Tanınmış yazıçıdan Mehman Əliyevin həbsinə etiraz - “Hazırkı durum utandırıcıdır”

 

 

Çingiz Hüseynov: ““Turan” azad sözü qoruyan, Azərbaycanın söz simasını rəngləndirən möhtəşəm saytdır”

Tanınmış yazıçı Çingiz Hüseynov “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin həbsinə sərt təpki verib. Yazıçı fikirlərini sosial şəbəkədə paylaşıb: “Azərbaycanın tanınmış jurnalisti Mehman Əliyevin həbsindən hiddətlənmişəm. Azərbaycan hakimiyyəti Rusiyanın rejissor Serebryannikovun həbsi kimi pis vərdişlərini təkrarlamağa çalışır. “Turan” azad sözü qoruyan, Azərbaycanın söz simasını rəngləndirən möhtəşəm saytdır. Tam fikir bildirmək üçün hadisələrin gedişatını gözləyək. Hazırkı durum utandırıcıdır”.

Nilufər
Hurriyyet.org

 

13:00