Neftin qiyməti 2009-cu ilin rekordunu yeniləyib

Neftin qiyməti 2009-cu ilin rekordunu yeniləyib Dünya birjalarında neftin bahalaşması davam edir. ABŞ-ın Nyu-York şəhərindəki MYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,62 dollar artaraq 51,68 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,52 dollar artaraq 54,46 dollar olub. Brent markalı neftin qiymətində 2009-cu ildən etibarən rekord artım müşahidə olunur. Həftə ərzində Brent markalı neft 12,3%, WTI isə 11,4% bahalaşıb. Nefti bahalaşdıran başlıca amil OPEC-ə üzv olan ölkələrin neftin hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılıqdır. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,07 dollar və ya 0,13 artaraq 55,04 dollar təşkil edib.

Hurriyyet.org

13:46