Qonağımız Diplomat Xanım Fabienne Drout-Lozinskidir
Bu günlərdə `Yeni Nəsil Qadın Koalisiyası`nın gənc xanımları Fransanın Azərbaycandakı səfirliyinin baş müşaviri Xanım Fabienne Drout-Lozinski ilə görüşüblər.
Məlum olduğu kimi Niderland Xarici İşlər Nazirliyinin dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu `Azərbaycanda insan haqları, demokratikləşmə və yaxşı idarəetmənin təşviqi` proqramını həyata keçirir.
Bu proqram çərçivəsində Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi layihəsi davam etməkdədir. Bu layihə ictimai fəaliyyətə başlamış gənc xanımlara dəstək vermək, onların bilik və bacarıqlarını artırmaq, ictimai vəkilliklərini etmək üçün gözəl bir fürsətdir. Artıq proqramın yol xəritəsi üzrə müəyyən məsafə qət edilmişdir. Maraqlı görüşlər, təlimlər, müsahibələr keçirilmişdir.
Belə maraqlı görüşlərdən biri Fransa səfirliyinin baş müşaviri Fabienne Drout-Lozinski ilə keçirilmişdir. Baş müşavir gənc xanımlara öz işgüzar fəaliyyətindən, keçdiyi həyat yollarındakı iş təcrübəsindən, eləcə də ailə həyatından danışmışdır.
Xanım Fabienne Drout-Lozinski qadınların ən çox rast gəldiyi maneədən – ailə və karyera ziddiyyətlərindən danışmış, maraqlı təhlillər etmişdir. Ailə və karyera ziddiyətlərini aradan qaldıraraq qadın üçün mühüm olan bu iki cəbhəni uzlaşdırmaq bacarığından söhbət açmışdır. O demişdir; Əlbəttə, bu işdə heç bir qayda-qanun, heç bir resept yoxdur. Hər bir münasibət təkrarolunmazdır. Lakin biz qadınların boynuna düşən budur ki, həm karyeramızı qurmalıyıq, həm ailəmizi qorumalıyıq. Bu iki mühüm məsələni uzlaşdırmaq üçün isə kişilər qadınlara dəstək verməlidirlər
Xanım Fabienne Drout-Lozinski diplomat qadınlar arasında boşanmaların çox olduğunu da qeyd etmiş, bu səyyar işin bəzən ailə qaydaları ilə tərs gəldiyini demişdir. Hazırda həyat yoldaşı ilə birlikdə Bakıda yaşayan Xanım Fabienne həm karyeranı inkişaf etdirməyi, həm ailəni qorumağı bacarmış bir qadın kimi öz təcrübələrindən və rast gəldiyi çətinliklərdən, o çətinlikləri necə aşmasından danışmışdır.
Söhbətin başqa bir istiqaməti isə qadınlar arasında təşkilatma və həmrəylik, etiraz qruplarının mövcudluğu, fikir və təşəbbüsləri icra orqanlarına, hakimiyyətə çatdırmaq mədəniyyətinə həsr edilmişdir.
Xanım Fabienne Drout-Lozinski `yeni Nəsil Qadın Koalisiyası` üzvlərinin çoxsaylı suallarına cavab vermiş, eləcə də Fransada qadınların bu gün nəyi müzakirə etdikləri barədə suallara maraqlı cavablar vermişdir. Məlum olmuşdur ki, bu gün də Fransada qadınların ən çox əziyyət çəkdikləri problem zorakılıq və gender bərabərliyinin tam oturuşmamasıdır.
Görüş olduqca səmərəli və maraqlı keçmişdir. Koalisiya üzvləri bu dəvəti qəbul etdiyinə görə Fabienne Drout-Lozinskiyə təşəkkürlərini bildirmiş, o da öz növbəsində bu görüşə dəvət aldığı üçün məmnuniyyətini ifadə etmişdir.
`Yeni Nəsil Qadın Koalisiyası` üzvlərinin diplomat qadınlarla görüşü, gənc qadınlar üçün bu fövqəladə fürsət davam edəcək.

Xudaferin.eu
15:48
Digər xəbərlər