Ordumuzun generalı və polkovniki ŞƏHİD OLDU

Redaksiyadan: Əldə etdiyimiz qeyri-rəsmi məlumatlara görə baş verənlər Kreml tərəfindən qızışdılır. Tökülən Vətən oğullarının qanı yerdə qalmamlıdır. Qürbətdə yaşayan həmvətənlərimiz əlbir olub bu işdə Azərbaycanın yanında olmalıdır. Xaricdəki diasporalarlmız, dövlət diaspora komitəsi bütün soydaşlarımızı məlumatlandırmalıdır ki, hamı səfərbər olsun. Ya ölüm, ya qalım.

“General-mayor Polad Həşimov, polkovnik Mirzəyev İlqar şəhid olub”.

Bu barədə jurnalistlərə açıqlamasında müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib.

“Əfsuslar olsun ki, döyüşlər itkisiz olmur. Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhid ailələrinə səbr diləyir, Allah rəhmət eləsin deyirik.

“Hazırda Tovuz istiqamətində döyüşlər davam edir. Son döyüşlərdə general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha 5 hərbiçimiz şəhid olub. Bu onu göstərir ki, bizim genarallar və yüksək rütbəli zabitlər əsgərlərin arxasında gizlənmirlər və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirilər..

Şəhidlərimizin, yaralılarımızın qanı yerdə qalmayacaq”, – nazir müavini deyib.

K.Vəliyev vurğulayıb ki, son iki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib, düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun aşağıda adları çəkilən hərbi qulluqçuları da şəhid olub:

1) Mayor Əhmədov Namiq Hajan oğlu

2) Mayor Novruzov Anar Gülverdi oğlu

3) Gizir Zeynallı ilqar Ayaz oğlu

4) Gizin Babayev Yaşar Vasif oğlu

5) Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu

Mənbə: kanal32

xudaferin.eu

13:49