Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı İdarə Heyətininn 2016-cı ildə son iclası keçirilib. Toplantıda ilk növbədə Ali Məclisin 5-ci sesiyasının qərarlarından irəli gələn məsələlər müzakirə olundu. Bununla əlaqədar olaraq yaxın zamanlarda Məclisin Komissiyalarının formalaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verildi.
Toplantıda dekabrın 23-də Biləsuvar rayonu ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Cəbrayıl qəsəbələrinin sakinləri işıq problemi ilə əlaqdar etiraz aksiyasından sonra kütləvi həbslərin aparılması pislənildi. Qeyd olundu ki, hakimiyyət dairələri xalqın, xüsusilə də həsas qrup olan məcburi köçkünlərin sosial problemlərini həll etmək əvəzinə, yaşayış şəraiti ilə narazı olanlara qarşı represiv metodlar tətbiq etməklə vəziyyəti daha da gərginləşdirir. Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP (Azərbaycan Xalq Cəbhəsi Partiyası) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfərə ağır cəzalar istəməsi pislənildi. Qeyd olundu ki, belə ədalətsiz təşəbbüslər cəmiyyətdə qisasçılıq hissələinin güclənməsinə xidmət etməklə yanaşı hakimiyyətlə vətəndaşlar arasında ziddiyyətləri daha da çoxaldır.
Toplantıda ADR Hərəkatı İdarə Heyətinin qərarı ilə rayon təşkilatının təsis yığıncağının keçirilməsinə yer ayrılması məqsədilə 1 ay bundan əvvəl Ağstafa İcra Haimiyyətinə ünvanlanan məktubuna hələ də cavab verilməməsindən narazılıq ifadə olundu. Qərara alındı ki, bu məsələ ictimailəşdirilsin və baş verənlərlə bağlı müvafiq dairələr məlumatlandırılsın.
ADR Hərəkatı ilin son toplantısını keçirdi

Xudaferin.eu
16:10
Digər xəbərlər