Robert Sekuta: Dinc sakinlərin həlak olması bir daha sübut edir ki, Qarabağ münaqişəsi üzrə sülh danışıqları irəliləməlidir

 

Azərbaycanın mülki vətadaşlarının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində həlak olması bir daha onu sübut edir ki, Daglığ Qarabağ münaqişəsi üzrə sülh danışıqları irəliləməlidir.

Bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. Səfir qeyd edib ki, münaqişənin hərbi yolla həlli yoxdur. R.Sekuta vurğulayıb ki, ABŞ tərəflərə münaqişənin sülh yolu ilə həll edilməsində köməklik etməyə hazırdır. Diplomat həmçinin bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə sadiqdir.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

TREND IA

 

09:38