Natiq Cəfərli: “Xarici investorlar öz investisiya xəritələrindən Azərbaycanı çoxdan siliblər”
“Banklar valyutadəişmə məntəqəsi kimi primitiv fəaliyyət göstərirlər. Bu ilin ilk 7 ayı ərzində bankların müştərilərə verdiyi kreditlərin həcmi 2 milyard 476,2 milyon manat və ya, keçən ilin eyni dövrünə 15,54% azalıb”.
Bu barədə iqtiasdçı Natiq Cəfərli bildirib: “Keçən il də kreditləşmə dibə vurmuşdu, azalmışdı, bu ilin ilk 7 ayında isə kreditləşmə hətta keçən ildən də 16%-ə yaxın az olub. Bu nə deməkdir? Bizim qalstuklu müəllimlərə dəfələrlə bu haqda yazmışam, bir də yazım, bəlkə anladılar. Dünyada bütün ölkələrdə iqtisadi aktivlik əsasən 3 yolla, və ya bu 3 yolun uğurlu tədbiqinə görə olur: 1. Dövlət investisiyaları, 2. Bankların biznesə (daxili investisiyalar üçün) və vətəndaşa (istehlak kreditləri üçün) verdiyi kreditlər, 3. Xarici investisiyalar.
1. Bizdə dövlət investisiyaları azalıb, bu investisiyalar həmişə ciddi korrupsiya mənbəyi olub, həm də siyasi loyallığın satın alınmasına xidmət edib, yəni, heç vaxt effektiv olmayıb, amma iqtisadi aktivliyə öz töhvəsini verib, indi xərclər azalıb, loyallıq da, dövlət xərcləri hesabına qurulmuş primitiv iqtisadi aktivlik də azalır,
2. Banklar tam batıb, ölüb, sadəcə özlərinə demirlər – nə verdikləri krediti geri yığa bilirlər, nə yeni kredit xətləri aça bilirlər, hamısı böyük valyutadəişmə məntəqəsi kimi primitiv fəaliyyət göstərirlər. Amma neftin baha, hakimiyyətin kefinin kök vaxtı həm biznes kreditləri, əsas da istehlak kreditləri iqtisadi canlanmada, artımda ciddi rol oynayırdılar, indi isə bu sahə də çöküb,
3. Xarici investorlar bura dünyanın düz, neftin baha vaxtı gəlmirdilər, indi isə öz investisiya “xəritələrindən” Azərbaycanı çoxdan “siliblər”.
“Hər 3 yolda böyük iqtisadi “tıxac” var”
Cəfərli vurğulyıb ki, yeganə neft-qaz sektoruna investisiya gəlib-gəlir-gələcək: “Çünki orada “oyun qaydalarını” bizim hökumət poza bilməz, buna ixtiyarı çatmır. Deməli, iqtisadi aktivliyin bu yolu da ölkədə tıxanıb. Hər 3 yolda böyük iqtisadi “tıxac” var, keçilməsi müşkül “çalalar” var, amma rəsmi təbliğat hələ də deyir ki, bizdə hər şey əladı, iqtisadi islahatlar davam edir, sabitlik və sakitlikdir, pampıq əkirik, şərab çəkirik, barama yığırıq, fındıq toplayırıq, bununla da ölkəni inkişaf etdirəcəyik”.
"Gürcüstandan bizə ixrac olunan şərab ötən ilin analoji dövründən 170% çoxdur”
“Şərab demiş, bu gün yayılan rəsmi məlumat: Bu ilin ilk 7 ayında Gürcüstandan bizə 102 342 şüşə gürcü şərabı ixrac olunub, bu da ötən ilin analoji dövründən 170% çoxdur”, - deyə əlavə edib iqtisadçı.

Şamo
Hurriyyet.org
10:20
Digər xəbərlər