Güney Azərbaycanda təhsillə bağlı yeni rəzalət

 

Güney Azərbaycanda orta okullarda təhsil alan uşaqların faktiki olaraq, 40% məktəblərə getmək imkanında deyillər. Aparılan araşdırmalar zamanı o da bəlli olubdur ki, demək olar ki, qız uşaqlarının 50 faizinin ailələrində maddi durumları ağır olduğu üçün, onlar təhsil ala bilmirlər.

İran mollakratiya rejiminin Güney Azərbaycanla ilgili olaraq, apardığı dərin siyasətlərdən biri də ana dildə təhsillə ilgili qoyulan qadağalardır. Bu da  cəhalət və savadsızlıq səviyyəsinin artmasına səbəb olur. Belə bir durum Güney Azərbaycandan savayı Güney Türkmənistan, Qaşqayıstan, Əlahvaz və başqa bölgələrdə də ən çox yayğın siyasətlərdən biri hesab olunur. Orta okullarda təhsillə ilgili olaraq, adı çəkilən bölgələrdə əhalinin  50 faizdən çoxu təhsil almaqdan məhrum qalıblar.
Mollakratiya rejiminin təhsil və eytim nazirinin təhsil üzrə müavini Rizvan Həkimzadə son günlər jurnalistlərə açıqlamasında bildirib ki, Güney Azərbaycan, Əl Əhvaz, Bəlüçstan və Güney Türkmənistan bölgələrində yaşayan və orta okulda eyitim almağa borclu olan  qız uşaqları kiçik yaşlardan təhsili bıraxıb və işləmək məcburiyyətindədirlər. Bu bölgələrdə bəlli maddi sıxıntılardan dolayı erkən yaşlarından qız uşaqları ailə qurmağa məcburdurlar. Ya da onların çoxu işçi kimi tarlalarda və  baxçalarda işlədilirlər.
Qeyd edək ki, 1923-cü ildə Sovet Rusiyası, İngiltərə və ABŞ-ın dəstəyi ilə hakimiyyətə gələn Rza Pəhləvinin 52 sürən rejimi və bu gün də 38 ildir yaşamaqda davam edən İran mollakratiya rejimi daim Güney Azərbaycan məsələsində vahid siyasət yürütmüşlər. Bu özünü ən çox təhsil sistemində göstərmişdir. Güney Azərbaycanda baş verən məqsədli ağır sosial-iqtisadi yaşam durumunun sonucu olaraq, insanların çoxu erkən yaşlarından normal eyitim ala bilmirlər. Ona görə də, Güney Azərbaycanın milli kimlik davasını milli mücadilə kimi ortaya qoymaqda çətinlik çəkirik.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu” 
 

09:44