Vətəndaş cəmiyyətinin nümayəndələri Gözəl Bayramlının müdafiəsinə qalxıb
Tədbirdə Xalq Cəbhəsi, Müsavat partiyalarının, Demokratik Qüvvələrin Milli Şurasının rəhbərləri, ictimai xadimlər, jurnalistlər iştirak ediblər. AXCP sədrinin müavini, həbs edilmiş Gözəl Bayramlının işi üzrə ictimai müzakirələr keçirilib.
Hüquq müdafiəçisi Oqtay Gülalıyev xatırladıb ki, G.Bayramlı mayın 25-də axşam Gürcüstandan gələrkən saxlanılıb. Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, onun üzərində 12 min dollar məbləğində bəyan edilməmiş pul "tapılıb". Fakt üzrə CM-in 206.1-ci (qaçaqmalçılıq) cinayət işi açılıb. Cümə gününə keçən gecə Səbayel Rayon Məhkəməsi onun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçib. O.Gülalıyevin sözlərinə görə, Tbilisidə G.Bayramlını izləyiblər. Həbsə G. Bayramlının cərrah Fərman Ceyranovun ailəsinə baş çəkməsi səbəb ola bilər. Belə ki, o, bu həftə Gürcüstanda həbs olunub. Azərbaycan hakimiyyəti onun barəsində axtarış elan etmişdi.
AXCP sədri Əli Kərimli bildirib ki, G.Bayramlının həbsində məqsəd AXCP-ni gözdən salmaq və partiyanı zəiflətməkdir. "Hakimiyyət bilməlidir ki, nə Bayramlı, nə AXCP, nə də Milli Şura Azərbaycanda demokratiya uğrunda mübarizədən çəkilməyəcək", - o vurğulayıb.
Ə.Kərimli qeyd edib ki, hakimiyyət G.Bayramlının həbsilə heç nəyə nail olmayacaq, necə ki Fuad Qəhrəmanlı, Seymur Həzi və başqalarının həbsi ilə heç nəyə nail ola bilmədi. G.Bayramlının həbsini işgəncə kimi qiymətləndiririk. Çünki hakimiyyət bilir ki, son vaxtlar o, üç dəfə əməliyyat olunub. Saxlanma zamanı isə onun dərmanlarını alıblar və bir sutka yemək verməyiblər.
Müsavat Partiyasının sədri Arif Hacılı bildirib ki, G.Bayramlının həbsi bütün demokratik düşərgəyə çağırışdır və belə olan vəziyyətdə Müsavat partiyası Azərbaycanda diktaturanın qurulmasına qarşı hərəkatda iştirak edən hər kəsin azadlığa buraxılmasına çalışacaq.
Ekspert Qubad İbadoğlu qeyd edib ki, bir iqtisadçı kimi Gömrük Məcəlləsini və digər müvafiq hüquqi sənədləri oxuyub və belə nəticəyə gəlib ki, irəli sürülən ittiham hüquqi qüvvəyə malik deyil, siyasi xarakter daşıyır. O həmçinin deyib ki, indiyədək bu cür ittihamla bir nəfər belə həbs olunmayıb. Müzakirələrə Hollandiyadan skype ilə qatılan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus bildirib ki,G.Bayramlının həbsindən narahat olan müxtəlif beynəlxalq təşkilatlarda olub.
Turan agentliyinin direktoru Mehman Əliyev L.Yunusu Gürcüstan ərazisində Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin izlənməsi, həmçinin G.Bayramlıda Azərbaycanın hüquq-mühafizə orqanlarının göstərdiyi həcmdə valyutanın qeydə alınmasının aydınlaşdırılması ilə bağlı sorğu üçün Gürcüstandakı hüquq-müdafiə təşkilatları, insan hüquqları üzrə müvəkkil ilə əlaqə yaratmağa çağırıb.
Gözəl Bayramlının müdafiəsinin təşkili, müxalifətin və vətəndaş cəmiyyətinin
konsolidasiyası ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.

Amerikaninsesi.org
09:44
Digər xəbərlər