Estoniya səfiri: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik"

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz həmişə sabit olub. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və dəstəkləməkdə də davam edəcəyik". Bunu "Report"a müsahibəsində Estoniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Marin Mıttus deyib. Xanım diplomat belə münaqişələrin hərbi yolla həllinin olmadığını vurğulayıb: "Münaqişənin siyasi yolla həll ediləcəyinə ümidvarıq. Avropa İttifaqının xüsusi nümayəndəsi bu məsələ üzərində işləyir. Onun və ATƏT-in Minsk qrupunun səylərini mümkün qədər çox dəstəkləmək istəyirik. Hesab edirik ki, təmas xəttində vəziyyətin gərginləşməsi münaqişənin nizamlanmasına gətirib çıxarmayacaq".

Qeyd edək ki, Şərqi Avropa dövlətləri sırasında Estoniya, Finlandiya, İsveç, Norveç, Polşa, Macarıstan, Rumıniya, Çexiya, Slovakiya, Kosovo, Xorvatiya, Sloveniya, Litva, Latviya, Ukrayna, Moldova, Qaradağ (Çernoqoriya) kimi ölkələr “occupation” (işğalçılıq) siyasətinə qarşı sərt mövqedə olduqları üçün onların belə bir baxışlarından indiyə kimi Azərbaycan iqtidarı yararlanmamışdır. Çünki, əski communist baxışlarla daim gözləri Moskvada və onun “Qızıl Meydan”ında uyuyan keçmiş babalarına dikilib.

Xudaferin.eu

10:58