“Dəmir yumruq əməliyyatı və onun qəhrəmanları” layihəsi çərçivəsində tədbirlər davam edir - FOTO

Azərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət dəstəyi agenliyinin maliyyə yardımı ilə Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyinin icra etdiyi layihə “Dəmir yumruq əməliyyatı və onun qəhrəmanları” uşaq və yeniyetmələr arasında vətənpərvərlik ruhunun aşılanması məqsədi ilə müxtəlif təhsil ocaqlarında keçirilməsi planlaşdırılır.

Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyinin icra etdiyi layihə iki ay müddətində icra olunacaq. Layihə Bakı şəhərində müxtəlif təhsil ocaqlarında baş tutacaq.

7 oktyabr 2022-ci ildə ikinci tədbirimiz 11 nömrəli Laçın məktəbibdə baş tutdu. Tədbirlərdə 30-dan çox məktəbli iştirak etdi. Şagirdlərin hər birinə sertifkatlar təqdim edildi. Tədbirin sonunda çay süfrəsi açıldı.

Xudaferin.eu


17:40