*DAVİB növbəti layihəsini Ağdam məktəbində keçirtdi.*

DAVİB Mətbuat Xidməti Xəbər verir ki, Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agenliyinin maliyyə yardımı ilə Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin (DAVİB) “Dəmir yumruq və onun qəhrəmanları” adlı layihəsinin növbəti tədbiri Bakı şəhərində yerləşən Ağdam rayon 38 nömrəli tam orta məktəbində keçirilmişdir.
Tədbir haqda Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyinin (DAVİB) Qadınlar Şurasının sədr müavini Nailə Həsənova bildirib ki, DAVİB-in icra etdiyi layihə uşaq və yeniyetmələr arasında vətənpərvərlik ruhunun aşılanması məqsədi ilə müxtəlif təhsil ocaqlarında keçirməyi planlaşdırır. Layihə iki ay müddətində Bakı şəhərində müxtəlif təhsil ocaqlarında icra olunacaq.
Bakı şəhərində yerləşən Ağdam rayon 38 nömrəli tam orta məktəbində keçirilən tədbirdə iştirakçılar Azərbaycan Respublikasının Dövlət Himnini oxuduqdan sonra, Şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan DAVİB-Qadınlar Şurasının sədr müavini N.Həsənova ilk öncə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə layihənin dəstəklədiyinə görə təşəkkür edərək, Təhsil nazirliyinə, nazirliyin əməkdaşı Kamran Zeynalova, Qarabağ regional və Şərqi Zəngəzur regional təhsil idarələrinə layihənin həyata keçirilməsinə şərait yaratdıqları üçün minnətdarlığını bildirdi.
N. Həsənova layihə iştirakçılarına " Dəmir yumruq əməliyyatı" nın mahiyyəti və onun uğulu nəticələnməsindən söhbət açdı.
Daha sonra layihənin təlimçisisi Arzu Əliyeva layihə haqda iştirakçılara geniş məlumat verərək, 44 günlük müharibənin Qəhrəmanları haqda bilgilər verdi.
Məktəbin direktoru Məsud Həmzəyev, Tərbiyə işləri üzrə direktor müavini Əliyeva Gülyaz çıxış edərək, təşkilatçılara minnətdarlıq bildirərək DAVİB-rəhbərliyinə və Agentliyə belə maraqlı layihələrin tez-tez keçirilməsini və dəstəklənməsini arzu etdilər.
Tədbir iştirakçıları onlara paylanılmış bukletlər vasitəsilə layihənin məqsədi və təşkilat haqda bilgilərdə əldə etdilər.
Layihədə fəal iştirak etdiklərinə görə iştirakçılara SERTİFİKATlar təqdim edildi. Layihənin sonunda layihədə iştirak edən 30 nəfərdən çox iştirakçıları üçün çay süfrəsi açıldı.
Layihənin növbəti tədbirləri Şuşa və Ağdam məktəblərində keçiriləcək.
Layihə davam edir.

DAVİB Mətbuat Xidməti.

Xudaferin.eu

21:11