Mamam oğlu Səxavət...

Əslən Laçın rayonun Şəlvə Dərəsi kəndindən olan mamam oğlu (bibim oğlu) Səxavət Muradov gəncliyində ağdamlı qızla evlənib elə Ağdamda məskunlaşmışdı. Onun Ağdamda böyük hörməti vardı. Səxavət mamam oğlu olsada biz onu özümüzə əmi bilərdik. Rəhmətlik atamın ən sevimli bacısı oğlu olub. Yaşca bizdən çox böyük olan Səxavət elə adına layiq insan olub. Əli, süfrəsi həmişə açıq olub, neçə-neçə imkansızlara həmişə əl tutub...

Sonra erməni-rus birliklərinin Azərbaycana təcavüzü, birinci Qarabağ müharibəsi, qaçqın, köçkün və 1 milyon dinc əhalimiz yurd-yuvasından pərən-pərən olur...

30 il axtarışdan sonra doğmalarım Sumqayıtda tapılır və mamamoğlu Səxavət artıq həyatda yoxdur...

Whacahapda danışırıq, sevinc, kədər, üzdə təbəssüm, içim isə qan ağlayır...

Mamam oğlu Səxavətin zabit nəvəsi Vüsal Muradov ikinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub...

Bu gün axtarışın davam etdirdiyim doğmalarım Azərbaycanın onlarca kənd və şəhərlərinə dağılıblar...

Doğmalarımın arasında neçə-neçə Qazi, qəhrəmancasına döyüşüb Şəhid olanları, milli qəhrəman və yüksək çinli zabitlər var...

Bir təskinlik tapmıram ki, düşmənlərdən qisasımızı alıb, Qarabağı azad elədik...

Bax beləcə... sevimli-kədərli tale...

Yaşasın Azərbaycan əsgəti!
Yaşasın Alı Baş Komandan!

Yaşasın Müstəqil, bütün əraziləri ilə birgə suveren Azərbaycan!

Elman Mustafazade

P.S. Mamam oğlu Səxavətin qəhrəmancasına Şəhid olmuş Vüsal Muradov haqda kiçik süjetə baxsanız şad olardım...

Xudaferin.eu

07:30