AMEA-nın ev bölgüsü ətrafında gedən narazılıq səngimir.
Yasamal rayonu Şərifzadə- 12 ünvanında yerləşən “Aspirantlar” yataqxanasında yaşayan 50-dən çox ailənin alimlər üçün tikilən binadan ev ala bilməməsi barədə məlumatı ictimailəşdirmişdi. Daha öncə də xəbər verdiyimiz kimi bir qrup elmi işçi AMEA-nın Rəyasət Heyətinin müvafiq göstərişi ilə yaradılmış mənzillərin bölüşdürülməsi komissiyasının qərarından narazıdırlar və onlar bununla əlaqədar AMEA-nın və binanı tikən şirkətin qarşısında aksiya da keçiriblər. Bunda sonra AMEA-nın İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyev akademiyada yaranmış mənzil problemi ilə əlaqədar qafqazinfo.az saytına açıqlama verib. Onun mediaya verdiyi açıqlama yataqxana sakinlərinin narazılığına səbəb olub. Yenidən Cebhe.info-ya müraciət edən narazı sakinlər bildirib ki, Akademiya rəhbərliyinin rəsmi aşıqlaması yalandır və heç bir fakta söykənmir. Onlar yataqxana sakinləri ilə heç bir danışıq aparmayıb. Mediada yayılan fikirlər isə, ancaqöz mənafelərinə uyğun riyakar açıqlamadır. Həqiqət isə tamamilə başqadır.
“Hüquqlarımızkütləvi şəkildə pozulub, evsiz qalma təhlükəsinə məruz qalmışıq.İyulun 16-da 2013-cü ildə AMEA-nın 147 saylı sərəncamı ilə yaranmışkomissiyanın araşdırmaları zamanı yataqxanada yaşayan, AMEA-da işləyənsakinlər hər biri iş yerlərindən arayış təqdim etmişdilər.Çox keçmədən AMEA-da kütləvi işdən çıxarılmalar və eyni zamanda institutlarınbağlanması ilə əlaqədar olaraq onlarla sakin işsiz qaldı. Bu gün evsizqalan, deyildiyi kimi Akademiyada işləməyən sakinlər AMEA-nın həmin“qurbanları”dır. Bunların içində 10-a yaxın fəlsəfə elmləri doktoru var.Biz dəfələrlə müraciət etmişik, açıqlama istəmişik, ancaq bu günə kimi sakinlərə heç bir rəsmi açıqlama verilməyib. Bunu araşdırmaq çətin deyil. “AzərPoçt” vasitəsilə sübut etmək olar. Digər tərəfdən, yataqxanada qanuni hüquqları olmadan yaşayan sakinlərə xəbərdarlıq edənAMEA niyə bu qədər müddətdə susub? Niyə təmizləmə işlərini 25ildən sonra yataqxana sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılmasısərəncamı ilə tikilən mənzillərin bölgüsü prosesi müddətində aparmağa qərarverib? Halbuki sözügedən tikintinin həyata keçirilməsi üçün icazə məhz busakinlərin imzası sayəsində verilmişdi.Bu həmin sakinlərdir ki, tikintiprosesi zamanı 5 ildir yaranmış bütün çətinliklərə, maddi və mənəvipsixoloji zədələrə məruz qalıb. Ümidlə alacağı evi gözləyən, evsiz qalanyataqxana sakinlərinin problemləri kiçildilir. Ancaq Şərifzadə 12 ünvanındaqeydiyyatda olub, kənarda öz evində yaşadığı halda, kirayədə qaldığı iddiaedilən 48 əməkdaşın mənzil problemi qabardılmış şəkildə önə çıxarılır.Fikrimizcə bu “qayğıkeşlik” bizlərə verilməli mənzillərin bir hissəsiniyataqxanadan kənarda yaşayan bu əməkdaşlara qeyri-rəsmi maddi qarşılıqhesabına verəcəklərini yaxşı bildiklərindən irəli gəlib”.
Sakinlərin sözlərinə görə, iyunun 13-də 2017-ci ildə AMEA-nın apardığı ev bölgüsü sentyabrın 3-də 2014 il 416 saylısərəncamı ilə yaradılmış komissiyanın araşdırılmış nəticələrinə görə deyil: “Ev bölgüsü mayın 24-də 2017-ci ildə 8/21 qərarı ilə AMEA-nın vitse -prezidenti və AMEAAzad Həmkarlar təşkilatının rəhbərliyi altında yaradılan yeni komissiyanınnəticələrinə əsasən aparılıb. Belə bir komissiyanı təşkil edən İsaHəbibbəyli daha da irəli gedərək qafqazinfo.az saytına iyunun 22-də 2017-dəverdiyi müsahibədə “mənzil davası edənlərin hamısı ağıllı deyil ki” ifadəsiniişlətməklə onsuz da haqsızlığa uğramış sakinləri yenidən hiddətləndirib”.
Şikayətçilər hesab edirlər ki, komissiyalar yaratmaq bu problemlərdən fikiryayındırmaq üçün ortaya atılan bir pərdədir: “AMEA-nın apardığı islahatlarnəticəsində işsiz qalan sakinlər bu gün evsiz qalmağa məhkumdurlarmı?AMEA-nın sabiq rəhbərliyi dövründə bağlanmış müqavilədə yataqxanada yaşayan sakinlərə veriləcək mənzillərin sayının və sahəsiningöstərilmədiyini qeyd edən rəhbərlik kimi səriştəsizlikdə günahlandırır?Bina sakinlərini yoxsa keçmiş rəhbərliyin? Halbuki yataqxanada yaşayan 118 sakinin iştirakı ilə noyabrın 8-də 2012-ci ildə keçirilmiş iclasda şirkət nümayəndəsi kimitəqdim edilən, hazırda tikintiyə rəhbərlik edən, şirkət tərəfindən “heçkimdir” adlandırılan Bəxtiyar Təhməzov da şirkət nümayəndəsi kimi iştirak etmişdi. Sakinlərin razılığı ilə təklif olunan sahəgöstərilmiş, nəzərdə tutulan xüsusi eskiz layihəhazırlanmışdı. Hazırda aparılan bölgü həmin binada deyil. Bakı şəhəriİcra Hakimiyyətinin sentyabrın 3-də 2014-cü il 416 saylı sərəncamı ilə tikilən I bloklu16 mərtəbəli binada aparılıb. AMEA-nın “günaşırı” yaratdığıkomissiyalar hansı məsələnin ciddiliyini araşdırıb və hansı ehtiyacdanyaranıb? Nə üçün 16 iyul 2013-cü ildə 147 nömrəli sərəncamlayaradılan komissiyanın nəticələri əsassız sayılıb?Belə nəticəyə gəlinir ki, AMEA 118 ailəni yataqxanada, dözülməz şəraitdəmaddi, mənəvi, psixoloji zərbə altında saxlamaqla öz niyyətini riyakarlıqla həyatakeçirmək məqsədini güdüb. Belə ki, şirkətdən daha çox mənzil qoparmaqniyyəti ilə yataqxana sakinlərinin həyatını tikinti zamanı texniki təhlükəsizliktədbirləri görülməməsinə göz yumaraq, 5 il açıq təhlükəyə məruz qalmasına icazəverilib. Nə qədər absurd olsa da, şirkətdən istədiyi sayda mənzil qoparmağıbacaran AMEA-nın səlahiyyətli nümayəndələri bizi “ev haqqı olmayan sui-istifadəçi” adlandırır. Əsil niyyətini məharətlə gizlətməyə çalışaraq bu günbizi yaşadığımız mənzilləri boşaldıb təhvil verməyimizi tələb edir.AMEA-nın bu problemlərlə bilavasitə məşğul olan səlahiyyətli nümayəndələrihüquqları kütləvi şəkildə pozulmuş yataqxana sakinlərinin duyğu və emosiyalarıilə oynayaraq, ölkəmizdə mövcud olan və ölkə başçısı tərəfindənhəssaslıqla qorunan insan haqlarına qarşı mənfi fikir formalaşdırmağa çalışmalarıaçıq-aşkar görünür”.
Qeyd edək ki, yataqxanada yaşayan 118 ailə 5 il bundan öncə prezidentə müraciət edib. Yataqxanada acınacaqlı vəziyyətdə yaşayan sakinlərin ölkə başçısına müraciətindən sonra prezidentin göstərişilə həmin ünvanda yaşayan 118 ailənin mənzillə təminatına dair iş başlayıb. “Evro Story-S” MMC ilə AMEA arasında 2012-ci il noyabrın 14-də podrat müqaviləsi imzalanıb. Bakı şəhər İcra Hakimiyyətinin dekabrın 19-da 2012-ci il 564 saylı sərəncamı ilə Yasamal rayonu Şərifzadə -12 ünvanında yerləşən “Aspirantlar” yataqxanasının həyətindəki 0.66 hektar torpaq sahəsi “Evro Story-S” MMC-yə bu yataqxanada yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması və onların hər birinin (118 ailə) 65 kvadratmetrdən az olmayaraq mənzillə təmin olunmaları şərti ilə 4 ədəd 16 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilib. Həmin podrat müqaviləsinin 1.3 maddəsində qeyd olunur: ““Podratçı” Azərbaycan Milli Elmlər Akademiyasına məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan akademiya əməkdaşları və sakinləri üçün öz vəsaiti hesabına inşa etdiyi 1 girişli 16 mərtəbəli yaşayış binasını ödənişsiz əsaslarla sifarişçiyə təhvil verməyi öz üzərinə götürür”.
Alimlərdən mənzillərini boşaltmaq tələb edilir

Yeganə Oqtayqızı
Cebhe.info
09:33
Digər xəbərlər