Kataloniyada baş verən hadisələrdən sonra müasir dünyada ən böyük separatçı münaqişələrin siyahısını açıqlanıb. Amerikanın “Blumberq” nəşrinin araşdırmalarına görə Qarabağ münaqişəsi ilk 5-likdə yer alıb.
Siyahı Rayan Qriffitsin bir əvvəl nəşr olunmuş "Ayrılıq dövrü: dövlətlərin doğuşunun beynəlxalq və daxili determinantları" adlı kitabına əsasən tərtib olunub. Siyahıda çoxmilyonlu əhalisi olan regionlarla (Şotlandiya, İraq Kürdüstanı, Mindanao) yanaşı həmçinin postsovet məkanı ölkələrinin (Dnestryanı, Qarabağ) də konfliktləri yer alıb.
Xüsusən Dağlıq Qarabağ münaqişəsi 25 min insanın öldürülməsi və bir milyondan çox insanın qaçqın düşməsi ilə nəticələnən ermənilər tərəfindən işğal edilmiş bir anklav kimi xarakterizə olunur.
Rayan Qrifftisin “Ayrılıq dövrü: dövlətlərin doğuşunun beynəlxalq və daxili determinantları" kitabı 2016-cı ildə işıq üzü görüb. Kitabda 1816-cı ildən 2016-cı ilə qədər olan nümunələr əsasında beynəlxalq və yerli faktorlar, hökumətlərin seperatçılıq hərəkatları zamanı müstəqillik tələblərinə reaksiyası, onların müxəlifliliyi və çoxsaylı olması və.s təsvir edilir.
Qarabağ ən separatçı 5 konflikt sırasında

Axar.az
09:31
Digər xəbərlər