaydasında bu il dəyişiklik olmazsa.
Lakin belə bir qayda dəyişikliyi olub. Dövlət başçısının imzaladığı qanunla ölkədə yaşayış minimumu bu ilin əvvəlindən 155 manata qaldırılıb (ötən il bu göstərici 136 manat olub). Gəlirləri 2500 manatadək olan fiziki şəxsləri təsiri altına alan bu dəyişiklik onlardan toplanan gəlir vergisinin ümumi yığım səviyyəsinə azaldıcı təsir göstərir. Gəlirləri 2500 manatdan yüksək olan gəlir vergisinin ödəyiciləri isə bu dəyişikliyin təsiri altına düşmür.
Xatırladaq ki, fiziki şəxslərin gəlir vergisi işçilərin əmək haqqı məbləğindən hesablanır və əmək haqqı ödənilərkən vergitutma dərhal icra olunur. Nisyə haqq-hesabları, məsələn, “bu ay əmək haqqı verilsin, gəlir vergisi gələn aya saxlanılsın” kimi hallar burada keçərli deyil. Bu səbəbdən, konkret dövrdə toplanmış gəlir vergisinin səviyyəsi ölkə üzrə verilmiş-ödənilmiş əmək haqlarının ümumi səviyyəsini konkret ölçməyə imkan verir.
Neft və qeyri-neft sektorları üzrə muzdlu işçilərin sayı və əmək haqqı göstəricilərinə dair elan olunan məlumatlar əsasında apardığımız hesablamalar göstərir ki, yaşayış minimumunun 155 manata qaldırılmasının təsiri ilə gəlir vergisinin səviyyəsi ölkə üzrə 3-5% həddində azala bilər. Bu nəticə fərqli əmək haqqı qrupları üzrə aparılan hesablamalarla da təsdiq olunur. Lakin muzdlu işçilərin ümumi sayının və orta aylıq əmək haqqı səviyyəsinin bu il artmasına dair rəsmi açıqlamalar da yayılıb. Məlumatlara görə neft sektorunda muzdla çalışanların sayı sabit qalsa da, burada orta əmək haqqı səviyyəsi 13% çoxalıb. Qeyri-neft sektorunda isə muzdlu işçilərin siyahı sayı 1,1%, orta aylıq əmək haqqı 5% artıb. Belə vəziyyət isə vergitutma bazasının böyüməsi hesabına vergi daxilolmalarının həcminə artırıcı təsir göstərir. Əgər neft sektorunda orta əmək haqqının 2800 manatdan 3166 manata yüksəlməsi (elə həm də əmək haqqı fondunun artması) haqqında açıqlanan rəsmi məlumatların doğruluğuna inansaq, o zaman bu artım buradan toplanan gəlir vergisinin ötən ilki həcmini orta hesabla 21,5%, ölkə üzrə ümumi gəlir vergisinin həcmini isə 3-4% artırmalıydı. Başqa sözlə, digər şərtlər nəzərə alınmasa belə, yaşayış minimumuna edilmiş dəyişikliyin yaratdığı vergi itkilərinin 85-90 faizi yalnız neft sektorunda əmək haqqı fondunun 13% artımı hesabına kompensasiya olunmalıydı. Qeyd edək ki, neft sektorunda orta əmək haqqı səviyyəsinin, elə həm də ümumi əmək haqqı fondunun manatla ifadədə artması inandırıcıdır. Burada əsasən xarici şirkətlərin fəalliyyət göstərməsini də diqqətdə saxlasaq, o zaman bu versiya daha da qüvvətlənər.
Qeyri-neft sektorunda həm işçi sayının, həm də orta əmək haqqı səviyyəsinin artmasına dair açıqlanan məlumatları da nəzərdən qaçırmaq olmaz. Bu məlumatlara görə qeyri-neft sektorunda orta əmək haqqı 430 manatdan 452 manata yüksəlib. Hələ yalnız əmək haqqı artımı işçilərin ötən ilki siyahı sayı üzrə toplanan gəlir vergisinin həcmini qeyri-neft sektorunda orta hesabla 8% çoxaltmalıydı. İşçilərin siyahı sayının bu il elan olunan artımı isə bu sektorda gəlir vergisinin əlavə 1% artması ilə nəticələnməliydi.
Beləliklə, ölkə üzrə orta əmək haqqı səviyyəsinin və işçilərin siyahı sayının artması gəlir vergisinin ötən ilki səviyyəsinin 5-6% çoxalmasına gətirib çıxartmalıydı (bu ilin dövlət büdcəsində gəlir vergisi üzrə daxilolmaların 8% artımı proqnozlaşdırılıb). Təhlildən sonra bu nəticəyə gəlirik ki, əgər ölkədə orta əmək haqqı səviyyəsinin və muzdla çalışanların sayının artmasına dair rəsmi açıqlamalar doğru olubsa, o zaman yaşayış minimumuna edilmiş dəyişikliyin gəlir vergisinin ötən ilki səviyyəsinə azaldıcı təsiri tam şəkildə kompensasiya olunmalıydı. Nəinki kompensasiya olunmalı, hətta muzdlu işçilərin ötən ilki siyahı sayı üzrə gəlir vergisinin bu ilki yığım səviyyəsi ötən ilki göstəricidən çox olmalıydı. Lakin bu baş verməyib, çünki gəlir vergisinin yığım səviyyəsində 36,8% azalma faktı qeydə alınıb. Ölkə üzrə gəlir vergisinin bu dərəcədə azalması, şübhəsiz, vergiyə cəlb olunan əmək haqqı fondunun ümumi səviyyəsinin tam 36,8% azalması ilə əlaqədardır. Əgər cari ilin birinci rübündə 13,2% bahalaşma olmasını da buraya əlavə etsək, o zaman ölkədə həyat səviyyəsinin 50% (36,8+13,2=50%) pisləşməsi təsdiq olunur.
Buradan çıxış edərək işləyənlərin siyahı sayının bu il artması haqqında səslənən istənilən fikirləri qətiyyətlə rədd etmək mümkündür. Çünki ümumi əmək haqqı fondu azalıbsa, orta əmək haqqı göstəricisi ilə işçilərin siyahı sayı eyni zamanda arta bilməz. Bu sadəcə mümkün deyil. Biri artıbsa, digəri mütləq azalmalıdır. Əgər işləyənlərin sayının artması haqqında rəsmi açıqlamalar həqiqətdirsə, o zaman orta əmək haqqı səviyyəsinin kəskin şəkildə azalmasını təsdiq etməkdən başqa çarə qalmır. Yox, əgər ümumi əmək haqqı fondunun işçilərin siyahı sayına olan nisbətini ifadə edən orta əmək haqqı göstəricisinin artması haqqında rəsmi açıqlamalar gerçəkdirsə, o zaman bu, işçilərin siyahı sayının kəskin şəkildə azalması hesabına baş vermişdir”.

Xudaferin.eu
16:55
Digər xəbərlər