Ermənilər Gürcüstanda hərəkətə keçdi: parçalma planı
Gürcüstanın ermənilər yaşayan Ahısqa vilayətində (Cavaxetiya) qarşıdurma baş verib.
Ahısqa vilayətinin Kumurdo kəndində ermənilər X əsrdən qalma kilsənin həyətində erməni xaçı qoymaq istəyib. İddia ediblər ki, bu erməni kilsəsidir. Gürcüstan polisi buna müdaxilə edib. Daha sonra qarşıdurma başlanıb.“Bu, dövlətə qarşı qiyamın və separatizmin ilkin mərhələsidir”, - deyə “kavkazplus” saytı yazır.
Saytın məlumatına görə, Kumurdo kəndində 1830-ci ilə qədər heç bir erməni yaşamayıb: “Əslində bölgədə erməni təxribatı çoxdan hazırlanırdı. Hələ 2015-ci ilin yayında 180 erməni Gürcüstanın mədəni irsin mühafizəsi agentliyi tərəfindən Kumurdoda qədim gürcü kilsəsinin həyətində aparılan arxeoloji qazıntılarla bağlı Axalkalaki bələdiyyəsinin sədri Eduard Aqasaryana, Gürcüstan parlamentinin deputatı Samvel Petrosyana və erməni apostol kilsəsinin keşişi Babkenu Salbiyana şikayət edib. Şikayət məktubunda gürcü kilsəsində aparılan arxeoloji qazıntılarda “erməni sümüyünün” tapıldığı iddia olunur və kilsənin ermənilərə qaytarılması tələb olunur. Halbuki, orada ermənilərə aid heç bir sümük tapılmayıb. Kumurdoda baş verənlər ermənilərin başqalarının torpağında kilsələr tikərək, onu necə mənimsədiyini bir daha sübut edir”.
Kumurdoda baş verən təxribata erməni ekstremistlər uzun müddətdir hazırlaşıb.
“Ermənistanın Ahısqa vilayətinin ermənilərə aid olması haqda separatçı fikirlər səsləndirən Serqey Minasyanı Tiflisə səfir göndərmək istəyi də buna hesablanmışdı. Lakin Gürcüstan hökuməti bu təyinata qarşı çıxdı. Bununla belə, erməni ekstremistlər Kumurdoda təxribatı təşkil etdilər. Maraqlıdır ki, bu təxribat həmin bölgədən keçən strateji əhəmiyyətli Bakı-Tiflis-Qars dəmiryolu xəttinin işə salınması ərəfəsində baş verir. Hədəf aydındır: dəmiryolunun keçdiyi regionda stabilliyi pozmaq. Lakin daha bir hədəf gürcü Ortodoks Kilsəsinə zərbə endirməkdir. Məsələ ondadır ki, ermənilər rəsmi olaraq 442 gürcü məbədinə iddia edir. Qeyri-rəsmi rəqəmlər isə 650-dir. Bu təxribatın törədilməsi aydınlaşdırmaq o qədər də çətin deyil. Belə ki, əgər təxribat baş tutsaydı və gürcü kilsəsi ermənilərə verilsəydi, bu 442 gürcü məbədinin də onlar tərəfindən mənimsənilməsi demək idi. Lakin təxribatın qarşısı vaxtında alındı”, - deyə sayt yazır.
Ermənilər Gürcüstanda hərəkətə keçdi: parçalma planı
Gürcüstanın ermənilər yaşayan Ahısqa vilayətində (Cavaxetiya) qarşıdurma baş verib.
Ahısqa vilayətinin Kumurdo kəndində ermənilər X əsrdən qalma kilsənin həyətində erməni xaçı qoymaq istəyib. İddia ediblər ki, bu erməni kilsəsidir. Gürcüstan polisi buna müdaxilə edib. Daha sonra qarşıdurma başlanıb. “Bu, dövlətə qarşı qiyamın və separatizmin ilkin mərhələsidir”, - deyə “kavkazplus” saytı yazır.
Saytın məlumatına görə, Kumurdo kəndində 1830-ci ilə qədər heç bir erməni yaşamayıb: “Əslində bölgədə erməni təxribatı çoxdan hazırlanırdı. Hələ 2015-ci ilin yayında 180 erməni Gürcüstanın mədəni irsin mühafizəsi agentliyi tərəfindən Kumurdoda qədim gürcü kilsəsinin həyətində aparılan arxeoloji qazıntılarla bağlı Axalkalaki bələdiyyəsinin sədri Eduard Aqasaryana, Gürcüstan parlamentinin deputatı Samvel Petrosyana və erməni apostol kilsəsinin keşişi Babkenu Salbiyana şikayət edib. Şikayət məktubunda gürcü kilsəsində aparılan arxeoloji qazıntılarda “erməni sümüyünün” tapıldığı iddia olunur və kilsənin ermənilərə qaytarılması tələb olunur. Halbuki, orada ermənilərə aid heç bir sümük tapılmayıb. Kumurdoda baş verənlər ermənilərin başqalarının torpağında kilsələr tikərək, onu necə mənimsədiyini bir daha sübut edir”.
Kumurdoda baş verən təxribata erməni ekstremistlər uzun müddətdir hazırlaşıb.
“Ermənistanın Ahısqa vilayətinin ermənilərə aid olması haqda separatçı fikirlər səsləndirən Serqey Minasyanı Tiflisə səfir göndərmək istəyi də buna hesablanmışdı. Lakin Gürcüstan hökuməti bu təyinata qarşı çıxdı. Bununla belə, erməni ekstremistlər Kumurdoda təxribatı təşkil etdilər. Maraqlıdır ki, bu təxribat həmin bölgədən keçən strateji əhəmiyyətli Bakı-Tiflis-Qars dəmiryolu xəttinin işə salınması ərəfəsində baş verir. Hədəf aydındır: dəmiryolunun keçdiyi regionda stabilliyi pozmaq. Lakin daha bir hədəf gürcü Ortodoks Kilsəsinə zərbə endirməkdir. Məsələ ondadır ki, ermənilər rəsmi olaraq 442 gürcü məbədinə iddia edir. Qeyri-rəsmi rəqəmlər isə 650-dir. Bu təxribatın törədilməsi aydınlaşdırmaq o qədər də çətin deyil. Belə ki, əgər təxribat baş tutsaydı və gürcü kilsəsi ermənilərə verilsəydi, bu 442 gürcü məbədinin də onlar tərəfindən mənimsənilməsi demək idi. Lakin təxribatın qarşısı vaxtında alındı”, - deyə sayt yazır.
Publika.az
09:52
Digər xəbərlər