Bakıda gəmi partlayışında 13 nəfər yaralanıb

Xəzər Dəniz Neft Donanmasının “İsrafil Hüseynov” adına gəmisində partlayış olub.

Xudaferin.eu xəbər verir ki, yaralanan şəxslər arasında əcnəbilər də var. Zərərçəkənlər sahilə çatdırılmaq üçün başqa bir gəmiyə evakuasiya olunublar.

Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev hadisə barədə bildirib ki, "İsrafil Hüseynov" boru düzən gəmisinin borudüzmə zonasında hansısa texnoloji avadanlıqda qəza baş verməsi hadisəsindən xəbərdardırlar: "Gəmi ilə davamlı əlaqədəyik. Heyətdən heç kim xəsarət almayıb. Gəmini hazırda "Saipem” şirkətinə icarəyə vermişik.

Qəza baş verən ərazidə həmin şirkətin nümayəndələri çalışırdı. Bütün məlumatlar və ya işçilərin xəsarət alıb-almaması ilə bağlı məlumatları həmin şirkətdən ala bilərsiniz".

 

xudaferin.eu

11:15