Rəislər neftçilərin içməli suyu ilə çimir

 

Neftçilərin Hüquqlarının Müdafiə Mərkəzindən Neft Daşlarıyla bağlı şok iddia

Neft Daşlarında rəislər neftçilər üçün gəmilərlə gətirilən və içmək üçün nəzərdə tutulmuş su ilə çimir. Bu barədə “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib.
O bildirib ki, rəislərin yaşadığı korpus və otaqlarda xüsusi çənlər qoyulub, gəmi ilə gətirilən içməli su həmin çənlərə vurulur: “Neft Daşlarında yataqxanaya verilən içməli su hər gün bir rəngdə gəlir. Dadı da turşdur. Əvvəllər deyirdilər ki, içməli su gəmi ilə gətirilir. Amma indi “bu içməli su” ilə əks osmos qurğusunda təmizlənmiş dəniz suyu arasında heç bir fərq yoxdur. Rəislərin yaşadığı korpus və otaqlarda isə xüsusi çənlər qoyulub, gəmi ilə gətirilən içməli su həmin çənlərə vurulur. Rəislər öz hamamxanalarında da təmizlənmiş dəniz suyundan yox, içməli sudan istifadə edirlər. Yəni, rəislər içməli suyu ariston (su qızdırıcı qurğu) vasitəsilə qızdırıb hamamxanalarda istifadə edirlər”.

Mirvari Qəhrəmanlı qeyd edib ki, Neft Daşlarında təmizlənmiş dəniz suyunun qızdırılması üçün qazanxana var.

BakuPost.az

12:12