Separatçıların referendumu: Qarabağa necə təsir edə bilər?
Şimali İraq Kürd Muxtariyyətinin ardınca Kataloniyanın müstəqillik referendumu keçirməsi dünyanın siyasi xəritəsini dəyişə bilər. Siyasi şərhçilər hesab edir ki, separatçıların müstəqillik istəyi qondarma Dağlıq Qarabağ rejimi üçün də mənfi presedent yarada bilər. Məsələ ondadır ki, 2007-cı ildə Dağlıq Qarabağ probleminin həllinə yönəlik qəbul olunmuş Madrid prinsiplərində “xalqların öz müqəddəratını təyin etmək” məsələsi qəbul olunub. Azərbaycan və Ermənistan 2009-cu ildə yenilənmiş Madrid prinsiplərini qəbul etdi. Bu baxımdan Qondarma Dağlıq Qarabağ rəhbərliyi referendum keçirmək iddiasını irəli sürə bilər. Son günlər separatçılara qondarma Qarabağ rejiminin dəstək verməsi bu məsələni bir daha gündəmə gətirdi.
Nəzərə almaq lazımdır ki, gələcəkdə Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi ilə bağlı referendumun keçirilməsi münaqişənin həlli ilə bağlı aparılan danışıqların predmetlərindən biridir. Qeyd edək ki, beynəlxalq vasitəçilərin təqdim etdiyi bütün həll variantlarında referendum keçirilməsi məsələsi yer alıb. Təbii ki, separatçı rejimin Dağlıq Qarabağda referendum keçirməsi, Azərbaycanın maraqları çərçivəsində deyil. Azərbaycanın Dağlıq Qarabağla məsələsinin həllində tutduğu mövqe, işğal olunmuş torpaqların qeyri-şərtsiz azad olunmasıdır. Ümumiyyətlə, Azərbaycan Madrid prinsiplərində qəbul olunmuş referendum məsələsini danışıqlar masasından çıxara bilərmi?
Politoloq Natiq Miri açıqlamasında deyib ki, Azərbaycan Konstitusiyasına görə referendum yalnız Azərbaycanın ərazisində keçirilə bilər: “Azərbaycanın xüsusi olaraq bir bölgəsində referendumun keçirilməsi qəti qadağandır və Konstitusiya bunu birmənalı olaraq rədd edir. Bu baxımdan Dağlıq Qarabağda ermənilərin referendum keçirməsi qeyri-qanunidir və Azərbaycan dövləti tərəfindən tanına bilməz. Dağlıq Qarabağ separatçılarının referendum haqqında qərarı vardı. Ancaq beynəlxalq birlik o rejimi tanımadığı üçün bu “qərarın” heç bir əhəmiyyəti yoxdur”.
Politoloq hesab edir ki, separatçıların referendumuna Qərb dünyasının göstərdiyi münasibət əslində Azərbaycanın mövqeyini gücləndirir. Natiq Mirinin sözlərinə görə, bu məsələdə də son qərarı məhz Azərbaycan dövləti verəcək: “Kataloniyada referendumun keçirilməsi və referendumun Qərb dünyası, xüsusilə də Avropa Birliyi tərəfindən rədd olunması, əslində Azərbaycanın hüquqi və siyasi tərəfdən əlini gücləndirən amildir.
Əgər Kataloniyaya hər hansı dəstək verilsəydi və onlara “xalqların öz müqəddəratını təyiq etmə” haqqı tanınmış olsaydı, bu artıq presedent yaradacaqdı. Bu da həm separt rejimlərinin, həm də Ermənistan hakimiyyətinin mövqeyini gücləndirəcəkdi. Artıq Kataloniyadakı referendumun keçirilməsi, nəinki Qarabağ separatçılarını, eyni zamanda “Kürdüstan”ı rəhbərliyini də sarsıtdı. “Kürdüstan” layihəsinin arxasında dayanan geosiyasi güclər var ki, artıq onlar da “Kürdüstan” referendumunun nəticəsini tanıya bilməzlər. Bu baxımdan düşünürəm ki, Kataloniyada referendumun keçirilməsi bizim üçün çox müsbət hal oldu. Yəni, bu referendum presedent yaratmadı və Qərb dünyası bu qərarı bütövlükdə rədd edərək, bu məsələnin İspaniyanın daxili işi olduğunu qeyd etdi. Beləliklə də bu o, anlama gəlir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğu üçün bu məsələ Azərbaycanın daxili işidir və bu yöndə son qərarı verəcək tərəf varsa, o, da Azərbaycan dövlətidir”.

Vilayət Muxtar
Cebhe.info
10:45
Digər xəbərlər