Şəxsiyyət və Zaman

Azərbaycana hansı nöqtəsindən hansı nöqtəsinə baxsan M.Ə.Rəsulzadəni və Ü.Hacıbəylini görəcəksən !
Bu bizik?! .
...Tarixi dahi şəxsiyyətlər yaradır və onun axarını dəyişdirir. Belə şəxsiyyətlərdən biri də bu gün doğum günü olan Şuşa qəzasının Ağcəbədi kəndində anadan olmuş Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyovdur
1. Doğum yeri, sovetlərlə əməkdaşlığı, Hacıbəyov yoxsa Hacıbəyli.
Bəri başdan deyim ki. "63 illik ömrünün 60 ilini Üzeyir bəy Hacıbəyli Çar Rusiyası və Sovet Azərbaycanında Hacıbəyov soyadı ilə yaşayıb və yaradıb. Məqalə sənədlər əsasında yazıldığı üçün müəllif, Hacıbəyov soyadını saxlayıb (Solmaz Rustamova -Tohidi)
Yəqin sual edəcəksiz ki. yox Şuşada anadan olub. Amma məsələ ondadır ki, Üzeyir bəyin atası Natavan xanımın Ağcabədidə olan mülklərinə baxdığından, hamilə olan anası bir neçə günlüyə ərinə baş çəkmək üçün Ağcabədiyə gedir. Elə bu səbəbdən Üzeyir bəy Ağcabədidə doğulub. Yəqin ki. anası bu səfərə çıxmasaydı Üzeyir bəyin doğum yeri Şuşa şəhəri olacaqdı.
Onu Azərbaycanın iki himnini yazmaqda qınayanlar da az deyil. Amma mənə elə gəlir ki, Üseyir bəy düz etmişdi. Bəli, o, sovet hakimiyyəti ilə əməkdaşlığa getdi Amma bunun nəticəsində biz “Koroğlu”nu."Leyli Məcnunu" və s. qazandıq, konservatoriyanı. böyük bir musiqi məktəbini qazandıq və əsası da böyük Üzeyir Hacıbəyovu qazandıq ! Onu bu məsələdə tənqid edənlərə üzümü tutub demək istəyirəm: tutaq ki, Üzeyir bəy sovetlərlə əməkdaşlıq etməsəydi və ona qarşı mübarizə aparsaydı, onda nə qazanardıq və kim nə qazanardı?!..
Heç nə...Sadəcə, Sibirə yollanan azərbaycanlılardan birinin sayı artacaqdı...Vəssalam.
2. Üzeyir Hacıbəyli öldürülübmü ?-
Öldürülməyib versiyası
Maraqlı sualdır, deyilmi ? İlk baxışdan düşünürsən ki, şöhrətinin bütün pillərində olan insanı niyə öldürsünlər ki.? Doğrudur, ömrünün son illəri gərgin və əsəbi keçib: düşmənləri
çoxalmışdı, yaxınları, tanışları üzə dururdular və hətda iddialı tələbələri şikayət ərzizələri yazırdılar. M.C.Bağırovun da üzü dönmüşdü. Konservatoriyaya komissiya göndərmişdilər.Bütün bunlara görə şəkəri artmış. bənizi dəyişmişdi. Bu səbəblərdən xəstələnməyi üçün böyük əsaslar var idi Lakin bütün bunlar onun öldürülməsinə zəmin yaradırdımı? Əlavə olaraq deyim ki. xəstələnən zaman Stalinin xüsusi göstərişi əsasında Kreml xəstəxanasına aparılaraq şəxsi nəzarətə götürülmüşdü Yəni Üzeyir bəyin səhhəti məsələsi artıq Ümumittifaq səviyyəsində dövlət məsələsi olub. Hətda düşünürəm ki, bəlkə də xəstələnməsəydi. taleyi qara olacaqdı. Solmaz xanımın dediyinə görə "...hərçənd bəlkə də Stalin "4 cvadbı" ( 4 toy) adlandırdığı və çox sevdiyi "Arşın mal alan"ın müəllifinin adının bəlkə də "kütləvi qınağa" məruz qalan görkəmli Sovet bəstəkar və ədibləri ilə birlikdə "qara siyahılara" düşməyə qoymazdı"
Lakin bütün bunlar indi ancaq mülahizələrdir.

Öldürülməsi üçün M.Ə.Rəsulzadənin dostu olması versiyası.
...O, Cümhuriyyət xadimlərindən biri, böyük Rəsulzadənin dostu idi. Hətda 1919-cu il 18 sentyabrda Üzeyir bəyin indiki ev muzeyində keçirilən növbəti ad günündə paytaxt etdiyi Bakı şəhərində hələ də bir məkanı olmayan Məhəmməd Əmin bəy, Nəsib bəy Yusifbəyli xanımı ilə, Şəfi bəy Rüstəmbəyli iştirak ediblər, yeyib-içiblər, tostlar deyiblər...Sizcə Rəsulzadənin "qonaqlarını" kim öz evində qəbul edə bilərdi ?
Əlbəttə ki, dostu və məsləkdaşı Üzeyir bəy!
Hər ikisinin ruhu şad olsun! Amma gəlin açıq danışaq: təkcə bu faktın özü onun bu və digər şəkildə öldürülməsinə səbəb kimi bəs edərdi.!

Üzeyir Hacıbəylinin yubileylərindən sonra yaranmış vəziyyət.
...Qarşıq dövr idi. deməliyəm ki. 1945-ci ildə Üzeyir bəyin anadan olmasının 60, fəaliyyətin 40 illiyi görünməmiş bir təntənələrlə, hətta Təbrizdə belə keçirildikdən sonra həyatında bir "qara xətt" başlayıb. Həmin dövrdə, yəni 40-cı illərin ikinci yarısı bütün Sovet ədəbi-mədəni mühitində artıq ən məşhurlara qarşı başlanan hücumlar, partiya qərar və qətnamələrində adlarının hallanma dalğası Azərbaycana da gəlirdi. Sizcə bizdə bu sırada əsas hədəf kim ola bilərdi ?
...Yəni deməyim budur ki, bu sadəcə Azərbaycan hadisəsi deyildi ! Və bunu mütləq nəzərə almaq lazımdır. O vaxt Üzeyir bəyin o qədər vəzifəsi və bunların da o qədər məsuliyyəti var idi ki, ona qarşı istənilən ittihamlar irəli sürülə bilərdilər. Əslində isə elə başlamışdılar.(
Təbii ki, bunlar uzun söhbətdir. Görünən isə budur ki, həyatının son illəri, həddən artıq çox ağır keçib: Yeni mənzil, maşın, yüksək maaşlar, mükafatlar müqabilində fiziki-cismani və mənəvi yorğunluq, əzginlik və pəcmürdəlik! Biz onun ömrünün son illərin şəkillərinə. elə statusdakı şəklin gözlərinin ifadəsinə, üz cizgilərinə baxsaq. bütün bunların əyani şahidi olarıq. Hətda fotoda bir bir məhkumluq belə görərərik...

Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski Üzeyirbəyin öldürülməsi haqqında .Xatırladım ki, bu məqalə Münihdə Ceyhun Hacıbəylinin çap etdiyi “Azərbaycan” dərgisinin 1952-ci il oktyabr-dekabr sayında çap olunub.Qeyd edim ki .Düdənginski çox böyük adam olub ABŞ-ın "Аzаdlıq" rаdiоsunun Аzərbаycаn rеdаksiyаsının bаş rеdаktоru оlub. Və SSRİ də və sovet Azərbaycanında gedən prosesləri ABŞ kəşviyyatından alırdı Yazını olduğu kimi sizlərə təqdim edirəm.
Azərbaycan xalqının böyük oğlu.

23 noyabr 1948-ci ildə Azərbaycanın böyük bəstəkarı Üzeyir bəy Hacıbəyli vəfat etdi. Təkcə Azərbaycanda deyil, bütün müsəlman dünyası üçün opera sənətini yaradan Üzeyir Hacıbəyli Azərbaycan Milli İstiqlal Hərəkatını yönəldənlər arasında idi. Azərbaycan qurtuluş hərəkatında Üzeyir bəy mühüm yer tutub.
Həm müəllimliyi, həm də qələmi ilə milli oyanışa böyük xidmət edən Üzeyir Hacıbəyli 1885-ci ildə Azərbaycanın Şuşa şəhərində doğulub. İlk təhsilini Şuşada aldıqdan sonra Qori müəllimlər seminariyasında oxuyub və 1904-də buradan məzun olub. Tükənməz zəhmətsevərliyi, sarsılmaz iradəsi, geniş dünyagörüşü və cəsarətli fikirləri ilə tanınmış Üzeyir bəy əsl şöhrətini musiqi sahəsində qazanıb və bütün türk-müsəlman tarixində şərəfli bir yer tutub.
Onun klassik sənətində yönəldici amil Vətən sevgisi olub. Bütün yaradıcı həyatını millətimizə həsr edən Üzeyir bəy millətimizin böyük və tükənməz qüdrətini və tarixi fəal rolunu öz musiqisində göstərib.
Azərbaycan xalq mahnılarını öyrənmək üçün böyük qeyrət sərf edən bəstəkarımız, qardaşı dəyərli bəstəkar Zülfüqar Hacıbəyli ilə birlikdə 300-ə qədər xalq mahnısı toplayıb.
Musiqi sənəti ilə paralel olaraq ictimai-siyasi fəaliyyətinə də davam edən Üzeyir Hacıbəyli, Versal Sülh Konfransı heyətinin üzvlüyünə təyin olunmuş qardaşı Ceyhun bəyin yerinə keçərək 1919-da müstəqil Azərbaycanın rəsmi qəzeti “Azərbaycan”ın redaktoru olub. Daima klassik opera üzərində çalışan və musiqi-dramatik sənətində yeniliklər axtaran bəstəkar 1908-dən, ta 1920-yə, yəni Azərbaycanın cəbrlə sovetləşdirilməsinə qədər, 10-a yaxın musiqi əsəri yazıb. Azərbaycanın ilk operası “Leyli və Məcnun” 1908-də Bakıda səhnəyə qoyulub. Bu ilk operanı bəstəkar kiçik qardaşı Ceyhun Hacıbəyli ilə birlikdə yazıb. Lakin bu həqiqəti bolşeviklər xalqımızdan gizlədirlər.
Böyük müvəffəqiyyətlər qazanan bu opera ilə Azərbaycan opera sənətinin və dolayısı ilə səhnəsinin təməli qurulub.
Bir az sonra bir-birinin arxası ilə “Şah Abbas”, “Əsli və Kərəm”, “Şeyx Sənan”, “Rüstəm və Söhrab” kimi operalar, “Ər və arvad”, “O olmasın bu olsun”, “Arşın mal alan” kimi məşhur operettalar yaradır.
Heyhat. Bu qaynar yaradıcı fəaliyyət birdən-birə kəsilir. Sovet istilasından ta 1938-ci ilə qədər bəstəkarımız susmağa məcbur olur. Sovet hökuməti öz “sosial ismarlamaları” ilə Üzeyir bəyi ağır yaradıcılıq böhranına məruz qoyur və musiqi fəaliyyətini davam etdirmək üçün bir açıq qapı da buraxmır. Şübhəsiz ki, sovetlərin ismarlamaları və əmrləri ilə Hacıbəyli yarada bilməzdi.
Bu susqunluq illərində Üzeyir bəy bütün gücünü gənc musiqiçilər yetişdirməyə sərf etdi, eyni zamanda Azərbaycan xalq musiqisini nota köçürdü. Azərbaycan Musiqi Məktəbinin direktorluğunu, Azərbaycan Dövlət Konservatoriyasının professorluğunu, sonra isə rektorluğunu, Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyini etdiyi bu illərdə Üzeyir bəy yüzlərlə musiqiçi yetişdirdi və müdhiş bir xor heyəti yaratdı.
Üzeyir bəyin bu susqunluq dövründə Azərbaycan musiqisi və xüsusilə opera sənəti olduqca gerilədi. Sovetlər dönəmin Maarif komissarı Mustafa Quliyevin əli ilə Üzeyir bəyin əsərlərini “Quba meydanı” kimi adlandıraraq səhnədən də çıxarmışdılar.

Azərbaycan sənətini çıxılmazlığa sürükləyən Sovetlər başqa yollara da baş vurdular. Bir neçə bəstəkar dəvət etdilər. Bunların arasından bəstəkar Qliyer sevimli bəstəkarımız Zülfüqar Hacıbəylinin “Aşıq Qərib” operasını çox fikirləşmədən və utanmadan “Şah Sənəm” operasına “çevirdi”.
Rus və başqa Avropa operalarından istifadə etmək istədilər. Bu səmərəsiz təcrübələrə çox vaxt və pul sərf etdikdən sonra sovetlər 18 il yaradıcılıqdan məhrum etdikləri Üzeyir Hacıbəyliyə həyasız üzlərini çevirməyə məcbur oldular.
Xalqımızın dərin və incə sevgisinə layiq olan Hacıbəyli ailəsinə Sovetlər əl uzada bilmədilər. Bu xalq sevgisini istismar niyyəti ilə sovetlər Üzeyir və Zülfüqar Hacıbəyliləri “sovetləşdirməyə”, bu gün milli istiqlal hərəkatımızı idarə edən Ceyhun Hacıbəylini isə xalqımıza tamamilə unutdurmağa qərar verdilər.
Bu “sovetləşdirmə” əməlini Kremlin öz köləsi Bağırovun əli ilə etdilər. Nəhayət, 18 illik susqunluqdan sonra 1938-ci ildə Üzeyir Hacıbəylinin “Koroğlu” operası meydana gəldi. Bu opera Azərbaycan sənətini sovet dalanından geniş bir yola sövq etdi və bütün türk-müsəlman musiqi sənətinə yeni bir istiqamət verdi. Bu operada başlıca qəhrəman millətimiz idi.
Xalqın hisslərini sömürməkdə mahir olan Sovetlər xalqımızın Hacıbəyli ailəsinə qarşı sevgisini və dərin şükran hisslərini sömürmək məqsədilə Üzeyir və Zülfüqar Hacıbəyliləri verdikləri bir çox ordenlərlə, vəzifə və ünvanlarla “sovetləşdirmişdir”.
Böyük bəstəkarımızı “sovetləşdirdikdən” sonra onun həyatda olmasına Kreml dözə bilməzdi. Ani, 25 noyabr 1948-ci ildə Moskva radiosu bütün dünyaya bu xəbəri yayımladı: “Uzun sürən ağır xəstəlik səbəbindən böyük bəstəkar Üzeyir Hacıbəyli vəfat etmişdir”.
Nə kimi xəstəlik? Necə olur ki, bu xəstəlik uzun davam edir? Vəfatından bir an əvvəl Üzeyir bəy Moskvada bəstəkarların toplantısında idi.
Eyni məchul şərait içərisində dəyərli bəstəkar Zülfüqar Hacıbəyli də vəfat etdi. Bu barədə “Bakinski raboçi” qəzeti 1 oktyabr 1950-ci ildə eynilə bu cür yazırdı: “30 sentyabrda uzun sürən ağır xəstəlikdən sonra Azərbaycanın qocaman bəstəkarı Zülfüqar Hacıbəyli vəfat etmişdir...”.
Sovetlərin amansız darlığında, hürriyyətsizlik üzündən böyük bəstəkarımız yaradıcılığının ən səmərəli dövründə qardaşı ilə birlikdə boğuldu.
Üzeyir bəyin əsərləri Sovetlər Birliyinə qatılmış bütün cümhuriyyətlərdə, xüsusilə də, türk və Qafqaz ölkələrində dərin təsir buraxmaqdadır. Rus dili ilə yanaşı bir çox Avropa dillərinə tərcümə edilib.
Üzeyir bəyin vəfatından sonra sovetlər bayağı mənfəətləri üçün onun adına muzey açmaq, anıt tikmək qərarı veriblər.
Sovetlər nə qədər çabalayır-çabalasın sənəti ilə ruhlara məhəbbət və etimad təlqin edən, Şərq musiqisinin seyrini dəyişdirmiş Azərbaycanın bu böyük fədakar və səmimi oğlunu, yaradılış xariqüladəsi Üzeyir Hacıbəylini nə Azərbaycandan, nə də türk-müsəlman tarixindən heç bir qüdrət ayıra bilməz.
P.S. Məqalə Münihdə Ceyhun Hacıbəylinin çap etdiyi “Azərbaycan” dərgisinin 1952-ci il oktyabr-dekabr sayında çap olunub.
Türkcəmizə uyğunlaşdırdı: Dilqəm ƏHMƏD
Sözardı: Çox istərdim ki .Üzeyir Hacıbəyovu sevənlər Solmaz xanım Rüstəmova Tohidinin çox dəyərli "Məlum və naməlum Üzeyir Hacıbəyov"məqaləsi ilə yaxından tanış olsunlar. Şəxsən bu statusumun ərsəyə gəlməsində bu kitabın çox böyük rolu oldu. Üzeyir bəyi sevmək hamımızın borcudur.

Baba Allahnezerov

Xudaferin.eu

15:26