“ÖLKƏ SOSİAL PARTLAYIŞA YAXINLAŞIR” - Vahid MƏHƏRRƏMOV

Tarif Şurasının təbii qazın illik istehlak həcmi 1500 kubmetrdən çox olan istehlakçılar üçün 1 kuba görə, 20 qəpik, elektirk enerjisi üçün aylıq 250 kilovat saatdan çox olduqda 1 kilovat saata görə, 11 qəpik ödəmələri haqqında qərarı qəbul etməsi əhalini çıxılmaz vəziyyətə salacaq. Manatın hər gün dəyərdən düşməsi əhalinin güzəranını iflic etməsi bəs etmirmiş kimi, hökumət əhaliyə daha kəskin zərbə vurdu. Guya ki, bu qərarın təbii qaz üzrə 62 faiz, elektirk enerjisi üzrə 72 faiz əhaliyə, yəni abonentə aidiyyatı yoxdur. Qərar yalnız imkanlı ailələrə şamil olunub. Bəs, bu qərar çörək zavodlarına, isitxanalara aid deyil? Nəticədə yenə hər bir vətəndaş bu qərarın təsirindən əziyyət çəkəcək. Bir də ki, Bakı şəhərində evlərin əksəriyyəti kombi ilə isidilir. Kombi üçün də nə qədər qaz sərf olunduğu məlumdur. 62 faiz əhalinin, yəni abonentin illik 1500 kubmetrdən az qaz sərf etməsi də real deyil.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov movzu ilə bağlı fikirlərini Hurriyyet.org-la bölüşüb: “Təbii qazın, elektirik enerjisinin qiymətinin bahalaşması kənd təsərrüfatı məhsullarının qiymətinin qaldırılmasına təsir edəcək. Kənd təsərrüfatı məhsullarının istehsalçıları, xüsusən istixana şəraitində məhsul istehsal edənlər həm qazdan, həm də elektrik enerjisindən istifadə edirlər. Digər tərəfdən, istehsal olunan məhsulu soyuducu anbarlarda saxlayırlar. Suvarma suyunda da əsasən aretzian suyundan istifadə olunur. Bu da elektrik enerjisi vasitəsilə əmələ gəlir. Çünki suvarma suyundan istifadə edəndə nasos qurğularından istifadə edirlər. Ona görə də bu məhsulların qiymətinin artımı kənd təsərrüfatı məhsullarının qiymət artımına səbəb olacaq. Bu, birmənalıdr. Istehsalçılar kənd təsərrüfatı məhsularının qiymət artımını artımaq hesabına bu fərqi kompensasiya edəcəklər. Bu da təbiidir”.
V. Məhərrəmov vurğuladı ki, Azərbaycan özü həm neft, həm mazut, həm də qaz istehsal edir: “Belə olan şəraitdə Azərbaycan qonşu ölkələrdən nümunə götürməlidr. O ölkələr ki, nefti, qazı özü istehsal edir, onlar öz əhalisinə qazı, elektirk enerjisni, hətta benzini belə aşağı qiymətə təklif edirlər. Bu həm biznesi, həm də əhalinin normal yaşamaq imkanını stimullaşdırır. Neftin qiymətin kəskin şəkildə aşağı düşməsi hökumətə düşünmək imkanı yaradırdı ki, ölkənin iqtisadiyyatını gücləndirmək üçün mənbə axtarsın, qeyri-neft sektorunu inkişaf etdirsin, xidmət sahəsini yaxşılaşdırsın. O sahədə də gəlir əldə etmək olar. Təəssüf ki, hökumət bu qabiliyyətdə olmadığı üçün hər hansı bir iş görə bilmədi. Nəticə etibarı ilə vəziyyət getdikcə kəskinləşəcək. Yaxın zamanlarda benzinin də qiymətinin artırılması ehtimalı var. Ola bilsin ki, hökumət enerji daşıyıcılarının qiymətinin qaldırılması ilə vəziyətdən çıxış yolu tapa bilsin. Ancaq məncə, bu onlar düşündüyü kimi olmayacaq”.
Ekspert ölkənin sosial partlayışa yaxınlaşdığını diqqətə çatdırdı: “Hətta gələn ilin büdəcəsində nəzərdə tutulub ki, qaydalara əməl etməyən sahibkarları cərimə etməklə 100 milyon gəlir əldə etmək istəyirlər. Bu çox primitiv yanaşmadır. Hökumət ciddi işlərlə məşğul olmalıdr. Hökumət qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün müəyyən addımlar atmalıdr. Təəssüf ki, bizm apardığımız araşdırmalar göstərir ki,bu istiqamətdə nəsə edəcəklərini bilmirlər. Düzdür, düşünürlər, ancaq müəyyən qərara gələ bilməyiblr. Bunların apardığı siyasət iflasa uğrayıb. Pambıqçılıqla, baramaçılıqıla, eləcə də fındıqçılıqla bağlı apardıqları siyasət iflasa uğradı. Gördükləri işlərin yanlış olduğu hiss olundu. Özləri də bunu başa düşür. Bu əldə etdikləri nailiyyətləri keçən il ilə müqayisə edirlər. 2005-ci ildən indiyə kimi keçən il ən aşağı pambıq, yəni 30 min ton, ən az da barama, yəni 236 kq istehsal olunmuşdur. Bu il 70 ton barama istehsal olunub. Bunu da az qalırlar ki, əhalinin gözünə soxsunlar ki, guya nailiyyət əldə ediblər. Ancaq bunların əldə etdiy barama emal müəsissində 2-3 aya kifayət etdi. Bunlar qeyri-peşəkar olduğu üçün çıxış yolunu axtarsalar da, tapa bilməyəcəklər. Ona görə düşünürəm ki, hökumətin istefası Azərbaycan üçün yeni il hədiyyəsi olar. Yeni hökumətin formalaşmasına ehtiyac var. Müasir dövrün çağırışına cavab verə biləcək bilgili, təcrübəli kadrlar gətirilsin və ölkəni indiki durumdan çıxartsınlar, yoxsa qazın, işığın, suyun qiymətini artımaqla iqtisadiyyat qurmaq olar?! Bu, biabırçılıqdır. Azərbaycan özü qaz, neft, elektirk enerjisi istehsal etdiyi halda, əhalinin hesabına büdcəni doldurması biabırçılıqdır. Əhalinin durumu getdikcə pisləşir. Müəyyən bir mərhələdən sonra əhali ödəniş qabiliyyətli olmayacaq. Mən buna əminəm. Əhainin əsas hissəsinin gəliri tükənib və iş yerləri yoxdur. Problemlər çox, ərzağın qiyməti yüksəkdir. Bu insanlar ailəsini necə dolandıracaq? Çox təəssüf ki, bizim kifayət qədər varlı olan hökumət məmurları bunu anlaya bilmirlər. Onlara elə gəlir ki, əhali də onlar kmi “ehtiyat” toplaya bilib. Çox ciddi problemlər gözlənilir. Düşünürəm ki, ölkə sosial partlayışa yaxınlaşır”.

Şamo Emin
(Hurriyyet. Org)

16:37