Ekologiya naziri Hüseynqulu Bağırov meşələri qırıb parket sexləri açır

 

Bu barədə Şabran rayonu ərazisində çəkiliş apararaq meşə zolağının məhv edilməsinə dair təkzibolunmaz faktlar son zamanlar başlıca gündəmdə olan mövzulardan biridir.

 

İddia olunur ki, kəsilən ağaclar Ekologiya və Təbii Sərvətlər nazirinin Ceyranbatan ərazisində yerləşən və türk biznesmenlərlə ortaq işlətdiyi parket sexinə gizli şəkildə daşınır.
Bundan əlavə, redaksiyamızın repertyor qruöu  tərəfindən çəkiliş etdiyimiz meşə zolağından kəsilən ağacların həm də Xaşmaz rayonunda yerləşən 2 parket sexinə də satıldığı yönündə iddialar var.
Bütün bunlarla yanaşı, ölkənin digər bölgələrində də durum Xaçmaz rayonunda olduğu kimidir. Ekologiya və Təbii Sərvətlər nazirliyinin xüsusi himayəsi sayəsində faktiki olaraq bütün dağlıq ərazilər, meşələr və hətta yaylaq üçün nəzərdə tutulmuş sahələr bəlli olmayan imkanlı şəxslər tərəfindən onminlərlə ərazilər tikanlı məftillərlə əhatəyə alınmış və orada təbiətin ekoloji durumun milyonlarla zərərlər vurulmaqdadır.

Realmedia.az

 

09:28