Azərbaycanda radiasiyanı yayan əsas amillər, “təhlükəli zona”dakı rayonlarımız-

 

Azərbaycanda radioekoloji problemləri əsasən bir neçə yerə bölmək olar. Birincisi, neft qaz istehsalı zamanı yaranan lokal çirklənmə zonaları formalaşıb. Vaxtilə, Bakıda, Abşeron yarımadası, Ramana, Suraxanı və Balaxanı rayonlarının ərazisində böyük problemlər olub. Orda min tonlarla aktivləşdirilmiş kömür yığılması bu problemə səbəb olmuşdu, lakin sonradan müvafiq tədbirlər nəticəsində aradan qaldırıldı. Daha sonra neft-qaz istehsalı zamanı çıxan bərk maddələrin tərkibindəki metallar–radium, uran tipli elementlər daha çox çirklənməyə səbəb olur.
 

AMEA-nın Radiasiya Problemlər İnstitutu bir neçə il bundan əvvəl Abşeron ərazisində bəzi yerlərdə tədqiqatlar aparıb, lokal çirklənmə zonalarının xəritələrini də hazırlayıb. İnstituta o zaman rəhbərlik edən, akademik, nüvə problemləri sahəsində dünyada tanınan mütəxəssis olan alim Adil Qəribov bu sətirlərin müəllifinə məsələ ilə bağlı bunları açıqlamışdı.

“Bilirsiz ki, ölkəmizdə müəyyən ərazilərdə lay suları çıxır. Düzdü, onlarda radioaktiv çirklənmə qabiliyyəti çox azdı. Amma gəlin lay sularının ümumi miqdarına baxaq. Görərik ki, bu da diqqət mərkəzində saxlanılmalı bir problemdi. Radio elementlər nə qədərdi, bunlar necə miqrasiya olunur necə çöküntü əmələ gətirir , və s. bu istiqamətdə də araşdırmalar aparılır. Ən mühüm problem qaz halında çıxan radioaktiv maddələrdi. Bunlardan biri də rodon qazıdı. Rodon qazının yaşama müddəti az olsa da neft və qaz çıxarılmasının fasiləsiz olduğu bir zamanda rodonu da aktual bir problem kimi göstərmək olar. Bundan başqa bizdə dağ-mədən sənayesi də geniş tətbiq olunur. Bu zaman ayrılan polimemetal tullantıların tərkibində də radioaktiv maddələr ola bilər. Bunu da qiymətləndirmək lazımdı”.

Bəs bu təhlükələr Azərbaycanın flora və faunasına necə təsir göstərir? Çünki dünyanın bütün yerlərində radiasiya probleminin əsasən, bitki və heyvanlara vurduğu təsir daha çox qabardılır. Məsələn, 1986-cı ildə ukraynada baş verən məşhur Çernobl qəzasından sonra xeyli sayda quşlar, sürünənlər və məməlilər fəsiləsinə aid heyvan cəsədləri uzun müddət ərazidən təmizlənmədi. Həm də indiyə qədər ora radiasiyanı həmən hiss edən heyvanlar yaxın dura bilmir. Azərbaycanda isə sırf bu baxımdan hələlik heç bir problem gözlənilmir. Beynəlxalq klaftikasiyaya baxarkən, ölkəmizlə bağlı çox aşağı faizləri görə bilərik. Bizdə radiasiya fonu hətta beynəlxalq klaftikasiyaya daxil olan həddən də aşağıdı. Ona görə də hansısa təşvişə düşməyə hələlik səbəb yoxdu. Deyilənə görə, daha doğrusu, bir müddət öncə yazılanlara görə, Azərbaycanda sərçələrin sayı sırf radiasiyaya görə azalır. Amma nə sərçələrin, nə də başqa quşların radiasiya səbəbindən azalması o qədər də inandırıcı deyil. Hələ ki, bizdə radioekoloji hədd çox aşağıdı. Abşeronda ümumi radiasiya fonu təqribən 0.005-008 mikrorengen –saniyədi. Bu da çox kiçik göstəricidi.

Adil Qəribovun bu barədəki növbəti açıqlaması belə olub: “Biz o məsələni ümumən Abşeron zonasında ekoloji çirklənmələrin təsiri baxımndan işləmişik. Uzağı 10-20 faiz dəyişiklik ola bilər. Abşerondan da çox dağ yerlərində Qusar, Yardımlı və Lerikdə radiasiya daha çoxdu. İçməli su hövzələrində radiasiyanın problem isə demək olar ki, Azərbaycanın ən ağrılı problemlərindən biridi. Biz 2001-ci ildən etibarən MAGATE və bir sıra beynəlxalq qurumlarla layihələr keçirik. Qurunt suları vasitəsilə bəzi metalların daşınması və radioaktiv təsirlərə məruz qalması istiqamətində işlər apardıq. Aşkar olundu ki, Azərbaycan suları xüsusən transsərhəddə Ermənistan tərəfdən axan sularda arsen, mis və digər radioktiv metallarla çirklənib. Həmin çaylar vasitəsilə də Xəzər dənizinə tökülür. Bu da öz növbəsi də çox böyük problemdir. Belə ki bu maddələr çox asanlıqla suyun dibinə çökür və daşına bilir. Bu isə gələcəkdə həmin sularda olan canlı orqanizmlərin inkişafına mənfi təsir edir. Biz də öz növbəmizdə Xəzər dənizində Astaradan başlayaraq Yalamaya qədər ekspedisiya keçirmişik. Bəzi yerlərdə artıq dib çuxurlər təmizlənib. Amma hələlik ki, bu sularda radioativlik o qədər də yüksək deyil”.

Elmin Nuri

Turaninfo.az

 

12:37