Tərbizdə məktəblərin 60 faizi uça bilər

 

Güney Azərbaycanın digər şəhər və kəndlərində olduğu kimi, başkənd Tərbizdə də bir çox məktəb binası köhnə və təhlükəli vəziyyətdədir.
 

Bu barədə jurnalistlərə açıqlamsında Tərbiz Məktəb tikən Xeyriyyəçilər Qurumunun İdarə Heyətinin üzvü Cəfər Rasthu deyib. Onun sözlərinə görə, bu qədər xeyriyyəçi insanların olmasına rəğmən, yenə də Tərbiz və ətraf məntəqələrdə fəaliyyət göstərən təhsil ocaqları binalarında, ciddi təmir və yenidənqurma işlərinə ehtiyac var. Hazırda Tərbizdə 670 məktəbin 6 min 739 dərs otağından 2 min 159-u sökülüb yenidən tikilməlidir, 2 min 288-də isə təmir işləri aparılmalıdır. Bu o deməkdir ki, Tərbizdə dərs otaqlarının 60 faizində, təmir və yenidənqurma işlərinə ehtiyac var. Bütün bu işlərin həyata keçirilməsi üçün xeyriyyəçi insanların daha çox fədakarlıq etmələrinə ehtiyac var.

Rasthu əlavə edib ki, “Tərbizdə 5.5-6 rixter gücündə zəlzələ olarsa, sözügedən 60 faiz dərs otaqlarından 40 faizində xoşagəlməz hadisələr baş verəcək. Güney Azərbaycanda 46 faiz məktəblərin Tərbiz şəhərinə aid olduğunu deyən Rasthu vurğulayıb ki, məktəb binaları baxımından, Tərbizin vəziyyəti, heç də kəndlərdən fərqlənmir, burada da eyni məhrumiyyət və problemlər yaşanır.
Qeyd edək ki, Tərbiz şəhərinin illik gəlirləri İranın digər iri şəhərlərinin gəlirlərindən bir neçə dəfə çox olsa da, mollakratiya rejimi mərkəzləşdirilmiş qaydada farslara məxsus iri şəhərlərə Tərbizdən daha çox maliyyə vəsaiti ayırır. Bu barədə dəfələrlə etirazlar bildirilsə də Tehran mollakrat rejimi özünü görməməzliyə vurubdur.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

21:56