Azərbaycanda təqaüd alan tələbələrin xüsusi çəkisi azalıb

 

Azərbaycanın dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin ümumi sayında artım olsa da, təqaüd alanların xüsusi çəkisi 2000-ci illə müqayisədə xeyli azalıb və azalmaqda davam edir.
 

Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2016-2017-ci tədris ilində dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin, sadəcə, 36,3 faizi təqaüd alır. 2000-ci ildə bu göstərici 45 faiz olub. 2015-2016-cı tədris ilində təqaüd alanlar 37,3 faiz təşkil edib.

Qeyd edək ki, 2000-2001-ci tədris ilində ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı 119,7 min, 2015-2016-cı tədris ilində 161,2, 2016-2017-ci tədris ilində isə 163,8 min nəfər təşkil edib. Ölkə qanunvericiliyinə görə dövlət sektorunda təhsil alanların çoxu pulsuz təhsillə təmin edilməlidirlər. Ancaq, bununla yanaşı, onu da bildirmək gərəkdir ki, neçə illərdir bu balans tamamilə pozulubdur. Dövlət universitetlərində pullu təhsil alanların sayı pulsuz təhsil alanlardan qat-qat çoxdur. Universitetlər əməlli başlı gəlir mənbəyinə çevrilsə də, dövlət sektoru olduğu üçün burada çalışan alimlərə, müəllimlərə və digər peşə sahiblərinə bazar iqtisadiyyatına görə maaş verilmir.

Xudaferin.eu
“Bakı Bürosu”

 

 

09:43