Ölümün Gözünə Dik Baxan Jurnalist

Erməni daşnaklarının daim hədəfində olan mərd və qorxmaz Azərbaycan xanımı!  

Ümumi Qarabağ müharibəsində şəxsi igidlik və fədakar fəaliyyəti ilə imza atan bir çox vətənpərvər fədailər var, lakin onlardan eləsi də var ki, biz onları geniş cameə az tanıyırıq. Mənim diqqətimi, 7 il Qarabağın müxəlif bölgələrində müxbir kimi fəaliyyət göstərmiş və adını demək olar ki, yaddan çıxartmış Gülbəniz Arifqızının qorxmaz və fədakar həyatı çəkdi. O, mütəmadi olaraq erməni daşnaklarının səngərləri ilə üz-üzə mövqelərdə, həmin faşistlərin əhatəsindəki yaşayış məntəqələrində olmuş, müxtəlif döyüş əməliyyatlarında iştirak edərək, bu müharibədə qəhrəmanlıq səlanaməsini yaratmış rəşadətli Azərbaycan döyüşçüləri ilə bağlı çoxsaylı məqalələr yazmış və onlar barəsində sənədli filmlər də çəkmişdi. Təəccüblü odur ki, XX əsrin 90-cı illərində təpədən-dırnağa qədər silahlanmış azğın düşmənin məhv edilməsində videolentə çəkilən bizim qəhrəmanlarla bağlı süjetlər heç vaxt milli telekanallarımızda nümayiş olunmayıbdır. 
Qarabağda gördüyü dəhşətlərin bir hissəsini Gülbəniz xanım ərsəyə gətirdiyi “Əsirlikdə qalan kəndim” əsərində işıqlandırmış və ən ikrah doğuran hal odur ki, həmin əsəri o, öz vəsaiti hesabına çap etdirərək ictimaiyyətə təqdim etmişdir. Məhz Gülbəniz xanım kimi mərd, qorxmaz və vətənpərvər xanımların qəhrəmanlığı sayəsində atəşkəs dövrü başladı və ölkəmizdə xeyli sayda milyonçular peyda oldu. Bir nəfər tapılmadı ki, həmin əsəri çap edərək, uzun müddət Qarabağda odun-alovun içərisində olması bir kənarda qalsın, həm də “Ordu” qəzetində müxbir kimi çalışmış Gülbəniz xanımın təfəkkür məhsulunu çap etsin? Ən dəhşətlisi isə odur ki, onun 7 il düşmən əhatəsində olmasına baxmayaraq, Müharibə veteranı adına da layiq görülmədi. Məgər, biz bu qədər ögeyləşmişik ki, belə bir fədakar xanımların taleyinə biganə qaldıq? 
Müdafiə Nazirliyində yüksək vəzifədə çalışan hər bir zabit Gülbəniz xanımın yerini-yurdunu arayıb, onun haqqını özünə qaytarmalıdır. Əgər əsl mühabə adına layiq görülən xanımı axtarıb tapmaqda çətinlik çəksəniz, mən bu işdə sizlərə yardımçı olmağa hazıram. 
Müharibənin fəsadları onun sağlamlığını əlindən alıbdır və o, heç bir təşkilatdan yardım almadan, yalnız aldığı məvaciblə özünə dərman preparatları alır. Niyə biz öz qəhrəmanlarımıza sahib çıxmadıq? İnanın ki, gələcək nəsil belə bir biganəliyə görə bizi bağışlamayacaqlar.

Ramiz Dəniz
Xudaferin.eu


 

11:04