Türkü öldürməyi zövq bilən, ömrünü nifrətə və Qarabağa həsr edən Silva Kaputikyan

1988-ci il fevralın 12-si... DQMV-nin mərkəzi Stepanakert (Xankəndi) şəhərində vilayət partiya komitəsinin binası qarşısında "miatsum" (Ermənistana "birləşmə") şüarı altında mitinq keçirilir. Dağlıq Qarabağda nə qədər erməni əhali var, yığılıb adıgedən binanın qarşısına... Kütlə nifrətlə çalxalanır, Kütlə “qan-qan” deyir, od püskürür. İçində 70 ildir gizlətdiyi kini, ədavəti, nifrəti türklərə (azərbaycanlılara) qarşı açıq-aydın sərgiləyir... Kütlənin beyni qızıb, bu qızmış beyinləri ancaq bir ziyalı, bir qadın, bir ana, bir ədib, bir ağbirçək söndürə bilər, söndürməsə belə durumu yumuşalda bilər. Tribunaya ağsaçlı qadın yaxınlaşır! Kütlə susur, kütlə susaraq anladır ki, bu qadına böyük hörməti, sevgisi var!Qadının hər kəlməsi kütlə üçün qanundur!O qadın bilirsiniz kimdir?

“Ermənilərin anası” adlandırılan Silva Kaputikyan!Tribunaya yaxınlaşır və qəflətən kütləyə uyğun nifrətdən, kindən, ədavətdən eybəcərləşmiş sifəti gərilir. İçindən gələn gur və nifrət dolu səslə üzünü kütləyə tutur:“Sən türk öldürməkdən qürur duymalısan!”
Bəlkə də bir çoxunuz “Ermənilərin anası” adlandırılan bu dişi çaqqalın adını eşitməmisiniz, bəlkə də eşitmisiniz amma dəqiq daha nələr edib bilmirsiniz.

Adalet.az xəbər verir ki,  Silva Kaputikyan erməni millətçilərinin Qarabağın Azərbaycandan qoparılması üçün başladığı "Qarabağ hərəkatının" ideoloqu olub, öndə gedəni olub. 5 yanvar 1919 cu ildə İrəvanda anadan olub. 1933 – cü ildən mətbuatda şeirləri nəşr olunub 1941 – ci ildən Ermənistan SSR – nın Yazıçılar ittifaqının üzvü olub.

80 – ci illərin sonundan etibarən Miatsum ideyasının ardınca düşərək, nümayişlərdə və mətbuatda Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi tələbi ilə aktiv çıxışlara başlayır. Onun çıxışları bir qayda olaraq Azərbaycana və azərbaycanlılara qarşı nifrət və düşmənçilik ilə dolu idi. Mətbuatda və əhali qarşısında irqçi çıxışlarına baxmayaraq, rus hüquq müdafiəçiləri və inteleqensiyası arasında özünə geniş dəstək əldə edə bilir. 26 fevral 1988 – ci ildə Zori Balayanla birlikdə Moskvada Mixail Qorbaçovun şəxsi müşaviri Georgi Şahnazarovun "Qarabağ nümayəndə heyəti" ilə təşkil etdiyi görüşdə iştrak edir, bu görüşdə Silva Kaputikyan Qorbaçovu Qarabağ məsələsini Ermənistanın xeyrinə həll etməyə çağırır.

Yuri Pompeyev öz kitabında (Krovaviy omut karabaxa) Silva Kaputikyanın "türklərə və azərbaycanlılara qarşı zooloji nifrət bəslədiyini" yazır. Bütün münaqişə dövrü ərzində Kaputikyan azərbaycanlılara qarşı törədilən cinayətlərə bəraət qazandıran çıxışlar edərək erməniləri müharibəyə səsləyirdi. 90 – cı illərin ortalarından Silva Kaputikyan Ermənistan hakimiyyətinə qarşı müxalif mövqe tutur. 2004 – cü ildə İrəvanda müxalifətin nümayişlərinin güc yolu ilə dağıdılmasından sonra ona 80 illik yubileyi ilə əlaqədar verilmiş "Mesrop Maştots" ordenini prezident Robert Koçaryana qaytarır.

Millətçi Silvanın "Oğluma bir söz" şeiri "milli kimliyi təsdiqləyən misra olaraq az qala himn kimi hər yerdə səsləndi: "Bax oğlum, harda olursan ol, bu ayın altına hara getsən, ananı unutsan da, ana dilini unutma."

Ümumilikdə, altmışdan çox erməni,  və  rus dillərində kitabların müəllifidir.

 Yeri gəlmişkən, Silva Kaputikyan hələ sovet hakimiyyəti illərində öz əsərlərində erməni terrorçularının fəaliyyətinə toxunur, onlara bəraət qazandırırdı. 1983 cü ildə o, ASALA üzvü olan erməni terrorçusu Levon Ekmekçyana şeir  həsr edir.

Erməniçilik xəstəliyinə tutulmuş, ömrünü Azərbaycan , insanlığa, qonşuluğa nifrətlə yaşamış Silva Kaputikyan 25 avqust 2006 – cı ildə İrəvanda vəfat edir. 

 Əntiqə Rəşid

Mənbə adalet.az

Xudaferin.eu

10:31