Xarici şirkətlərin Azərbaycanı tərk etməsinin səbəbləri…
3 xarici şirkət Azərbaycandakı nümayəndəliyini bağlayıb. “Vergilər” qəzetində dərc olunan məlumatda bildirilir ki, bunlar “Euro Architects and Engineers European Economic İnterest Grouping” şirkəti, “Compass Development Holdings VII Limited” şirkəti və “Toyo Engineering Corporation” şirkətləridir.
Bu şirkətlərin ölkəni niyə tərk etməsinin səbəbləri açıqlanmır. Lakin bəlli olan odur ki, bu, ilk belə hal deyil. Daha öncə də bir neçə dünyaca məşhur şirkət, o cümlədək hotellər ölkəmizdəki fəaliyyətini dayandırmışdı. Bəs görəsən, bunun səbəbi nədir? İqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında bildirib ki, burada bir çox səbəblər var: “Bəzi böyük layihələr var ki, onlar bitdi, yeniləri başlandı. Yeni layihələrin başlanması ilə əlaqədar bəzi şirkətlər Azərbaycanı tərk etdi, onların əvəzində yeni şirkətlər gəldi. Səbəblərdən biri odur. Digər səbəb odur ki, Azərbaycanda iqtisadi aktivlik müəyyən dərəcədə zəifləyib. Ötən il ÜDM-də 4 faiz azalma oldu, bu il isə 1 faiz azalma var. Artıq xarici şirkətlərin qazancları müəyyən dərəcədə aşağı düşüb. Bəzi hallarda buradakı filialların saxlanılması onlar üçün rentabelli deyil. İqtisadi səbəb budur”.
İqtisadçının sözlərinə görə, məhkəmə-hüquq sistemindəki problemlər də investorları Azərbaycandan uzaqlaşdırır:“Ənənəvi bir problem də var ki, illərdir Azərbaycanda davam edir. Bunun əsas qayəsi də ölkəmizdə biznes mühitinin, məhkəmə-hüquq sisteminin normal olmaması ilə əlaqədardır. Dəfələrlə Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin rəhbərləri, investorlar bununla bağlı şikayətlər ediblər. Mətbuata çıxan şikayətlər də olub. Bu çox ciddi məsələdir. Hər hansı bir investor üçün həmin ölkənin hüquq-mühafizə və məhkəmə sistemi çox önəmlidir. Mülkiyyət toxunulmazlığının ali hüquq olduğu, məhkəmə sistemində ədalətli qərarların bol olduğu ölkələrə investorlar daha həvəslə gedirlər. Azərbaycanda iqtisadi səbəblə yanaşı, belə bir səbəbin də olması xarici şirkətlərin marağını azaldır”.
İqtisadçı ekspert Rəşad Həsənov vurğuladı ki, müşahidə olunan dinamika normal haldır: “Bəzi hallarda xarici şirkətlər hansısa ölkədə fəaliyyətlərini düzgün proqnozlaşdıra bilmirlər. Nəticədə düşdükləri şəraitdə uğursuz olduqları üçün filiallarını bağlayırlar. Ancaq nəzərə alsaq ki, son günlər Azərbaycanda bağlanan xarici şirkətlərin sayı artmaqda davam edir, bu, iqtisadi vəziyyətlə əlaqədardır. Faktiki olaraq bu şirkətlərin böyük əksəriyyəti hansısa tenderlərin iştirakçıları idilər. Xüsusilə də Azərbaycanda icra edilən layihələrdə iştirak edə, pay ala bilirdilər. Ölkəmizdə iqtisadi subyektlərin təkmil olmaması, onların müxtəlif sferalarda fəaliyyətlərinin zəifliyi və digər bu kimi məqamlar ötən dövr ərzində xarici şirkətlərin fəaliyyət imkanlarını artırırdı”.
R.Həsənovun sözlərinə görə, 2015-ci ildən sonra situasiya dəyişdi, satınalmalarda, eyni zamanda layihələrin həcmində kəskin azalma baş verdi: “O cümlədən real sektorda da geriləmə var. Bu səbəbdən sözügedən şirkətlər Azərbaycanda fəaliyyətləri səmərəli olmadığı üçün filiallarını bağlamaq qərarına gəliblər. Lakin əvvəlki illərdə də xarici şirkətlərdən ölkəni tərk edənlər olmuşdu. 1990-cı illərin sonlarında Azərbaycanda 30 min nəfərə yaxın türkiyəli iş adamı olub. Ancaq 2010-cu illərdə onların sayı kəskin şəkildə azalmışdı. Bu proseslər hər zaman gedir. Bu gün baş verənlərdə əsas səbəb məhz iqtisadi geriləmədir”.

Realmedia.az
09:45
Digər xəbərlər